Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır

Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır

13.11.2019 [12:04]

İmadəddin Nəsimi Azərbaycan xalqının və bütövlüdə türk dünyasının ümumbəşər mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətdir. O, Şərqdə bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalaması, 2019-cu ili ölkədə “Nəsimi ili” elan etməsi dahi şairin irsinin təbliği baxımından mühüm addımlardır. Bu sərəncamlara uyğun olaraq Nəsiminin bəşəri ideyalarının dünyaya çatdırılması istiqamətində mühüm tədbirlər keçirilir.

Federasiya sədri, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şairin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə də münasibət bildirib. O, bunun çox təqdirəlayiq bir qərar olduğunu qeyd edib. Vurğulayıb ki, dahi şairin yubileyi münasibətilə ağac əkmək onun xatirəsinin əbədiləşdirilməsinə böyük ehtiramdır. Nəsimi əsərlərində xeyirxah və nəcib əməllərin daşıyıcısı olan insanı ilahiləşdirərək onu yaradanla bir tuturdu.

“Dini ayələrdən birində deyilir ki, qiyamət qopacağını bilsən belə əlindəki fidanı yerə basdır. Ağac əkmək, ətrafı yaşıllaşdırmaq ən gözəl əməllərdəndir”, - deyə Bilal Dündar vurğulayıb.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30