Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Praqada mədəniyyətlərarası dialoq və radikalizm mövzusunda keçirilən konfransda təmsil olunub

Azərbaycan Praqada mədəniyyətlərarası dialoq və radikalizm mövzusunda keçirilən konfransda təmsil olunub

08.11.2019 [17:53]

Noyabrın 7-də Çex Respublikasında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirlərini birləşdirən Praqa Qrupu və Çexiya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) AZƏRTAC-a bildiriblər ki, ölkəmizi bu konfransda Komitənin sədr müavini Səyavuş Heydərov təmsil edib.

Səyavuş Heydərov konfransda çıxış edərək Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətlərindən, tolerant və multikultural mühitdən, dini əməkdaşlığın önəmindən bəhs edib, dinin siyasiləşdirilməsi, radikalizm və ekstremizm ideologiyası ilə mübarizə kimi məqamlara toxunub. Bildirib ki, dünyada cərəyan edən, beynəlxalq sülh və təhlükəsizliyə təhdid olan geosiyasi proseslərin dinamik inkişafı fonunda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşır. Zaman keçdikcə dini ayrı-seçkilik, islamofobiya və ksenofobiya güclənir, dini radikalizm və ekstremizm geniş vüsət alır, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verilir. Bu gün din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşdirilib.

“Din siyasiləşdiriləndə və ya siyasi maraqlar üçün alət-vasitə kimi istifadə olunanda çox təhlükəli və dağıdıcı silaha çevrilir. Bunun acı nəticəsi Yaxın Şərqdə, xüsusilə beynəlxalq təhlükəsizliyə qarşı yönəlmiş mövcud təhdidlərdə görünür”, - deyən S.Heydərov radikalizm və ekstremizm ideologiyası ilə mübarizədə səmərəli nəticələrin əldə olunmasında daha çox tolerantlıq, multikulturalizm və həmrəylik ideologiyasının əhəmiyyət kəsb etdiyini qeyd edib. Dinlər və mədəniyyətlər arasında dialoqa nail olmaq, sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin, ən əsası isə ölkələrin səylərinin birləşdirilməsi, siyasi iradə nümayiş etdirilməsinin zəruriliyini vurğulayan DQİDK-nın sədr müavini bu baxımdan Azərbaycanın üzərinə düşən mənəvi borcu və siyasi iradə kimi şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışdığını deyib. Ölkəmizin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində bütün dünyaya nümunə ola biləcək bir strategiya ortaya qoyduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran Komitə rəsmisi bildirib ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, 10 ilini tamamladığımız “Bakı Prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən qlobal xoşməramlı çağırışdır.

S.Heydərov onu da vurğulayıb ki, tarixi Azərbaycan torpaqlarının 20 faizindən çoxunun monokultural siyasət yürüdən Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulmasına, minlərlə soydaşımızın terrora məruz qalmasına, işğal altındakı Dağlıq Qarabağ ərazisində çoxsaylı dini, mədəni və tarixi abidələrimizin təcavüzkar ölkənin silahlı birləşmələri tərəfindən dağıdılmasına rəğmən, Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə edilir.

Azərbaycanın nümunəvi tolerantlıq modeli barədə faktların maraqla qarşılandığı konfransda bir sıra ölkələrin nümayəndələri respublikamızın təcrübəsi ilə daha yaxından tanış olmaq, bu sahədə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30