Ana səhifə »  Qəzetin pdf formatı »  Metropolitençilər peşə bayramlarını qeyd ediblər
A+   Yenilə  A-
Metropolitençilər peşə bayramlarını qeyd ediblər

Noyabrın 8-də Bakı metropolitenin fəaliyyətə başlamasının 52-ci ildönümü və metropolitençilərin peşə bayramı münasibətilə “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzinin iclas zalında təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsindən sonra “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov yeraltı yolların inşaatçılarını və istismarçılarını peşə bayramı münasibətilə təbrik edib. Bu əlamətdar tarix ərəfəsində 17 metropolitençinin “Fəxri metropolitençi” adına layiq görüldüyünü deyib.

İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov QSC sədri Zaur Hüseynovun bu münasibətlə imzaladığı əmrlə tədbirə toplaşanları tanış edərək, onlara təbriklərini çatdırıb.

Daha sonra Hidayət Məmmədov il ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. O, cari ilin on ayı ərzində plandan 3 milyondan artıq sərnişin daşınmasını Bakı metropolitenindən istifadə edənlərin inam, etimad və etibarının nümunəsi adlandırıb. “Bakı metropoliteni o xoşbəxt sahələrdəndir ki, dövlətin və birbaşa dövlət başçısının qayğı və diqqəti ilə əhatə olunub. Bunun bariz nümunəsi ölkə rəhbərinin daim bu yeniliklərlə əyani tanış olması, işlərin gedişini şəxsən nəzarət altında saxlamasıdır”, - deyən sədr müavini daim yeniləşən metropolitendə “Bakmil” və “Xətai” stansiyalarının əsaslı təmir və yenidən qurulmadan sonra yaradılan şəraitlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən tanış olmasını buna bariz nümunə kimi vurğulayıb. Hazırda “Xətai-Cəfər Cabbarlı” mənzili və ”Cəfər Cabbarlı” stansiyasının II yolunda əsaslı təmir və yenidənqurma işləri davam edir.

2019-cu ilin uğurlarından bəhs edən çıxışçı vaqon parkının yenilənməsi baxımından əhəmiyyətli yenilikləri də qeyd edib. Bu xüsusda əvvəlki 3 il ərzində alınandan da çox 30 yeni tipli vaqonun Bakıya gətirilməsindən, bununla da lokomotiv parkının 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənməsindən söz açıb. Qarşıdakı 3 ildə bu proses davamlı olaraq aparılacaq və bu müddətdə daha 60 vaqon gətiriləcək.

O, yenidənqurma tədbirləri nəticəsində “Nərimanov” elektrik deposunun funksionallığını artırmaqla yeni istismar, istehsalat, təmir və yenidənqurma sahələrinin yaradılmasını vurğulayıb. Bu sırada yeni inşa olunmuş vaqonların əsaslı təmiri sexi və yeni anbar təsərrüfatı sahəsi, yenidən qurulmuş və infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılan vaqonların cari təmiri sexi xüsusi qeyd oluna bilər. 2019-cu ildə vaqonların əsaslı təmir sexində 10 vaqon orta təmir olunaraq modernləşdirilib.

H.Məmmədov Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı metropolitenində dizel-generator stansiyalarının qurulması ilə unikal ehtiyat elektrik enerji mənbələri yaradıldığını, artıq yüksək gərginlikli elektrik enerjisinin verilişi kəsiləndə də metro sərnişinlərinə xidmət göstərəcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Qatarların yeni idarəetmə sistemlərindən söz açan məruzəçi Fransanın “Thales” şirkətinin Bakı metropoliteninin “Bənövşəyi” xətti üçün nəzərdə tutulmuş müasir sistemlərin qurulmasını, fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlərin tətbiqini də xüsusi vurğulayıb. Artıq bu sistemlərin digər xətlərdə də tətbiqinin təməli qoyulub. Depo ərazisində orijinal mühəndis layihə həlli ilə seçilən yeni mərkəzləşmə məntəqəsinin inşası başa çatıb. “Ox sayğacı” bazasında yeni sistemin quraşdırılmasına və mərhələli bir sistemdən digərinə keçid başlanıb.

H.Məmmədov bildirib ki, metropolitenin təlim-tədris mərkəzinin əsaslı təmiri və metropolitenin kadr hazırlığının yüksək səviyyədə təşkil edilməsi olub.

O, 2019-cu ili ən əhəmiyyətli sosial layihələr ili adlandırıb. Bu xüsusda aprel ayından metropoliten tarixinin ən böyük sosial əhəmiyyətli layihəsi də həyata vəsiqə alıb. Artıq Bakı metropoliteni əlil arabasından istifadə edənlərə əlçatandır.

Metronun gələcək inkişafı, tikinti sahələrində işlərin vəziyyəti “Bakı Metropoliteni” QSC sədrinin tikinti üzrə müşaviri Məzahir Nəbiyevin çıxışında öz əksini tapıb. Metro inşaatçıları adından tədbir iştirakçılarının peşə bayramını təbrik edən M.Nəbiyev bu il metropolitenin yeni xətlərinin tikintisində, istismarda olan sahələrdə, həmçinin “Nərimanov” deposunda böyük həcmdə görülən işlər, “Bakmil”, “Xətai” stansiyasında aparılan yenidənqurma və təmir-bərpa işlərinin nəzərdə tutulan vaxtda uğurla başa çatdırılaraq, tam yenilənmiş formada, müasir dövrün tələblərinə uyğun şəkildə sərnişinlərin istifadəsinə verilməsini qeyd edib. “Bənövşəyi” xəttin 3-cü stansiyasında və Xocəsən deposunda isə işlər davam edir.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov müəssisə əməkçilərinin sosial problemlərinin həlli istiqamətində, asudə vaxtlarının, məzuniyyət dövrünün səmərəliyinin daha da yüksəldilməsində müəssisə rəhbərliyi və həmkarlar təşkilatının son bir ildə həyata keçirdiyi tədbirlər, metropolitendə təşkil edilən sosialyönümlü layihələr barədə danışıb.

Sonra Arif Mərdanov metropolitendə “İlin maşinisti” devizi altında keçirilən müsabiqənin yekunu barədə məlumat verib. Bu il müsabiqənin qalibi Hüseyn Hüseynov elan edilib və QSC sədri Zaur Hüseynovun iştirakı ilə ona müvafiq diplom və mükafat təqdim edilib.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  08-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA