Ana səhifə »  Qəzetin pdf formatı »  Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
A+   Yenilə  A-
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb

“Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarıb, sakinlərin rahat yaşayışı təmin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.

Kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Noyabrın 8-də Şərur rayonunun Yeni Havuş və Xətai kənd tam orta məktəbi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 120 şagird yerlik məktəbdə 14 sinif otağı, hərbi kabinə, tədris proqramına və dərs vəsaitlərinə uyğun avadanlıqlarla təchiz edilmiş kimya-biologiya və fizika laboratoriyaları, şahmat, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbdə internetə çıxışı təmin edilib, 11 kompüter və 3 elektron lövhə quraşdırılıb. Kitabxanada 787 dərslik və 3309 bədii ədəbiyyat olmaqla, 4096 kitab vardır ki, bu şagirdlər üçün geniş mütaliə imkanı yaradır.

Ali Məclisin Sədri şagirdlərin mütaliəyə cəlbi, eləcə də yubileyləri qeyd olunan görkəmli şəxsiyyətlərlə bağlı tədbirlərin keçirilməsi barədə tapşırıqlar verib.

İdman zalında dərslərlə yanaşı, məktəbdaxili yarışların keçirilməsi üçün də lazımi şərait vardır. Hərbi kabinə isə şagirdlərin vətənpərvərlik tərbiyəsinin və hərb sənətinə maraqlarının artırılmasında mühüm rol oynayacaqdır.

Muxtar respublikanın ümumtəhsil məktəblərində dəqiq elmlərə marağın artırılmasında, ən əsası isə şagirdlərin əqli inkişafında şahmatın tədrisi mühüm vasitədir. Şahmat avadanlıqları və dərsliklərlə təmin olunmuş sinif otağının istifadəyə verilməsi bu sahəyə marağı artıracaqdır.

2019-2020-ci tədris ilində məktəbin birinci sinfinə 15 şagird qəbul olunub.

Məktəbin müəllimləri Vaqif Həsənov və Musa Əzizov tədris üçün geniş imkanların yaradıldığını, əlaçı şagirdlərin sayının çox olduğunu və gələcəkdə nailiyyətləri daha da artıracaqlarını bildirib, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Dövlət Bayrağı Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərsdə 9 noyabr - Dövlət Bayrağı Günü və muzeyin fəaliyyəti barədə şagirdlərə ətraflı məlumat verilib.

Ali Məclisin Sədri məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Yeni Havuş kənd tam orta məktəbinin direktoru Məmməd Hüseynov çıxış edərək deyib: Muxtar respublikamızda hər il yeni məktəblər tikilir, ən müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunur. Sevinirik ki, yaradılan şəraitdən Yeni Havuş kəndinə də pay düşüb. Bu gün müəllim və şagirdlərimizin istifadəsinə verilən məktəb də müasir maddi-texniki bazaya malikdir. Məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılıb. Muxtar respublikada təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər və təhsil işçilərinin sosial qayğılarının daim diqqətdə saxlanması məsuliyyətimizi artırır. Məmməd Hüseynov təhsilə göstərilən hərtərəfli qayğıya və müasir maddi-texniki bazaya malik məktəb binasının istifadəyə verilməsinə görə müəllim və şagird kollektivi, həmçinin valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məktəbin müəllimi Afət Mahmudova çıxış edərək deyib: “Muxtar respublikamızda digər sahələr kimi təhsil də inkişaf dövrünü yaşayır. Məktəbimiz şəhər və rayon mərkəzlərində olan məktəblərdən heç də geri qalmır. Bir vaxtlar lövhədə yazmaq üçün təbaşir tapa bilmirdik. Lakin indi məktəbimizdə dərsləri elektron lövhə vasitəsilə tədris edirik. Bu da tədrisin keyfiyyətini artırır, şagirdlərin daha da bilikli və dünyagörüşlü formalaşmasına imkan yaradır. Söz veririk ki, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində səylərimizi əsirgəməyəcəyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində Yeni Havuş kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Təhsil sahəsində həyata keçirilən tədbirlər Azərbaycanı təhsili inkişaf edən ölkələr sırasına çıxarmışdır. Artıq Azərbaycanda savadsızlıq səviyyəsi çox aşağıdır. Ölkəmizdə hər bir yaşayış məntəqəsini əhatə edən məktəblər istifadəyə verilmiş, bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılmışdır. Çünki təhsil sahəsində həyata keçirilən tədbirlər ölkəmizin inkişafına xidmət edir. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclər ölkəmizin inkişafında yaxından iştirak edirlər.

Ali Məclisin Sədri deyib: Gələcəyimiz olan gənclər məktəblərdə hazırlanır. Ona görə də müasir tədris şəraiti olan məktəblərin istifadəyə verilməsi qarşıda duran əsas vəzifədir. Yeni Havuş kənd tam orta məktəbində yaradılan şərait də gənclərin hərtərəfli hazırlanmasına hesablanmışdır. Vaxtilə məktəbdə lazımi tədris şəraitinin olmaması həm müəllimlər tərəfindən dərslərin tədrisində, həm də şagirdlərin təhsil almasında çətinliklər yaradırdı. Lakin bu gün məktəbdəki şərait imkan verir ki, müəllimlər dərsləri hərtərəfli tədris etsinlər, şagirdlər bilikləri qavrama yolu ilə öyrənsinlər.

“Məktəbdə gənclərə təhsil vermək işin bir tərəfidirsə, onların vətənpərvər yetişdirilməsi isə qarşıda duran əsas vəzifədir”, - deyən Ali Məclisin Sədri bildirib ki, dövlətimiz tərəfindən təhsilin inkişafına qayğı göstərilir, müəllim əməyinə yüksək qiymət verilir, onların əməkhaqları artırılır. Muxtar respublikada da bu tədbirlər uğurla həyata keçirilir. Gənclər istər ümumtəhsil, istərsə də peşə, orta ixtisas və ali məktəblərdə hərtərəfli təhsil ala bilirlər. Hazırda muxtar respublikanın peşə, orta ixtisas və ali təhsil müəssisələrində 150-yə yaxın ixtisas üzrə kadr hazırlığı aparılır, təhsilli və peşə sahibi olan gənclərimiz ölkəmizin inkişafında yaxından iştirak edirlər.

Ali Məclisin Sədri deyib: Məktəb hər bir ölkənin gələcəyidir. Bu gələcəyi təmin etmək isə müəllimlərin qarşısında duran əsas vəzifədir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, təhsilin səviyyəsi yüksəldilməli, məktəbin nailiyyətləri daha da artırılmalıdır.

Binanın həyətində bufet tikilib, açıq idman qurğuları və fərdi qazanxana quraşdırılıb, abadlıq işləri aparılıb.

Yeni kənd mərkəzi istifadəyə verilib

Noyabrın 8-də Yeni Havuş və Xətai kəndlərini əhatə edən yeni kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxanada 3207 kitab toplanıb, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 116 üzvü vardır. Onlardan 18-i gənc, 41-i qadındır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Günel Vəliyeva minnətdarlıq edərək deyib ki, kəndin inkişafı sakinləri sevindirir. Çünki dövlətimiz bu tədbirləri kənd əhalisinin rahat yaşayışı üçün görüb. Fəxr edirik ki, bütün bunlar Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilib. İnsanlar dövlətimizin siyasi xəttinə dəstək verir. Üzvlərin sayı ilbəil artır.

Rabitə evində 192 yerlik yeni nəsil ATS qurulub. Kənddə 81 telefon və 30-a yaxın internet istifadəçisi vardır.

Feldşer-mama məntəqəsində əhaliyə nümunəvi səhiyyə xidməti göstəriləcəkdir. Məntəqə üçün 4 iş otağı ayrılıb, ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, soyuducu və tibbi ləvazimatlar qoyulub.

Tibb bacısı Tükəzban Musayevə deyib: “25 ildir feldşer-mama məntəqəsində çalışıram. Bu günə qədər şəraiti olmayan uyğunlaşdırılmış binada fəaliyyət göstərirdik. Lakin yaradılan müasir iş şəraiti göstərilən tibbi xidmətin də səviyyəsini yüksəldəcəkdir. Sakinlər və tibb işçiləri adından minnətdarlıq edir, daha səylə çalışacağımıza söz veririk”.

Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Müasir kənd yolları inkişafın göstəricisidir

Noyabrın 8-də Yeni Havuş-Xətai kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, 7 kilometrlik yola asfalt örtük salınıb, 1500 metr uzunluğunda kənddaxili yollar hamarlanaraq qum-çınqıl qatı verilib. Tikinti işləri aparılarkən yolun üzərində 78 su keçidi qoyulub, 750 metr beton su kanalı çəkilib, 5 selötürücü mənfəz, 2 yeni körpü tikilib.

Xidmət mərkəzində lazımi şərait yaradılıb

Həmin gün yeni xidmət mərkəzinin də açılışı olub.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada əsasən yerli sənaye və ərzaq məhsulları, o cümlədən ailə təsərrüfatlarında istehsal olunmuş 60 adda məhsul satışa çıxarılıb.

Mağaza sahibi Coşqun Eyvazov minnətdarlıq edərək deyib: Hər iki kəndin çətin günləri olub. Lakin muxtar respublikanın inkişafı, aparılan quruculuq işləri nəticəsində hazırda qayğısız yaşayırıq. Kəndimizdə iş sahibinə çevrilmişik. Bu, dövlətin vətəndaşına verdiyi dəyərin ifadəsidir.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Aparılan quruculuq işlərindən sonra Yeni Havuş və Xətai müasir Azərbaycan kəndlərinə çevrilmişdir. Kənddə sakinlərin rahat yaşayışı üçün bütün şərait yaradılmışdır. Sabah ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunacaqdır. 1990-cı il noyabrın 17-də Azərbaycanın üçrəngli bayrağı ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılmış və Azərbaycan Respublikasının Ali Sovetinə dövlət bayrağı kimi qəbul olunması tövsiyə olunmuşdur.

Ali Məclisin Sədri əlamətdar gün və aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Ölkəmizin bugünkü inkişafının əsası ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən etibarən Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda inkişafa kəndlərdən, sərhəd rayonlarından başlanılmışdır. Qısa müddətdə Azərbaycan keçmiş Sovetlər Birliyi ölkələri içərisində inkişaf etmiş respublikaya çevrilmişdir. O dövrdə Ulu Öndərin həyata keçirdiyi tədbirlərin davamı olaraq Azərbaycan müstəqillik illərində də hərtərəfli inkişaf etmişdir. Hazırda Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmizin hər bir yaşayış məntəqəsi müasirliyə, inkişafa qovuşmuş, insanların rahat və təhlükəsiz yaşayışı təmin edilmişdir. Aparılan quruculuq işləri Yeni Havuş və Xətai kəndlərində də inkişafa səbəb olmuşdur. Kəndlərdə təsərrüfatların genişləndirilməsi, maldarlıq, heyvandarlıq, arıçılıq meyvəçilik və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar vardır. Torpaqların su təminatının yaxşılaşdırılması, istehsal olunan məhsulların bazarda satışının təşkil edilməsi bu sahəyə marağı artırmışdır. Eyni zamanda kəndlərin yolları, rabitə, qaz, elektrik xətləri yenidən qurulmuş, poçt xidməti yaradılmış, əhaliyə nümunəvi tibbi xidmətin göstərilməsi təmin edilmiş, müasir tədrisin tələblərinə cavab verən məktəb istifadəyə verilmişdir. Əhalinin tələbatının ödənilməsi üçün xidmət mərkəzi, dövlət qurumlarının səmərəli fəaliyyəti üçün kənd mərkəzi tikilmişdir.

Ali Məclisin Sədri əminliyini bildirib ki, yaradılan şəraitdən səmərəli istifadə olunacaq, qurulanlar qorunub saxlanılacaqdır.

Kənd ağsaqqalı Məmməd Məmmədov minnətdarlıq edərək deyib: “Muxtar respublikanın hər yerində olduğu kimi bizim kəndimizdə də böyük quruculuq işləri aparılıb. Bu işlər ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Yeni məktəb binaları gənc nəslin elmli, savadlı və dünyagörüşlü formalaşmasına böyük təsir edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzinin, yolun istifadəyə verilməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanır. Əvvəlcə bizim yollarımız çox pis vəziyyətdə idi. Rayona gedib-gəlmək çətin idi. Kənd sakinləri çox əziyyət çəkirdi. İndi isə yollarımız abadlaşıb, asfalt örtük salınıb. Bir sözlə, kəndimiz öz simasını tamamilə dəyişərək şəhər görkəmi alıb. Kəndimizin sakinləri maldarlıqla, əkinçiliklə və arıçılıqla məşğul olurlar. Əldə etdikləri məhsulları həm bazara, həm də keçirilən festival və yarmarkalara çıxararaq yaxşı qazanc əldə edirlər. Söz veririk ki, bundan sonra da təsərrüfatlarımızı genişləndirəcək, torpaqlarımızı əkib-becərib kənd təsərrüfatının inkişaf etdirilməsində əlimizdən gələni əsirgəməyəcəyik”.

X X X

Yeni Havuş və Xətai kəndlərində abadlıq işləri də aparılıb, 4954 metr fiber-optik, 8050 metr rabitə xətləri, 1200 metr izolyasiyalı hava elektrik xətti çəkilib, kəndlərdəki transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılıb. 4747 poqonmetr qaz xəttində isə yerdəyişmə və təmir-bərpa işləri görülüb. Həmçinin Xətai kəndinin içməli su xətti təmir olunub, yeni subartezian quyusu qazılıb.

Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub

Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsidir. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su şəbəkələri qurularaq istifadəyə verilir.

Noyabrın 8-də Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, Zeyvə və Düdəngə kəndlərinin içməli su şəbəkəsinin tikintisinə “Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2019-cu ilin fevral ayında başlanılıb. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə ötürülür. Layihəyə uyğun olaraq ərazidə müxtəlif diametrli borularla 64 kilometr içməli su xətti çəkilib. Hər iki kənddə 1100 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb, su şəbəkəsi üzərində 5 yanğın hidrantı, həmçinin qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 68 siyirtmə və 4 suboşaldıcı qoyulub. Bununla da Zeyvə və Düdəngə kəndlərinin sakinləri fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunublar.

Sonra sakinlərlə görüş olub.

Ali Məclisin Sədri çıxış edərək deyib: Bu gün muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su sistemləri qurularaq istifadəyə verilir. Çünki su təmizlikdir, sağlamlıqdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika əhalisinin 50 faizə yaxını tam standartlara uyğun içməli su ilə təmin olunur. Görülən işlərin tərkib hissəsi kimi Şərur rayonunda da içməli su sistemləri yenidən qurulur. Ötən əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyev tərəfindən Arpaçay su anbarının tikilməsi bu gün Şərur rayonunun həm suvarma, həm də içməli su təminatının ödənilməsində mühüm rol oynayır.

Ali Məclisin Sədri Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemlərinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, bu işdə əməyi olanlara təşəkkürünü bildirərək deyib: Yaşayış məntəqələrində müasir içməli su sistemlərinin qurulması ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir. Artıq Şərur şəhəri də daxil olmaqla muxtar respublikanın rayon mərkəzləri, eləcə də Naxçıvan şəhəri içməli su və kanalizasiya sistemləri ilə təmin olunmuşdur. Bununla yanaşı, şəhər və rayon mərkəzlərinə yaxın kəndlərdə də içməli su sistemləri qurulur. Şərur şəhərinə yaxın ərazidə yerləşdikləri üçün Zeyvə və Düdəngə kəndlərində də içməli su sistemləri qurulmuşdur.

Ali Məclisin Sədri deyib: Su hər bir evə lazımdır. Çünki dayanıqlı və keyfiyyətli su təminatı insanların rahatlığına xidmət edir. Əvvəllər Zeyvə və Düdəngə kəndlərində içməli su təminatı tam ödənilmirdi. Lakin bu gün hər iki kənddə yaşayan 7300 nəfər əhali evlərində tam standartlara uyğun içməli su ilə təmin olunur. Tarixən insanlar suyun olduğu ərazilərdə məskunlaşıblar. Bu mənada içməli su təminatının yaxşılaşdırılması kəndlərdə məskunlaşmanın da artmasına səbəb olacaqdır. Gələcəkdə kəndlərdə tikiləcək yeni evlər də içməli su ilə təmin olunacaqdır. Bütün bunlar dövlətin vətəndaşlarına göstərdiyi qayğının və verdiyi dəyərin daha bir ifadəsidir.

Zeyvə kənd ağsaqqalı Məhərrəm Rəhimov Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: Sizin bu kəndə hər gəlişiniz sakinlər üçün yeni bir bayramdır. Bir neçə il bundan əvvəl Zeyvə kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilib. Qaz və elektrik xətləri yenilənib, geniş asfalt yol salınıb. Hər səhər evdən çıxanda bu gözəl mənzərələrlə qarşılaşmaq adama zövq verir. Bu gözəlliyi görməmək günah olar. Bizim kənd sakinlərinin ancaq bir problemi var idi. Bu da içməli suyun olmaması idi. 70 illik Sovetlər Birliyi dövründə bu kəndlərə su çəkilmədi. İnsanlar gündəlik su tələbatlarını ödəmək üçün çox vaxt sərf edirdilər. Lakin Sizin böyük təşəbbüsünüz, diqqət və qayğınız sayəsində tez bir zamanda bu problem aradan qaldırıldı. Kəndə içməli su xətti çəkildi. İndi xoş halımıza ki, kəndimiz 24 saat ərzində davamlı və keyfiyyətli içməli su ilə təmin olunub. Göstərdiyiniz diqqət və qayğıya, yaratdığınız şəraitə görə ziyalı bir kənd ağsaqqalı kimi sakinlər adından minnətdarlığımızı bildiririk”.

Ali Məclisin Sədri içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb, muxtar respublikanın yaşayış məntəqələrində içməli su sistemlərinin qurulması sahəsində həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirib, Şərur rayonunun Cəlilkəndində də yeni içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  08-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA