Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
A+   Yenilə  A-
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir

Milli Məclisin deputatı Kamilə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Kamilə xanım, məlum olduğu kimi ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətin üstünlükləri barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev qarşıya respublikamızda sosial sferanı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Bu hədəfə çatmaq üçün ölkəmizdə bilavasitə insanların həyat şəraitinin daha da yaxşılaşmasına, onların gəlir imkanlarının mütəmadi qaydada artırılmasına, müxtəlif xidmətlərin əlçatanlığının təmin olunmasına hesablanan islahatlar aparılır, hüquqi baza möhkəmləndirilir, eyni zamanda, praktiki müstəvidə çoxsaylı tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, son 16 ildə Azərbaycan insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub və MDB-də lider mövqeyə yüksəlib. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda hazırda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biri hesab olunur. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədəki nitqində dövlət başçımız respublikamızda reallaşdırılan sosial siyasətin birmənalı olduğunu xüsusi olaraq nəzərə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı deyib: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir”.
Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi prioritet təşkil edəcək. Praqmatik siyasətçi olan Prezident İlham Əliyevin verdiyi vədlər yüksək səviyyədə yerinə yetirilir. Belə ki, Azərbaycanın dövlət başçısı 2019-cu ilin arxada qalan dövrü ərzində iki böyük sosial islahat paketi təsdiqləyib.
Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. Elan olunan və iki mərhələdə həyata keçirilən sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bu il ərzində əməkhaqları, pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar isə əhalinin rifah halının yüksəlməsinə xidmət edir.

- Bu gün cəmiyyətdə əsas müzakirə mövzusu ölkə Prezidenti tərəfindən həyata keçirilən islahatlardır. Sizcə, bu islahatların əhəmiyyəti nədən ibarətdir?

- Zaman dəyişir və hər dövr qarşıya yeni tələblər, yeni çağırışlar qoyur. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti də öz siyasətini məhz zamanın dəyişən tələblərinə uyğun qurur. Dövlətimizin başçısı ölkəmizin bundan sonrakı inkişaf perspektivləri ilə bağlı qarşıda yeni mühüm vəzifələr durduğunu bildirib. Respublikamızın indiyə qədərki inkişafından, qazanılan uğurlardan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev, eyni zamanda, imkanların daha geniş olduğunu nəzərə çatdırıb. Dövlət başçısı bütün sahələrdə şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, kadr islahatlarının davam etdirilməsi, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi ilə bağlı verdiyi tapşırıqlar xüsusilə aktualdır. “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”, - deyə Prezident İlham Əliyev qətiyyətlə bildirib.
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir. Ancaq yalnız iqtisadi potensiala arxayın olmaqla respublikanın perspektiv inkişafını təmin etmək mümkün deyil. İnkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib. Və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

- Hər bir sahədə həyata keçirilən tədbirlərə ictimai nəzarət məsələsi də aktual olaraq qalır…

- Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarına müraciət edərək onları fəal olmağa, Azərbaycanın inkişafı naminə reallaşdırılan siyasətə dəstək verməyə çağırıb. Dövlət başçısının mövqeyi belədir ki, güclü ictimai nəzarətin təmin olunması ölkənin qarşısında duran məsələlərin həllində çox mühüm amildir. Dövlət başçısının ölkəmizi yeni inkişaf mərhələsinə çıxartmağı hədəfləyən çağırışları da həm icra hakimiyyəti qurumlarına, həm də bütün cəmiyyətə ünvanlanıb. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.
Qeyd edim ki, son 16 ildə Azərbaycanın yüksək inkişaf dinamikasına nail olmasında cəmiyyətin fəallığının müstəsna rolu olub. Yüksək vətəndaş fəallığı olmadan Azərbaycandakı möhkəm daxili sabitliyi və dinamik inkişafı heç təsəvvür etmək belə mümkün deyil. Biz xatırlaya bilərik: Ən həssas, ən zəruri məqamlarda vətəndaşlar öz mövqelərini açıq, qətiyyətli şəkildə ortaya qoyublar, dövlətə, Prezident İlham Əliyevə dəstək nümayiş etdiriblər, aparılan siyasətə “hə” deyiblər. Eyni zamanda, dövlət də öz siyasətini müəyyənləşdirərkən daim sosiumun mövqeyini, cəmiyyətdən gələn sosial sifarişləri nəzərə alıb və bu vəhdət də uğurlarımızı təmin edib.
Son illərdə könüllülər hərəkatının geniş vüsət alması ölkəmizdə vətəndaş fəallığının artmasına yaxşı nümunədir. Bu gün könüllülər hərəkatında on minlərlə gənc birləşir. Könüllü gənclər son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilində və keçirilməsində böyük fəallıq və idarəçilik keyfiyyətləri nümayiş etdiriblər. Könüllülər həmçinin “ASAN xidmət”, “DOST” mərkəzlərində, aqrar sektorda, hüquq-mühafizə orqanlarında geniş şəkildə təmsil olunurlar.

- Kamilə xanım, bu gün respublikamızın regionları da dinamik şəkildə inkişaf edir. Prezident İlham Əlıiyev mütəmadi olaraq bölgələrə səfər edərək görülən işlərlə şəxsən tanış olur. Bu amil bölgələrimin sosial-iqtisadi inkişafında nə dərəcədə rol oynayır?

- Son 16 ildə ölkənin bütün regionlarının tarazlı inkişafının təmin olunması Azərbaycanın daxili siyasətinin prioritetlərindən birini təşkil edib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.
Regionların inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanılması və bəhs olunan Dövlət proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi ölkənin bütün bölgələrində müsbət reallıqların yaranması ilə nəticələnib. İnkişafın, quruculuq-abadlıq işlərinin, müasir infrastruktur yaradılmasının, əhalinin kommunal rahatlıqlarla yüksək səviyyədə təmin edilməsinin paytaxt Bakı ilə məhdudlaşmaması, bütün regionları əhatə etməsi ölkənin hər bir vətəndaşında iftixar və böyük məmnunluq hissi yaradır.
Bu yaxınlarda Prezident İlham Əliyev Qəbələ və Ağdaş rayonlarında səfərdə olub. Dövlət başçısı bu səfəri çərçivəsində hər iki rayonda son vaxtlarda görülən işlərlə tanış olub, bir sıra infrastruktur və istehsal təyinatlı obyektlərin açılışına qatılıb və Özünün dəyərli tövsiyələrini verib. Prezident İlham Əliyevin regionlara səfərləri zamanı diqqəti çəkən əsas məqamlardan biri də dövlət başçısının ictimaiyyətin nümayəndələri, əmək kollektivləri ilə sıx təmaslar qurmasıdır. Bu kontekstdə dövlət başçısının yuxarıda bəhs olunan rayonlara növbəti səfəri də respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin identikliyini - bu siyasətin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi olduğunu bir daha nümayiş etdirir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, bütün məmurların ən ümdə vəzifəsi xalqa xidmət etməkdir, eyni zamanda, vətəndaşlar da milli dövlətimizin möhkəmlənməsinə, təhdidlərdən qorunmasına öz töhfələrini verməlidirlər. Beləliklə, respublikamızda sarsılmaz xalq-iqtidar birliyi formalaşıb.
Son 16 ilin təcrübəsi deyilənləri əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Biz dövlət başçımızın fəaliyyəti üçün səciyyəvi olan bu cəhəti həmçinin Onun Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı da müşahidə etdik. Səfər çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyevin səmimiyyətinin, vətəndaşların arzu və istəklərinə, müraciətlərinə böyük həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Elə Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışı zamanı da Prezident İlham Əliyev vurğulayıb ki, O, problemlərin həllinə nail olmaq üçün regionlara müntəzəm səfərlər edir, bu barədə məhz vətəndaşların dilindən eşitmək istəyir.

Bütövlükdə, Prezident İlham Əliyevin fəaliyyətini məhz milli maraqlar üzərində qurması, daim insanların arzu və istəklərini yerinə yetirməyə çalışması öz növbəsində cəmiyyətdə dövlət başçısına, Onun reallaşdırdığı siyasətə böyük inamı daha da gücləndirir.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  14-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA