Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlət başçısının tapşırıqlarının icrasına dair İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib
A+   Yenilə  A-
Dövlət başçısının tapşırıqlarının icrasına dair İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib

Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəricilərinin Azərbaycan Respublikası Prezidenti tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və köklü islahatlar nəticəsində bu dövrdə ÜDM 2,5 faiz, qeyri-neft ÜDM-i 3,5 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7 faiz təşkil edib. Sənayedə 1,7 faiz, qeyri-neft sənayesində 15,6 faizlik məhsul istehsalının artımına nail olunub. Toxuculuq sənayesi 39,2 faiz, kimya sənayesi 20,6 faiz, tütün məmulatları istehsalı 78,5 faiz, qida məhsulları istehsalı 15,1 faiz, içki istehsalı 40,4 faiz, ağac emalı və istehsalı 99 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2 faiz, kənd təsərrüfatı 7,1 faiz, rabitə xidmətləri 16,4 faiz artıb, tikinti sahəsində 5,6 faiz azalma olub.

Diqqətə çatdırılıb ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17 faizini təşkil edir. Bu göstəriciyə görə ölkəmiz dünyada doqquzuncu yerdə qərarlaşıb.

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10,1 milyard manat sərmayə yönəldilib ki, bunun 6,3 milyard manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 milyard manatı qeyri-neft sənayesinə yatırılıb.

İnflyasiya 2,6 faiz təşkil edib, ərzaq məhsulları 3,5 faiz, qeyri-ərzaq məhsulları 1,3 faiz, xidmətlər 2,4 faiz bahalaşıb. Əhalinin gəlirləri 6,7 faiz artaraq inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.

Cari ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8 faiz artaraq 25,3 milyard ABŞ dolları, xarici ticarət saldosu müsbət 4,5 milyard dollar təşkil edib. Qeyri-neft ixracı 15,5 faiz artmaqla 1,4 milyard dollara çatıb, sənaye məhsullarının ixracında 13,1 faiz, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faiz artıma nail olunub. Bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxdur. Xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4 faiz artım müşahidə olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə çatıb. 2020-ci ildə qeyri-neft ixracının 20 faiz artımı proqnozlaşdırılır.

Ş.Mustafayev vurğulayıb ki, müşavirədə dövlət başçısı qarşıdakı dövr üçün mühüm və konkret vəzifələr müəyyənləşdirib. Belə ki, Prezident İlham Əliyev iqtisadi inkişafı şərtləndirən islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi hesabına yüksək iqtisadi artıma nail olunması, bu sahəyə daha çox xarici investisiyaların cəlb edilməsi, sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması və təhlilində əhatəliyin və dəqiqliyin təmin olunması, Sahibkarlığın İnkişafı Fondunun, bank sektorunun və investisiyaların qeyri-neft sektorunun inkişafında və məşğulluğun artırılmasında rolunun gücləndirilməsi, büdcə xərclərinin səmərəliliyi ilə bağlı əsaslı təhlillərin aparılması, şəffaflığın təmin edilməsi və sair istiqamətlərdə tapşırıqlar verib.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, əlavə iqtisadi artım mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi, işgüzar fəallığın daha da artırılması, iqtisadi subyektlərin əlavə dəyərin yaradılmasında iştirakının genişləndirilməsi üçün tədbirlərin görülməsi istiqamətində araşdırma və təhlillər aparılır. Bununla yanaşı, beynəlxalq maliyyə institutlarının təcrübəsi nəzərə alınmaqla, dövlət dəstəyi tədbirlərinin və investisiyaların iqtisadi artıma təsirinin qiymətləndirilməsi üzrə yeni metodologiyanın ekspertlərin cəlb olunması ilə hazırlanması işləri həyata keçirilir.

İqtisadiyyatın aparıcı sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışan nazir sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi tədbirlərinin daha effektiv şəkildə davam etdirildiyini bildirib.

Hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 milyard manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 milyon manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Bu ilin 9 ayında sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib, bunun 233 milyon manatlıq hissəsi ixrac olunub.

Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili davam etdirilir. Artıq ölkə regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu məhəllələrdə 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb və 90 milyon manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır. Bu ilin sonunadək bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim ediləcək.

2019-cu ildə sənayedə ikirəqəmli artıma nail olunması və növbəti illərdə də dinamik inkişafın təmin edilməsi üçün kompleks tədbirlər davam etdiriləcək.

İclasda dövlət investisiya proqramı çərçivəsində görülən işlər müzakirə edilib, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması, nəzarətin daha da gücləndirilməsi üçün beynəlxalq təcrübə nəzərə alınmaqla, yeni mexanizmlərin tətbiqinin əhəmiyyətli olacağı vurğulanıb.

Bildirilib ki, investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanıb. Özəl sərmayə qoyuluşunun prioritetliyi nəzərə alınaraq, iqtisadiyyatın investisiya cəlbediciliyinin stimullaşdırılması məqsədilə investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.

Bundan başqa, Türkiyə, Çin və digər ölkələrdə Azərbaycanın investisiya imkanlarının geniş təqdimatı nəzərdə tutulur. Növbəti illərdə özəl investisiyalarin orta hesabla 11 faizlik artımı gözlənilir.

Kollegiyada ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi barədə müvafiq tapşırıqlar verilib. İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən İqtisadiyyat naziri bildirib ki, indiyədək 346 sahibkara investisiya dəyəri 3,9 milyard manata yaxın olan layihələr üzrə 407 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2940 təsdiqedici sənəd verilib. Layihələrin 59 faizi sənaye, 40 faizi kənd təsərrüfatı, 1 faizi isə turizm sahələrini əhatə edir. Bu layihələrin icrası nəticəsində 27 mindən çox iş yerinin açılacağı gözlənilir. Artıq 245 sahibkarlıq subyekti üzrə 270 layihə fəaliyyətə başlayıb və 19 minə yaxın iş yeri açılıb. 2019-cu ilin 9 ayında isə sahibkarlara investisiya dəyəri 807,6 milyon manat olan layihələr üzrə 75 investisiya təşviqi sənədi verilib, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ümumilikdə 730 təsdiqedici sənəd təqdim edilib.

Ölkə iqtisadiyyatında sənayenin prioritetlərdən olduğunu qeyd edən Ş.Mustafayev bu sahənin inkişaf potensialının araşdırılmasının və təhlillərin aparılmasının intensivləşdirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına konkret təkliflərin hazırlanmasına dair tapşırıqlar verib.

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin nəqliyyat-tranzit qovşağına çevrilməsi Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində mühüm yer tutur.

Bu ilin 9 ayında ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəticəsində yük daşımaları 1,6 faiz artıb. Bu dövrdə qeyri-neft tranzit daşımaları 43 faiz artmaqla 2,1 milyon tondan çox olub. “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə tranzit daşımaların həcmində 77 faiz, “Şimal-Qərb” nəqliyyat dəhlizi ilə tranzit daşımalarda 53 faiz artım qeydə alınıb. Bu sahədə işlərin səmərəliliyinin daha da artırılması əlavə iqtisadi artım üçün yeni imkanlar yaradacaq.

İclasda qeyd olunub ki, bu ilin 9 ayında da özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib. Bu dövrdə Nazirliyin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşür. 2019-cu ilin 9 ayında Fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib.

Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 milyon manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 milyon güzəştli kredit ayrılıb. Bu isə, ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir. Belə ki, 2018-ci ildə 177,4 milyon dollar dəyərində 172 min ton pomidor, 325,6 milyon dollar dəyərində 319,2 min ton meyvə ixrac olunub. Bu da göstərilən sahəyə güzəştli kreditlərin verilməsinə başlanan illərlə müqayisədə pomidor ixracının 4,3 dəfə (dəyər ifadəsində 9,9 dəfə), meyvə ixracının 70 faiz (dəyər ifadəsində 2,9 dəfə) artması deməkdir.

İxracın dəstəklənməsi məqsədilə bu ilin 9 ayında 8 beynəlxalq sərgidə sahibkarların vahid ölkə stendi ilə iştirakı təmin edilib, müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub, 90 sahibkarlıq subyektinə 16 ölkəyə 120,4 milyon ABŞ dolları dəyərində məhsul ixracına görə 7,2 milyon manat ixrac təşviqi ödənilib.

Diqqətə çatdırılıb ki, əlavə iqtisadi artım resurslarının cəlb olunması işlərinin tərkib hissəsi olaraq, ölkənin 33 rayonunda 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 764 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 192 milyon manat dövlətin güzəştli kredit vəsaitləri ayrılıb. Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi hesabına qənaət olunmuş 25,2 milyon manat vəsait layihələrin icrasına yönəldilib. Aqroparklardan 28-i artıq istifadəyə verilib, ilin sonunadək daha 5-nin istifadəyə verilməsi gözlənilir. Ümumilikdə, bu aqroparklarda 5500 daimi iş yerinin açılması nəzərdə tutulur, artıq istifadəyə verilmiş aqroparklarda 2200 iş yeri açılıb. Aqroparklar və fermer təsərrüfatları tam istifadəyə verildikdən sonra 14 mindən çox iş yerinin yaradılması və ilkin hesablamalara görə, il ərzində 800 milyon manatdan artıq məhsul istehsalı və emalı, xidmətlərin göstərilməsi proqnozlaşdırılır.

İclasda mikro, kiçik və orta sahibkarlığın (KOB) iqtisadiyyatda rolunun artırılmasının sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olduğu diqqətə çatdırılıb. Bu baxımdan KOB-lara dəstək məqsədilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yanvar-sentyabr ayları ərzində sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Bu dövrdə 8 “KOB Dostu” fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 18-ə çatdırılıb.

KOBİA-nın dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün mobil emalatxana, Abşeron rayonunda kombi istehsalı zavodu fəaliyyətə başlayıb, Şəmkirdə istixana təsərrüfatının fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilib. Sahibkarlara bütün dövlət-biznes (“G2B”) və biznes-biznes (“B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili və “e-KOB evi” portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir.

Sahibkarların müraciətlərinə baxılmasında yeni institusional platformanın tətbiqi onların mənafelərinin qorunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən amillərdəndir və bu sahəyə xüsusi diqqət yetirilir.

İqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanması prosesi barədə danışan Ş.Mustafayev proqnozların mütəmadi olaraq ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qlobal meyllər və çağırışlar nəzərə alınmaqla yeniləndiyini qeyd edib. Bu sahədə işlərin təkmilləşdirilməsi, baş verən iqtisadi proseslərə daha çevik və adekvat yanaşmanın təmin olunması məqsədilə Nazirlikdə aparılan institusional tədbirlərin genişləndirilməsi qərara alınıb.

Kollegiyanın sədri vurğulayıb ki, görülən işlər, möhkəm iqtisadi təməl qarşıdakı 2020-ci ildə inkişafın davamlılığına əsas yaradır. Belə ki, ÜDM-in real artımının 3 faiz, o cümlədən neft sektoru üzrə 1,6 faiz, qeyri-neft sahəsində isə 3,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 4,8 faiz artacaq.

Xidmətlər sektorunda artımın 3,6 faiz, nəqliyyatda 4,4 faiz, rabitə və informasiyada 8,7 faiz, ticarətdə 4,5 faiz, turizmdə 6 faiz olacağı gözlənilir. Proqnozlara görə, 2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 65 faizi ötəcək.

Gələn il əsas kapitala investisiya qoyuluşunun 18,3 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu investisiyaların 7,7 milyard manatı neft sektoruna, 10,6 milyard manatı isə qeyri-neft sektoruna yönəldiləcək. Əsas kapitala yönəldiləcək investisiyaların 11,1 milyard manatı və ya 60 faizdən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaq. İnvestisiyalarda bank sektorunun rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, maliyyə dərinliyi (kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 2014-cü ildəki 51 faizdən 2019-cu ilin avqust ayının sonuna 27,8 faizə enib. Qeyri-neft investisiyalarına əsaslanan artımın əldə edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin Strateji Yol Xəritəsində müəyyən olunmuş 60 faizə çatdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Buna nail olmaq vacibdir.

Ş.Mustafayev Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, müşavirədə verilmiş proqram xarakterli hər bir tapşırıq üzrə ayrıca geniş və əhatəli Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyinin təltif olunmuş bir sıra əməkdaşlarına medal və onların vəsiqələri təqdim edilib.

İqtisadiyyat naziri Şahin Mustafayev əməkdaşların fəaliyyətinə verilən yüksək qiymətə görə Nazirliyin kollektivi adından dövlət başçısına dərin minnətdarlığını ifadə edərək, kollektivin göstərilən böyük etimadı doğruldacağını vurğulayıb.

 
  • Oxunub:  2700  |  
  • Tarix:  21-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA