Ana səhifə »  Qəzetin pdf formatı »  Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
A+   Yenilə  A-
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır

Budəfəki tur-aksiyada 3190 nəfər iştirak edəcək
Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib.

Noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3 min 190 nəfər iştirak edəcək. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq.

Sonuncu tur-aksiyadan bəri ölkəmizdə Bədii gimnastika üzrə 37-ci dünya çempionatı, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, “Arsenal” və “Çelsi” komandaları arasında UEFA Avropa Liqasının final oyunu, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Formula 1 SOCAR Azərbaycan Qran-Prisi, VII Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və digər bu kimi beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib. Həmçinin qeyd edək ki, 2019-cu il aprelin 6-da Azərbaycanda 10 milyonuncu vətəndaş dünyaya göz açıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Respublika Perinatal Mərkəzində 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşü də ilin yaddaqalan hadisələrindəndir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü və Hərəkata sədrliyin Azərbaycana keçməsi isə ölkəmizin beynəlxalq arenada gündən-günə artan nüfuzunun göstəricisidir. Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə, Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.

Oktyabrın 3-də Prezident İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ - tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı isə Ermənistan rəhbərliyinin səsləndirdiyi cəfəng iddialara tutarlı cavab olub.

On ikinci tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olacaqlar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olması, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev tərəfindən həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalanması şagirdlərin diqqətinə çatdırılacaq.

Məktəblilər Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə yanaşı, Nizami yurdunun yeni xəritəsində əksini tapmış müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları ilə ətraflı tanış olacaqlar. Tur-aksiya iştirakçılarının Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Qədim Qala divarlarına, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami Gəncəvi məqbərəsinə, həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasına və Gəncə Bulvarına, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”nə, “Abidələr” parkına, Alman kilsəsinə, Şəmkir Aqroparkına, Göygöl rayonunda Alman kirxasına, sonuncu alman Viktor Klaynın ev-muzeyinə, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiyaları təşkil ediləcək.

Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. İqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm rol oynayan bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.

Son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsində inşası başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Ölkəmizdə yeni-yeni istirahət guşələri, park və xiyabanların yaradılması və onların vətəndaşların ixtiyarına verilməsi həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biridir. Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi də bu istiqamətdə həyata keçirilən önəmli layihələrdəndir. Park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının mənalı keçməsi üçün geniş imkanlar yaradılıb.

Respublikamızda uğurla həyata keçirilən sənayeləşmə siyasəti bölgələrdə də geniş vüsət alıb. Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsinə verilib. Sabirabad və Hacıqabul sənaye məhəllələrində isə işlər davam etdirilir. Bu sənaye məhəllələrində yüzlərlə yeni iş yeri yaradılıb.

Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfər edəcək məktəblilər bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Lənkəranda “Qoşa qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada şəhər bulvarına, “Yanar bulağ”a və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, “ASAN həyat” kompleksinə, Masallı Sənaye Məhəlləsinə və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.

Ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən biri də Qəbələ-Şəki-Zaqatala zonasıdır. Bu rayonlarımız da digər bölgələrimiz kimi, həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə tanınır. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq geniş inkişaf edib.

Xüsusi qeyd etmək lazımdır ki, respublikamızda ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər ölkəmizin şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azər-İpək” ASC-nin fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Şəkidə yeni tut bağları salınıb, baramaçılığın, ipəkçiliyin ənənələri yenidən bərpa olunub, “Azər-İpək” kombinatında geniş yenidənqurma işləri həyata keçirilib. Bir sözlə, qədim ipəkçilik sənəti ilə məşhur olan Şəkidə indi bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Şəki həm də öz mətbəxi, adət-ənənələri və tarixi məkanları ilə fərqlənir. Təsadüfi deyil ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib.

Məmur-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında “ASAN xidmət” mərkəzləri önəmli rol oynayır. Belə mərkəzlərdən biri də Şəkidə yaradılıb. Şəki “ASAN Həyat” kompleksində 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 300-dən çox xidmət həyata keçirilir.

Ölkəmizin əsas turizm marşrutlarından biri olan Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi də istifadəyə verilib. Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb. Mərkəzdə tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunur. Bu mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər də keçirilir. Bütün bunlardan məqsəd yeni sənətkarların yetişdirilməsidir.

Ötən il istifadəyə verilən Şəki-Kiş avtomobil yolu bölgənin iqtisadiyyatına önəmli töhfə olmaqla yanaşı, turizmin inkişafında da mühüm rol oynayır. Bu yolun inşası yerli və xarici turistlərin Kiş kəndinə və “Marxal” istirahət mərkəzinə gediş-gəlişini xeyli asanlaşdırıb.

Bu gün, sözün əsl mənasında, xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur. Bölgələrimizdə, o cümlədən Şəkidə Bayraq Muzeyinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.

Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər. Ölkəmizin uğurla ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri sırasında 2015-ci ildə Bakıda və Mingəçevirdə keçirilən I Avropa Oyunlarını, 2017-ci ildə paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını, eləcə də Formula 1 yarışlarını və digərlərini misal göstərmək olar. Bütün bunlara Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində nail olunub. Bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycanda idmanın populyarlaşdırılması, yeniyetmə və gənclər arasında təbliği üzərində qurulub. Eyni zamanda, ölkəmiz üçün yeni olan idman növləri də gənclər arasında yayılmaqdadır. Qəbələdəki “Tufandağ” Xizəkçilik Kompleksi, Qubadakı qolf meydançası, “Şahdağ” turizm mərkəzindəki xizək məktəbi həm turizmin inkişafı, həm də yeni idman növlərinin geniş yayılması baxımından böyük əhəmiyyət kəsb edir.

Məktəblilərə Prezident İlham Əliyevin oktyabrın 28-də Qəbələyə səfəri barədə də məlumat veriləcək. Bu səfər zamanı Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib, “Azərxalça” ASC-nin Qəbələ filialı, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu açılıb, Vəndam qəsəbəsində dekorativ gülçülük istixanasına baxış keçirilib və “Qəbələ” elektrik yarımstansiyasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq olub. Prezidentin Sərəncamı ilə tikilməkdə olan Ləki-Qəbələ dəmir yolu isə turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcək.

Bu istiqamət üzrə səfər edəcək şagirdlər müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcək, onlara tikilməkdə olan Ləki-Qəbələ dəmir yolu barədə məlumat veriləcək. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Sadalanan ənənəvi və gəlirli aqrar sahələrin inkişaf etdirilməsi rayonun qarşısında duran əsas hədəflərdəndir. Şagirdlər Heydər Əliyev Mərkəzini ziyarət edəcək, müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında məlumatlar tur-aksiya iştirakçılarının böyük marağına səbəb olacaq.

Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına, “ABAD Factory” İstehsalat Kompleksinə ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Qubada fəaliyyətə başlayan “ASAN həyat” kompleksi barədə məlumatlar da tur-aksiya iştirakçılarının marağına səbəb olacaq.

Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi”nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.

Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat veriləcək. Belə ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprelin 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib, Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Lələtəpə yüksəkliyinin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yenidən həyat qayıtdı. Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində kənd qısa müddətdə yenidən quruldu, məcburi köçkünlər öz doğma yurdlarına qayıtdılar.

Həmçinin 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilən Günnüt kəndi və ətrafdakı mühüm strateji əhəmiyyətli yüksəkliklər, 11 min hektara yaxın ərazi 26 ildən sonra 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə azad olundu. Bununla da ordumuz daha əlverişli mövqelərə yiyələndi. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. “Qızılqaya” yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.

Aprel və Günnüt qələbələri bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır. Bu barədə məlumatlar məktəblilərin vətənpərvərlik ruhunu yüksəldəcək.

Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar. Diqqətə çatdırılacaq ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasına dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur. Beləliklə, yeni müqaviləyə görə, AÇG-dən 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Yeni müqavilə həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını göstərir.

Son illər Azərbaycanda nəqliyyat infrastrukturuna böyük investisiya yatırılır. 2017-ci il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Londondan Pekinədək qatarlar hərəkət edir, yüklər daşınır. Bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti var.

Məktəblilərə 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi, iyunun 12-də Türkiyədə TANAP qaz kəmərinin istifadəyə verilməsi, sentyabrın 26-da “Azerspace-2” peykinin orbitə buraxılması, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının, sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlar barədə də məlumatlar veriləcək.

Həmçinin şagirdlərə Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycanın 10 ən islahatçı dövlət siyahısına daxil edilərək daha çox islahat aparan ölkə elan olunması, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilməsi, eləcə də ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar barədə də məlumatlar çatdırılacaq.

Tur-aksiya iştirakçıları fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ nəticəsində evləri dağılan sakinlərə dövlət qayğısı barədə də məlumatlandırılacaqlar. Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşüb, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirib. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malikdir.

Aksiyanın bu mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  13-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA