Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib

Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib

23.10.2019 [20:38]

Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Fələstin Dövlətinə artan beynəlxalq dəstəyin məmnunuq doğurduğunu bildirərək deyib: “Fələstin xalqına sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda apardığı mübarizədə Azərbaycanın hərtərəfli dəstəyini bir daha bildirmək istərdim. Azərbaycan ardıcıl qaydada İsrail-Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla, iki dövlət modelinə əsasən həllinin tərəfdarıdır. Bir neçə il əvvəl Azərbaycanda Fələstin Dövlətinə kömək məqsədilə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirildi. 2017-ci ilin iyul ayında Azərbaycanda Qüds məsələsinə dair BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsi üzrə Komitəsi, BMT-nin Humanitar məsələlər üzrə Əlaqələndirmə Ofisi, İƏT və müxtəlif digər hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə beynəlxalq konfrans təşkil olundu. Konfrans Şərqi Qüdsün işğalı və Əl-Əqsa məscidində ibadət edən möminlərə qoyulan məhdudiyyətləri pisləyən bir bəyanat qəbul etdi. Bu gün də, həmişə olduğu kimi, Fələstin xalqının yanındayıq.

2018-ci ilin noyabr ayında Fələstin rəhbərliyinin xahişi ilə Azərbaycan Fələstin Dövlətinin Asiyadakı səfirlərinin konfransına ev sahibliyi etdi”.

2018-ci ilin aprelində Qoşulmama Hərəkatı (QH) Troykası qaydasında Azərbaycanda "Davamlı inkişaf üçün beynəlxalq sülh və təhlükəsizliyin təşviqi" adlı 18-ci Aralıq Nazirlər Toplantısı keçirildiyini xatırladan nazir bildirib ki, bu tədbir çərçivəsində QH Nazirlər Komitəsinin Fələstin üzrə iclası təşkil edildi. Yekun Bakı Bəyannaməsində pozuntulara tam son qoyulması üçün ciddi, kollektiv səy göstərməyə çağırışlar təkrarlandı.

“Azərbaycan Respublikası həmişə çətin günlərdə Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir. Bu dəstəyin bariz nümunəsi kimi, 2018-ci ilin oktyabr ayında BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinə (UNRWA) 200 000 ABŞ dolları ayırmasıdır.

Biz, Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir. Buna görə Fələstin xalqına dəstəyimiz qəlbdən gəlir”,- deyə nazir vurğulayıb.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30