Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09.11.2019 [19:32]
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə keçilirən ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində Gəncədə rəsm və foto-sərgi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis, Niderlandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers, Moldovanın səfiri George Luka, Tacikistanın səfiri Rustam Soli, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin təşəbbüsü ilə keçirilən ikinci “Fantaziya” Mədəni İrs Festivalının bir hissəsi olmaq olduqca sevindiricidir. “Azərbaycan zəngin mədəni irsə sahib olan bir ölkədir. Bu zənginliyin yaşadılması isə olduqca vacibdir. Mədəni irsinin qorunması, həmçinin dünya irsinin mühafizəsinə dəstək göstərilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir”, – deyə N. Bayramov qeyd edib.
Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis tədbir iştirakçılarına ikinci “Fantaziya” Mədəni İrs Festivalı barədə məlumat verib. O bildirib ki, məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “Fantaziya” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Festival çərçivəsində konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, müzakirələr də daxil olmaqla genişmiqyaslı tədbirlər təşkil olunur. Belə tədbirlərdən bir neçəsi də qədim və zəngin mədəniyyətə malik olan Gəncədə keçirilir.
Sonra tamaşaçılara sərgilənən rəsm və fotolarla bağlı ətraflı məlumat verilib.
Sərgidə “Qara Bakı, Ağ Bakı” adı altında Niderlandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerversin lentə aldığı foroşəkillər, moldovalı rəssam Vasil Botnarunun rəsm əsərləri, həmçinin Vladimir Çikinin müəllifi olduğu və Tacikistanda lentə alınan “Balet və şəhər” adlı fotolar nümayiş olunub.
Səfir Onno Kervers bildirib ki, lentə aldığı ağ-qara şəkillərdə Bakının qədim və müasir binaları əks olunub. Bu fotolar ararsında Bakı hamamının mühafizə olunan “Fantaziya” binasının da şəkilləri var. Fotoşəkillər qədimliyi qoruyaraq müasirləşə biləcəyimizi nümayiş etdirir.
Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Luka moldovalı rəssam Vasil Botnarunun əsərlərindən söz açaraq bildirib ki, nümayiş olunan rəsm əsərlərinin özəlliyi onların şərab və qəhvə ilə çəkilməsidir. “Lakin bu rəsmlərin unikallığı sadəcə rəssamın istifadə etdiyi texnikada deyil, həm də onun müraciət etdiyi mövzulardadır. Bu əsərlərdə Moldovanın təbiətini, tarixini, mədəniyyətini görmək olur”, – deyə G. Luka qeyd edib.
Tacikistanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rustam Soli isə öz çıxışında “Balet və şəhər” adlı foto-sərgidən söz açıb. Bildirib ki, Vladimir Çikinin müəllifi olduğu fotolar Tacikistanda lentə alınıb. Balerinaların iştirakı ilə ərsəyə gələn şəkillərdə paytaxt Düşənbə və Tacikistanın digər gözəl yerləri əks olunub. Layihənin özəlliyi isə balerinaların geyimlərinin tacik milli ornamentləri ilə bəzədilməsidir.
Daha sonra sərgi iştirakçıları nümayiş olunan rəsm əsərləri və fotolarla tanış olublar.
Qeyd edək ki, ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində Gəncədə “Aedos” mahnı kollektivinin konserti, “Mədəni irs” barədə müzakirə və “Sunu” Meksika filminin nümayişi olacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39