Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur
A+   Yenilə  A-
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur

Prezident İlham Əliyev: Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları
Zaman dəyişir və hər dövr qarşıya yeni tələblər, yeni çağırışlar qoyur. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti də öz siyasətini məhz zamanın dəyişən tələblərinə uyğun qurur. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədəki nitqində dövlətimizin başçısı ölkəmizin bundan sonrakı inkişaf perspektivləri ilə bağlı qarşıda yeni mühüm vəzifələr durduğunu bildirib. Respublikamızın indiyə qədərki inkişafından, qazanılan uğurlardan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev, eyni zamanda, imkanların daha geniş olduğunu nəzərə çatdırıb. Dövlət başçısının bəhs olunan müşavirədəki nitqində bütün sahələrdə şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, kadr islahatlarının davam etdirilməsi, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi ilə bağlı verdiyi tapşırıqlar xüsusilə aktualdır. “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”, - deyə Prezident İlham Əliyev qətiyyətlə bildirib.
Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlara yüksək vəzifələr həvalə edilir
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir. Ancaq yalnız iqtisadi potensiala arxayın olmaqla respublikanın perspektiv inkişafını təmin etmək mümkün deyil. İnkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib. Və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.
Ölkəmizdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur. Bu da təbiidir. Qeyd olunduğu kimi, ölkə Prezidenti dövlət orqanlarında, icra strukturlarında çevikliyi artırmaq, islahatları dərinləşdirmək istəyir. Dövlət başçısı yuxarıda bəhs olunan müşavirədəki nitqində kadr islahatlarının ayrı-ayrı strukturların fəaliyyətində canlanmaya səbəb olduğuna dair konkret misallar gətirib. “Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”, - deyə dövlət başçısı vurğulayıb.
Və yaxud götürək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini. Əvvəllər burada çoxlu nöqsanlar müşahidə edilirdi. Dövlət başçısı məmnunluq hissi ilə bildirib ki, yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Yeri gəlmişkən, Prezident İlham Əliyev bir qədər bundan əvvəl yeni Baş Nazir təyin olunan Əli Əsədova da islahatlar, o cümlədən də kadr islahatları aparmaqla bağlı ciddi tapşırıqlar verib. “Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin kadr islahatları ilə bağlı çağırışları yaşlı məmurlar tərəfindən anlaşıqlı qarşılanıb. Azərbaycan Respublikasının Baş Nazirinin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov vəzifədən azad edilmələri ilə bağlı dövlət başçısına ərizə ilə müraciət ediblər. Prezident İlham Əliyev Baş Nazirin sabiq müavinlərinin hər ikisini ayrı-ayrılıqda qəbul edərək onların Azərbaycan dövləti qarşısında xidmətlərini yüksək dəyərləndirdiyini bildirib. Dövlət başçısı onlarla səmimi söhbətində vurğulayıb ki, daha gənc nəslə yol vermək lazımdır.
Yeni mərhələdə kadr siyasətində Prezident İlham Əliyevin gənclərə üstünlük verməsi, onlara güvənməsi isə heç də təsadüfi deyil. Son 16 ildə respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilib. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Respublikamızda Azərbaycan gəncləri ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən və 2005-2009-cu, eləcə də 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir. Ölkəmizdə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır. Dövlət başçısı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” müvafiq Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər) böyük müvəffəqiyyətlə reallaşdırılıb. Dövlət başçısının 2 iyul 2013-cü il tarixli Fərmanı ilə Gənclər üçün Prezident mükafatı təsis edilib. Mükafat elm, mədəniyyət, ədəbiyyat, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən gənclərə ildə bir dəfə təqdim edilir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi təmin edilib. Dövlət başçısının müvafiq Fərmanı əsasında Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən qurulub. Ölkəmizdə gənclər siyasətinin inkişafına Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2011-ci ildə yaradılan Gənclər Fondu yeni təkan verib. 2018-ci il 7 mart tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb və bu qurumun Nizamnaməsi təsdiq edilib. Gənclər Fondu tərəfindən gənclərin ictimai təşəbbüslərinə, yerli və beynəlxalq miqyaslı layihələrinə dəstək verilir. Ümumiyyətlə, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Aparılan belə məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda müasir trendləri yaxşı bilən savadlı və vətənpərvər gənclər ordusu formalaşıb. Belə gənclərdən ölkənin idarə olunmasında kadr bazası kimi istifadə olunması tam təbiidir.
Ölkədə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilir
Yeri gəlmişkən, korrupsiya, rüşvətxorluq, məmurların pulla ələ alınması hər bir cəmiyyətin çox böyük problemidir. Sirr deyil ki, belə mənfi təzahürlərin olduğu ölkələrdə inkişafla bağlı ciddi problemlər yaşanır. Bu baxımdan Azərbaycan dövlətinin korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli siyasi iradə nümayiş etdirməsi təqdirəlayiqdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu tələblərdən biri məhz ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi neqativ hallara qarşı mübarizənin daha da sərtləşdirilməsi ilə bağlıdır. Bu xüsusda prinsipial yanaşmadan çıxış edən dövlətimizin başçısı “Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır”, - deyə vurğulayıb.
Əlbəttə, rüşvətxorluq və korrupsiya kimi mənfi təzahürlər elə bir ciddi bəladır ki, bu kimi halların kökünü bir çağırışla tamam kəsmək mümkün deyil. Son 16 ildə respublikamızda Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə uyğun olaraq qeyd olunan neqativlərə qarşı sistemli mübarizə sərgilənib. O cümlədən son illərdə Azərbaycanda ölkənin potensialı və qlobal çağırışlar əsas götürülməklə ardıcıl şəkildə həyata keçirilən islahatların böyük bir qismi bütün sahələrdə şəffaflığın təmin edilməsinə, korrupsiya, rüşvətxorluq və digər bu kimi hüquqpozma hallarının qarşısının alınmasına hədəflənib. Respublikamızda inhisarçılığın, kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məqsədilə ciddi mübarizə tədbirləri görülür. Ölkəmizdə neqativ hallara qarşı mübarizənin sistem xarakteri daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə cəmiyyətimizi narahat edən məsələlərə qarşı mübarizədə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirir. Dövlətin güclü siyasi iradəsi ilə tamamlanan sistem xarakterli tədbirlər səmərəli antikorrupsiya platforması qismində çıxış edir. Son illərdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə Dövlət Proqramı, Milli Strategiya qəbul olunub, o cümlədən Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Bəhs olunan fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyinin artırılmasında, şəffaflığın və vətəndaşlara göstərilən xidmətlərin inklüzivliyinin təmin olunmasında dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə 2012-ci il iyul ayının 13-də yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun “ASAN xidmət” mərkəzlərinin rolunu isə ayrıca qeyd etmək lazımdır.
Ölkəmizdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərir. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Respublikamızda 2019-cu ilin əvvəlindən daha geniş miqyasda davam etdirilən islahatların böyük bir qismi rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi tədbirlərini əhatə edir. Mütəxəssislər çox haqlı olaraq 2019-cu ilin arxada qalan dövrünü ölkənin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi səciyyələndirirlər. Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olmuşdur.
Bütövlükdə, respublikamızda həyata keçirilən məqsədyönlü və sistemli islahatlar nəticəsində hər bir sahədə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə sahəsində də qanunvericilik bazası ən son beynəlxalq standartlar səviyyəsinə çatdırılıb, güclü institusional zəmin formalaşdırılıb. Belə səmərəli tədbirlərin davamı kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 8 oktyabr 2018-ci il tarixli Fərman imzalanmaqla cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasının təşkili, o cümlədən həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətinin təmin edilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib, o cümlədən aidiyyəti dövlət orqanları tərəfindən qeyd edilən növ statistik məlumatların Baş İdarəyə mütəmadi olaraq təqdim edilməsi nəzərdə tutulub. Fərmanın icrası ilə bağlı görülən işlər çərçivəsində 7 sentyabr 2019-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının, o cümlədən Daxili İşlər, Vergilər, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri, habelə Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələrinin iştirakı ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı statistik məlumatların bir mərkəzdə toplanmasını təmin edəcək Vahid İnformasiya Bazasının təqdimat mərasimi keçirilib.
Ardıcıllıqla həyata keçirilən bu kimi islahatların məntiqi nəticəsi olaraq respublikamızda rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyi getdikcə artır. Baş prokuror Zakir Qaralov KİV-ə müsahibəsində bildirib ki, Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə daim nəzarətdə olub. Bu ilin doqquz ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib. Baş prokuror qeyd edib ki, bu prosesdə dövlətə dəymiş 18 milyon manata yaxın ziyan ödənilib. Hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur.
Eyni zamanda, respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində reallaşdırdırılan məqsədyönlü və prinsipial siyasət beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun bu yaxınlarda yaydığı yeni hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə dünyada 18-ci yerdədir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə respublikamız 30-cu yeri bölüşür. Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində qəbul olunmuş qərarda isə çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycanın mübarizə sistemi müsbət dəyərləndirilib və institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb.
İctimai nəzarətin daha da gücləndirilməsi yeni çağırışlar sırasında yer alır
Məlum olduğu kimi, Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarına müraciət edərək onları fəal olmağa, Azərbaycanın inkişafı naminə reallaşdırılan siyasətə dəstək verməyə çağırıb. Dövlət başçısının mövqeyi belədir ki, güclü ictimai nəzarətin təmin olunması ölkənin qarşısında duran məsələlərin həllində çox mühüm amildir. Dövlət başçısının bəhs olunan müşavirədə ölkəmizi yeni inkişaf mərhələsinə çıxartmağı hədəfləyən çağırışları da həm icra hakimiyyəti qurumlarına, həm də bütün cəmiyyətə ünvanlanıb. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son 16 ildə Azərbaycanın yüksək inkişaf dinamikasına nail olmasında cəmiyyətin fəallığının müstəsna rolu olub. Yüksək vətəndaş fəallığı olmadan Azərbaycandakı möhkəm daxili sabitliyi və dinamik inkişafı heç təsəvvür etmək belə mümkün deyil. Biz xatırlaya bilərik: Ən həssas, ən zəruri məqamlarda vətəndaşlar öz mövqelərini açıq, qətiyyətli şəkildə ortaya qoyublar, dövlətə, Prezident İlham Əliyevə dəstək nümayiş etdiriblər, aparılan siyasətə “hə” deyiblər. Eyni zamanda, dövlət də öz siyasətini müəyyənləşdirərkən daim sosiumun mövqeyini, cəmiyyətdən gələn sosial sifarişləri nəzərə alıb və bu vəhdət də uğurlarımızı təmin edib.
Son illərdə könüllülər hərəkatının geniş vüsət alması ölkəmizdə vətəndaş fəallığının artmasına yaxşı nümunədir. Bu gün könüllülər hərəkatında on minlərlə gənc birləşir. Könüllü gənclər son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilində və keçirilməsində böyük fəallıq və idarəçilik keyfiyyətləri nümayiş etdiriblər. Könüllülər həmçinin “ASAN xidmət”, “DOST” mərkəzlərində, aqrar sektorda, hüquq-mühafizə orqanlarında geniş şəkildə təmsil olunurlar.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2310  |  
  • Tarix:  23-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA