Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Əhmədov: 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur
A+   Yenilə  A-
Əli Əhmədov: 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur

“Müxalifətin radikal qanadının oktyabr ayının 19-da Bakıda icazəsiz kütləvi aksiya keçirmək niyyəti və cəhdləri haqlı olaraq bəzi suallar doğurur ki, onları cavablandırmağa ehtiyac olduğunu düşünürəm. Əvvəla, ondan başlamaq istəyirəm ki, bir neçə ay bundan öncə Azərbaycanın siyasi proseslərinə xarici təsirlərin təhlükələri ilə bağlı həyacan təbili çalır, cəmiyyətin bu təhlükələrə qarşı müqavimət göstərməsinin vacibliyini vurğulayırdıq. Müxalifət də daxil olmaqla bir sıra partiyalar və vətəndaş cəmiyyəti təşkilatlarının ölkənin siyasi həyatına xarici təsirlərin yolverilməzliyinə dair birgə mövqe nümayiş etdirməsi, bəyanat imzalaması sözügedən təhlükənin nəinki mövcudluğuna, hətta kifayət qədər ciddi olduğuna işarə idi. Oktyabr ayının 19-da təşkil olunan qanunsuz aksiya cəhdi bəzi siyasi partiyaların vasitəçiliyi ilə ölkənin daxili işlərinə xarici müdaxilə niyyətlərinin real təhlükəli həddə çatmasından xəbər verir. Mətbuatda yayılan məlumatlar mitinqçilərin planlarının və hərəkətlərinin bəzi xarici dairələrin nümayəndələri ilə razılaşdırıldığına hər hansı şübhə yeri qoymur. Deyilənlərə mitinqdən sonra haqqında söhbət gedən ünvanlara kütləvi aksiya cəhdi ilə əlaqədar hesabat verildiyini də əlavə etsək, mənzərə tam aydın olar. Görünən odur ki, 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur, ictimai zərurət yükünə malik deyil və bu səbəbdən də insanların diqqətini cəlb edə bilməyib. Belə olan halda razılaşdırılmamış mitinqin keçirilməsinin əsl səbəbinin bəzi xarici dairələrin maraqlarından qaynaqlandığına inanmamaq mümkün deyil. Bunun başqa adı Azərbaycanın dövlətçilik və milli mənafelərinin maraqlı xarici dairələrə qurban verilməsi, sadə dildə desək, satılmasıdır. Dərk etmək nə qədər üzücü olsa da Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun ətrafında toplaşanlar bəzi xarici dairələrin əlində Azərbaycana qarşı istifadə olunan təhlükəli vasitəyə çevrilib. Hesab edirəm ki, cəmiyyətimiz buna biganə qalmamalı, dövlətin müvafiq orqanları xarici maraqlara xidmət göstərən siyasi təşkilatın fəaliyyətinə qanunauyğun hüquqi qiymət verməlidir.” Bu fikirlıəri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov öz şəxsi facebook səhifəsində paylaşım etdiyi “19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur” sərlövhəli məqaləsində qeyd etmişdir.

Əli Əhmədov daha sonra bildirmişdir: “Cavabını gözləyən digər sual razılaşdırılmamış, yəni qanunsuz mitinqin keçirilməsinə cəhd göstərilməsi ilə əlaqədardır. Azərbaycanda bütün hüquq və azadlıqlar kimi, sərbəst toplaşmaq hüququ da təmin edilib. Hər hansı qanuni kütləvi aksiyanın keçirilməsinə məhdudiyyət və ya qadağa yoxdur. Lakin bütün dünyada, hətta ən demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da kütləvi aksiyalar zamanı ictimai asayişin qorunmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyəti hökümət daşıyır. Elə buna görə də istənilən kütləvi aksiya əvvəlcədən razılaşdırılır, onun keçirilməsi üçün yer ayrılır. Əks halda asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi mümkün olmazdı. Aksiya iştirakşılarının özlərinin təhlükəsizliyinin təmin edilməsi də bu qəbildən olan zərurətdir və onun məsuliyyəti də hüquq mühafizə orqanlarının üzərinə düşür. Eyni zamanda, mitinqdə iştirak etməyən insanların rahatlığının pozulmaması amili də mütləq nəzərə alınmalıdır. Sadalanan həqiqətlərin mitinqin təşkilatçılarının bilmədiyini düşünmək sadəlövhlük olardı. Bəs onda niyə radikal müxalifət razılaşdırılmamış aksiya keçirilməsinə çalışır. Nə qədər təəccüblü görünsə də, səbəb çox sadədir: təxribat salmaq, qarşıdurma yaratmaq. Mitinqin təşkilatçıları bilir ki, icazəsiz aksiyanın qarşısı alınmalıdır və alınacaq. Bax onlara da məhz elə bu lazımdır: sifarişçilərə və mitinqi təşkil edənlərə lazım olan gərginliyin, qarşıdurmanın yaradılması. Əgər daha ciddi təxribat etmək mümkün olarsa, lap yaxşı, müxalifət də elə bunu istəyir. Qalanını müxalifətin havadarları özləri edəcək: çəkilən şəkillər, videogörüntülər lazımi yerlərə ötürüləcək, Azərbaycanda insan haqları pozulur deyə haray-həşir qopacaq, hansısa beynəlxalq təşkilatlar, həmişə olduğu kimi, ölkəmizə və hakimiyyətə qarşı ikili standartlara əsaslanan bəyanat qəbul edəcək və s.

Cavabını gözləyən daha bir sual mitinqin şəhərin ən gur, hərəkətin ən intensiv olan yerində keçirilməsindən ibarətdir. Bunun bir səbəbi təşkilatçıların mitinqə aid olmayan insanlar hesabına kütləvilik effekti yaratmaq istəyindən qaynaqlanır. Əslində bu özünüaldatmaqdan başqa heç nəyə yaramır, zira radikal müxalifətin ictimai bazasının olmadığını Azərbaycanda bilməyən yoxdur. Gəlin bunu buraxaq mitinq təşkilatçılarının öz vicdanına (əgər varsa). Ancaq icazəsiz mitinqin keçirilməsi üçün yerin seçilməsində digər amil də var. İnsanların gur olan yerlərdə onların rahatlığını pozmaq, qıcıq yaratmaq, mümkün olsa asayiş qoruyucuları ilə əhali arasında qarşıdurma yaratmaq və s. daha asandır. Göründüyü kimi, pis ola biləcək nə varsa, hamısını etməyə çalışıblar ki, məkrli niyyətlərinə çatsınlar.

Təxribat bu dəfə də baş tutmadı. Xalqın radikalçıları qəbul etməməsi bir daha təsdiqini tapdı. Əhalinin ölkədəki əminamanlığı pozmaq istəyənlərə öldürücü etinasızlıq göstərməsi xalqın ölkədəki sabitliyi yüksək qiymətləndirməsinin, Prezident İlham Əliyevə inamının, onun siyasətini müdafiə etməsinin, xalqla iqtidarın birliyinin əyani ifadəsidir. İnanıram ki, bundan sonra da xalqımız bütün təxribatlara və təxribatçılara layiqli cavab verəcək, Azərbaycanın dövlət və milli maraqlarının keşiyində sayıq dayanacaq.”

 
  • Oxunub:  2520  |  
  • Tarix:  21-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+4 +6