Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Kərimlinin təxribat planı yenə baş tutmadı
A+   Yenilə  A-
Əli Kərimlinin təxribat planı yenə baş tutmadı

Azərbaycan xalqı növbəti dəfə bu antimilli ünsürlərə yerini göstərərək ölkəmizdə mövcud olan sabitliyi dəstəklədiyini nümayiş etdirdi
Dünyanın bir çox ölkələri sosial-iqtisadi böhranla üz-üzə qaldığı halda, Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf, həmçinin sosial-iqtisadi sahədə aparılan islahatlar dövlətimizin qüdrətlənməsini gözü götürməyən xaricdəki bəzi mərkəzləri, o cümlədən ermənipərəst dairələri və onlarla koordinasiyalı fəaliyyət göstərən daxildəki destruktiv, dövlətinə və xalqına xəyanət yolu tutan bəzi qüvvələri aktivləşdirib.
Oktyabrın 19-da paytaxt Bakıda qeyri-qanuni aksiyaya cəhd də həmin mərkəzlərin və dairələrin sözügedən qüvvələrə sifarişinin nəticəsində aktivləşmə fazasının təzahürü idi. Elə olmasaydı, heç bir əsas olmadığı halda, “Milli şura” kimi antidövlət qurumu və 7 yerə parçalanmış AXCP şəhərin mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməzdi.
Beləliklə, Ə.Kərimli və onun yedəyində gedən “Milli şura” adlandırdıqları qondarma qurumun üzvləri icazə verilən yerdə mitinq keçirməkdən imtina edərək və qanunu pozaraq əhalini kütləvi şəkildə vətəndaş itaətsizliyinə çağırmaqla qarşıdurma yolu tutdular və şəhərin mərkəzində ictimai asayişi pozmağa cəhd göstərdilər. İctimai nəqliyyatın sonuncu dayanacaqları yerləşən, tutum baxımından o qədər böyük olmayan metrostansiyanın qabağına yığışmaq niyyəti öz-özlüyündə radikalların hansı məqsədi güddüyünü ortaya qoyurdu. Yəni heç bir sosial bazası olmayan Ə.Kərimli kimi dəstə başçısı insanların gediş-gəlişinin gur olduğu “28 May” və “Cəfər Cabbarlı” stansiyaları, habelə Bakı Dəmiryol Vağzalının ətrafında hərəkət edənləri öz qanunsuz aksiyasına cəlb etmək istəyirdi.
Beləliklə, sırf əhalini vətəndaş itaətsizliyinə çağıran destruktiv qüvvələrin qeyri-qanuni aksiyaya cəhdlərinin nəticəsi olaraq, bir neçə saat ərzində şəhərin mərkəzi hissəsində əhalinin istirahəti pozuldu, ətraf ərazidə fəaliyyət göstərən obyektlərin sahibi olan sahibkarların fəaliyyətinə maneçilik törədildi, nəqliyyatın hərəkəti dayandı. Eyni zamanda, 14 avtobus marşrutunun istiqamətinin dəyişdirilməsi, Bakı Metropoliteninin stansiyalarının fəaliyyətini dayandırması nəticəsində yüz minlərlə insan vaxtında nəzərdə tutulan məntəqələrə çata bilmədi. Avtomobil nəqliyyatının hərəkətində yaranmış çətinliklər, həmin ərazidə yaşayan insanların istirahətinin tam pozulması və radikal qrupların digər qeyri-qanuni əməlləri nəticəsində ciddi problemlər yarandı.
Təbii olaraq, radikal müxalifətin qeyri-qanuni aksiyasının qarşısının alınması zamanı polisin qanuni tələblərinə əməl etməyən, təxribatçı fəaliyyətlə məşğul olan, müxtəlif şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd edən və digər qanunazidd əməllər törədən şəxslərə, o cümlədən aksiyanın təşkilatçıları və fəallarına qarşı lazımi tədbirlər görüldü.
Hüquq-mühafizə orqanlarının peşəkar, prinsipial və qanun çərçivəsində fəaliyyət göstərməsinə baxmayaraq, radikallar tərəfindən sosial şəbəkələrdə ictimai asayişi qorumaq vəzifəsini yerinə yetirən qüvvələrin fəaliyyəti ətrafında ajiotaj yaradılır. Onlar bununla baş tutmayan aksiyanın gündəmdə saxlanmasını, ictimai rəyi manipulyasiyaya məruz qoymaq istəyirlər. Ə.Kərimli və digərləri bu aksiyadan anti-Azərbaycan təbliğatında istifadə edir, dövləti hədəf götürməyə çalışır, mənəviyyata zidd və etikadan kənar “qara piar” kampaniyası aparır, özlərini reklam edirlər.
Amma fakt ondan ibarətdir ki, aksiyadan bir neçə gün qabaq təşkilatçılar müvafiq qurumlara dəvət olunaraq onlara aksiyanın qarşısının alınacağı və onun nəticələrinə görə təşkilatçılar və iştirakçıların məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdilər.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, uzun müddətdir sosial şəbəkələrdə reklam aparılması, əhalinin israrla küçə və meydanlara dəvət olunması, mitinqə yüzminlərin qoşulacağı barədə boğazdan yuxarı iddialara baxmayaraq, Ə.Kərimlinin “şura”sının üzvləri ilə birlikdə dəstəsinin 100-150 nəfəri ötmədiyi sübuta yetirildi. Bu fakt ortada ola-ola Ə.Kərimli kimi təxribatçıların çıxıb hansısa “izdiham”dan danışması çox gülünc səslənir.
Beləliklə, Əli Kərimlinin niyyəti 100 nəfərlik “izdiham”ın altında qaldı və adından danışmağa cəhd etdiyi xalq onun dağıdıcı dəstəsinin ölkədə sabitliyi pozmaq istiqamətindəki cəhdlərini birmənalı şəkildə rədd etdi. Buna görə də qeyri-konstruktiv müxalifət imici qazanaraq fəlakətə sürüklənən bu dəstə və onun başçısı Azərbaycanın siyasi meydanından təcrid olunmalıdır. Çünki dövlətinə və xalqına qarşı bu dərəcədə məkrli olan dağıdıcı qüvvələr siyasi arenada qaldıqca xaricdəki anti-Azərbaycan dairələr bundan sonra da ölkəmizdə sabitliyi pozmaq üçün onlardan istifadəyə cəhd göstərə bilərlər.
Qaşqay ZİYƏDDİNOĞLU

 
  • Oxunub:  1890  |  
  • Tarix:  22-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
13 Noyabr 09:46
Məzahir Pənahov: Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımlar atılır
13 Noyabr 09:43
Milli Məclisdə 2020-ci ilin büdcə layihəsinin müzakirəsinə başlanılıb
13 Noyabr 09:40
Azərbaycan Konstitusiyası və insan hüquqları
13 Noyabr 09:36
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupunun üzvlərinə müsahibə verib
13 Noyabr 09:31
Nəsiminin 650 illiyi münasibətilə salınacaq yaşıllıqlar ekoloji mühiti daha da sağlamlaşdıracaq
13 Noyabr 09:28
Azercell Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır!
13 Noyabr 09:25
Azərbaycanın regionlarında yeni yol layihələrinin icrası uğurla tamamlanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13