Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib

“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib

23.10.2019 [14:31]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən deputatlar və media orqanlarının rəhbərləri əvvəlcə DOST mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Müsabiqə qaliblərinin mükafatlandırılması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini qeyd edib. O bildirib ki, bu il 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paket icra olunub. Həmçinin həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramları getdikcə genişlənir. Eyni zamanda, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulması, vətəndaş məmnuniyyətinə nail olunması üçün mühüm islahatlar aparılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin gerçəkləşməsi bu sahədə mühüm uğurlar əldə etməyə imkan yaradıb. “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin təşkilində məqsəd dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə göstərilməsinə imkan verən DOST layihəsinin üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.

Nazir deyib ki, Prezident İlham Əliyev sosial-iqtisadi müşavirədə gələn il də ciddi sosial proqramlar icra ediləcəyini, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacağını bəyan edib. Dövlət başçısı, eyni zamanda, şəffaflığın, dövlət nəzarətinin və ictimai nəzarətin təminatını əsas vəzifələrdən biri kimi müəyyən edib, “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”, - deyə vurğulayıb.

S.Babayev müvafiq fəaliyyət sahələrində ictimai iştirakçılığın və ictimai nəzarətin, nazirlik üzrə məlumatların ictimai açıqlığının təmin edilməsi üçün görülmüş işləri qeyd edib. Bildirib ki, “E-sosial” internet portalı vətəndaşlara özləri barədə sosial xarakterli məlumatlara çıxış imkanı ilə bərabər, öz sosial hüquqlarının təminatına ictimai nəzarət imkanı verib. Burada özünüməşğulluq proqramı iştirakçıları, onlara aktivlərin verilməsi prosesi, aktivlərin keyfiyyəti və s. məlumatlar açıqlanır, nazirliyin rəsmi saytında “İşsizin DOSTu” proqramı iştirakçılarının siyahısı təqdim olunur.

Nazir ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, ictimai məlumatlandırmada media ilə fəal əməkdaşlığa xüsusi önəm verildiyini deyib.

Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu il iyulun 24-də elan edilən və sentyabrın 27-də başa çatan müsabiqəyə 17 KİV-dən 29 yazı təqdim edilib. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib. Qaliblərə və həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşları üçün pul mükafatı və diplomlar nəzərdə tutulub.

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edərək, dövlət qurumlarının fəaliyyətində mətbuatla sıx əməkdaşlığın, o cümlədən belə müsabiqələrinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonda qaliblərə, həmçinin həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarına mükafat və diplomlar verilib.

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31