Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
A+   Yenilə  A-
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Milli Məclisin deputatı Fəzail İbrahimli www.yap.org.az saytına müsahibə verib:
- Fəzail müəllim, məlum olduğu kimi 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Bu mənada, hər bir xalq, dövlət üçün bayraq hansı məna kəsb edir?

- Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.
Müstəqil Azərbaycanın ilk müstəqil bayrağı bildiyiniz kimi 1918 – ci ildə Gəncə şəhərində qəbul olunub. O zaman Şərqdə ilk demokratik respublika olan müstəqil Azərbaycanın Nazirlər Şurası Bakı şəhəri daşnak – bolşevik qüvvələri tərəfindən işğal olunduğuna görə Gəncə şəhərində yerləşirdi. İlk bayraq kimi 24 iyun 1918 – ci il tarixində qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul olunmuşdu və qeyd edilmişdi ki, bu bayraq müvəqqətidir. Daha sonra 9 noyabr 1918 – ci il tarixində müqəddəs üçrəngli bayrağımız qəbul olundu və dalğalanmağa başladı. Təbii ki, bu məqamda üçrəngli bayrağımızın ideologiyasının yaradıcısı Əli bəy Hüseynzadəni xatırlamaq lazımdır. Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq ideyaları üçrəngli bayrağımızda öz əksini tapıb. Bu bayraq həm də, Azərbaycan dövlətinin öz inanclarına, öz dəyərlərinə sadiqliyindən xəbər verirdi. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə dalğalanmadı.
Amma görünür, Tanrının lütfü bizdən ötrü imiş ki, üzərindən uzun illər keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik.
Belə ki, 17 noyabr 1990 – cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.

- Sizcə, 9 noyabrın təqvimə Dövlət Bayrağı Günü kimi daxil edilməsinin siyasi əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiniz ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Həmin gün kimliyindən, düşüncəsindən, iqtisadi – sosial səviyyəsindən asılı olmayaraq, bütün vətəndaşlar bir anlığına düşünəcəklər ki, bu istirahət hüququnu mənə nə verib? Bu kimi sualları özünə verdikdən sonra o, öz ailə üzvlərinə, ətrafına, yaxınlarına üçrəngli bayrağımız haqqında məlumat verəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Onu da qeyd edim ki, Dövlət Bayrağı Meydanı hər dövlətdə yoxdur. Dövlət Bayrağı Meydanının yaradılmasının özü bayrağa xüsusi bir münasibətin ifadəsidir. Yəni, meydanda insanlar gəzir, öz asudə vaxtlarını keçirir, qonaqlar gələndə həmin meydanı ziyarət edirlər və bu da insanların yaddaşına bayrağın əbədi həkk olunmasına, insanlara milli dövlətçilik şüurunun aşılanmasına xüsusi stimul verir. Yəni, ölkə paytaxtında olan, yaşayan, qonaq gələn hər kəsdə bu Meydan haqqında dolğun təəssüratlar yaranacaq. Bayraq Meydanının yaradılması haqqında verilən qərar Azərbaycan dövlətçilik tarixində verilən ən önəmli qərarlardan biridir. Biz bu Dövlət Bayrağı Meydanı vasitəsi ilə dünyaya “Biz varıq!” mesajını verdik. Artıq imzamızın millətlərin imzaları içində olmasını sübut etdik.

Təbii ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, mən düşünürəm ki, Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Bu münasibətlə mən bütün xalqımızı təbrik edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli müstəqilliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bizim də borcumuzdur ki, bu bayrağın əbədi dalğalanması üçün əlimizdən gələni edək, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışaq.

- Dövlət atributlarının bərpası, o cümlədən müstəqillik illərində Azərbaycan dövləti tərəfindən bu atributlara göstərilən hörmət və ehtiram barədə fikirlərinizi bilmək istərdik...

- Əvvəla onu deyim ki, Azərbaycan 70 ilə yaxın bir dövrdə SSRİ-nin tərkibində olsa da, xalqımız müəyyən bir yol keçdi. İmperiyanın çöküşü ərəfəsində vəziyyət dəyişdi. Qeyd etdiyim kimi 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə Ali Sovet “Dövlət bayrağı haqqında” qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının Dövlət bayrağı statusunu verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Ulu Öndər Heydər Əliyev 1998-ci il 13 mart tarixində “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncam çox böyük əhəmiyyətə malik idi. Hər şeydən əvvəl, bu Sərəncamın dövlət atributlarının təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti tərəfindən dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilməkdədir. Eyni zamanda, azərbaycan cəmiyyəti müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağına hər zaman böyük ehtiramla yanaşır.

- Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətdir və üçrəngli bayrağımız mötəbər beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, bu fakt bizim üçün sonsuz iftixar mənbəyidir. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə də Dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Bir nüansı diqqətinizə çatdırım. Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən bunu xatırlayaraq Avropa Şurasında bayrağımız altında durdum və qürur hissi ilə Hadiyə xitabən “ruhun şad olsun” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun! İnanıram ki, belə də olacaq və Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq!

 
  • Oxunub:  1410  |  
  • Tarix:  12-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir

12 Dekabr 14:45
Azərbaycanın Xarici İşlər naziri Latviya Milli Kitabxanasında olub
12 Dekabr 14:37
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12 Dekabr 14:29
Pərvin Kərimzadə: Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
12 Dekabr 14:22
Sona Əliyeva: Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir
12 Dekabr 14:21
Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 14:14
Erkan Özoral: Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir
12 Dekabr 14:01
Mübariz Qurbanlı: Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır
12 Dekabr 13:57
Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
12 Dekabr 13:52
Siyavuş Novruzov: Gənclər Ulu Öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir
12 Dekabr 13:47
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 13:40
YAP İcra Katibliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib
12 Dekabr 12:54
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil
12 Dekabr 12:51
Tural Gəncəliyev: Ermənistanın BMT Baş Assambleyasında şahmat günü ilə bağlı sənəd yayması gülüncdür
12 Dekabr 12:35
ADA Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
12 Dekabr 12:32
Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter alması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub
12 Dekabr 12:27
Hikmət Hacıyev: Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi xələl gətirir
12 Dekabr 12:23
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq
12 Dekabr 12:12
Kamilə Əliyeva: Heydər Əliyev siyasi kursu, müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır
12 Dekabr 12:06
Eldar İbrahimov: Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb
12 Dekabr 12:05
İtaliya qəzeti: Heydər Əliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığına aparan yolun əsasını qoyub
12 Dekabr 11:53
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12 Dekabr 11:48
Bu gün oynanılacaq 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq
12 Dekabr 11:44
Fevzi Əkrəm Terzioğlu: Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan əzəmətli inkişaf yolu keçib
12 Dekabr 11:43
Turqut Altınok: Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib
12 Dekabr 11:42
Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 11:18
Ulu Öndərin ideyaları Azərbaycanda yaşayır, ölkəmizin inkişaf yoluna işıq saçır və xalqımızı daha böyük zəfərlərə doğru inamla aparır
12 Dekabr 11:13
İslamabadda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
12 Dekabr 11:03
Pavlo Movçan: Ulu öndər Heydər Əliyev ədəbiyyata, sözə böyük qiymət verirdi
12 Dekabr 10:52
Mariya Orlik: Heydər Əliyevin hələ SSRİ dövründə gördüyü işlər müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı
12 Dekabr 10:32
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm
12 Dekabr 10:07
Cavanşir Paşazadə: Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinədir
12 Dekabr 09:56
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir
12 Dekabr 09:40
Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
12 Dekabr 09:36
Bakı Avrasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
12 Dekabr 09:33
Ürəklərdə yaşayan dahi insan
12 Dekabr 09:28
UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb
12 Dekabr 09:21
Azercell-dən rəqəmsal Yeni İl kampaniyası!
12 Dekabr 09:19
Azərbaycan jurnalistikası vətənpərvər olmalı, milli maraqları hər şeydən üstün tutmalıdır
12 Dekabr 09:16
Respublikanın müxtəlif bölgələrində meyvəçiliyin inkişafı üçün zəruri tədbirlər görülür
11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+5 +8