Ana səhifə »  Qəzetin pdf formatı »  21 oktyabr 1987-ci il: Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi
A+   Yenilə  A-
21 oktyabr 1987-ci il: Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbaycan qüvvələr xüsusi sevinc hissinə qərq olmuşdular. Çünki həmin gün görkəmli siyasi və dövlət xadimi, SSRİ-nin ən qüdrətli liderlərindən biri kimi tanınan Heydər Əliyev Mixail Qorbaçovun yürütdüyü yanlış xəttə, onun anti-Azərbaycan və anti-müsəlman siyasətinə etiraz əlaməti olaraq tutduğu bütün vəzifələrdən istefa vermişdi. Məlum olduğu kimi, Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büronun üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox ümumittifaq nazirliyinin, komitə və digər mərkəzi idarələrin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmiş və bu sahələrin işinə əsl dinamizm gətirmişdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda yer alıb.

Statusda deyilir: Heydər Əliyevin istefaya göndərilməsinin əsas səbəblərindən biri də SSRİ-nin siyasi rəhbərliyini o zaman ələ almış erməni lobbisinin təsiri və təzyiqi idi. Elə onun SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start vermiş, qısa müddət sonra - 1987-ci il noyabrın 18-də Qorbaçovun müşavirlərindən biri olan akademik Abel Aqanbekyan Fransanın "Humanite" qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı.

Azərbaycanın ərazi bütövlüyünün pozulması, ermənilərin respublikamızın ərazisinin bir hissəsini işğal etməsi planı xeyli əvvəllərdən hazırlanmışdı. Həm də bu plan təkcə Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə oturan ermənilər və ermənipərəst qruplar tərəfindən deyil, bütün dünyadakı anti-Azərbaycan və anti-türk dairələr tərəfindən müdafiə edilirdi, onu həyata keçirmək üçün ciddi hazırlıq işləri görülürdü. Heydər Əliyevin Kremldə, SSRİ-nin əsas rəhbərlərindən biri olması qarşıda dayanan ən əsas maneə idi. Odur ki, Qorbaçov ermənilərin təhriki ilə, ilk növbədə, Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına çalışırdı və iki il müddətində bu istiqamətdə açıq-aşkar formada xüsusi canfəşanlıq göstərirdi. Təsadufi deyil ki, Qorbaçov Heydər Əliyevə istefaya getməsini təklif edəndə, Ulu Öndər bu təklifə görə heç təəcüblənmədiyini bildirmiş, böyük mətanət hissi və soyuqqanlılıqla illərdir rəhbər şəxslərdən biri olduğu SSRİ rəhbərliyindən ayrılmışdı. SSRİ kimi böyük bir ölkədə vicdanla çalışan, işində heç vaxt ciddi qüsuru olmayan, bütün dünyada böyük siyasətçi və bacarıqlı təşkilatçı kimi tanınan, əhali arasında böyük siyasi nüfuza malik olan belə bir görkəmli siyasi və dövlət xadiminin istefaya göndərilməsi haqda məlumatlar ildırım sürəti ilə bütün dünyaya yayılmış və böyük təəssüf doğurmuşdu.

SSRİ-yə rəhbərliyi dövründə Heydər Əliyev təkcə istedadlı idarəçiliyi və uzaqgörən siyasəti ilə bütün sovet vətəndaşlarının rəğbətini qazanmamışdı, o, həm də uzun müddət Kremldə bütün türk-müsəlman xalqlarının himayədarı, onlara qarşı mərkəzi hakimiyyət dəhlizlərində hazırlanan əksər məkrli planların qarşısına keçilməz sədd çəkən qətiyyətli və vətənpərvər bir insan kimi sevilirdi. Azərbaycana qarşı hazırlanan və həyata keçirilməsi üçün məqam gözlənilən bütün məkrli planların reallaşmasına da məhz Heydər Əliyev mane olurdu. Əlbəttə ki, onun belə qətiyyətli siyasi mövqeyi SSRİ rəhbərliyində təmsil olunan anti-Azərbaycan qüvvələrdə ciddi narahatlıq doğururdu. Qeyd etməliyəm ki, o dövrdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, siyasi rəhbərlikdə böyük nüfuz sahibi olan Heydər Əliyevin tez-tez dəyişilən SSRİ rəhbərliyində birinci şəxs olması ideyası da artıq xalq içərisində, yüksək dairələrdə müzakirə olunur və etiraf edilirdi. SSRİ-nin görkəmli siyasi xadimlərindən olan Andrey Qromıko öz oğlu ilə söhbətində qeyd edirdi ki, “Bizim Siyasi Büroda ancaq üç adam nisbətən cavandır: Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan, xüsusən onun kənd təsərrüfatı çox sürətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və abırlı adamdır. Amma təəssüf ki, onun namizədliyi istisna olunur...”. Oğlunun “Nəyə görə, milliyyətinə görəmi?” - sualına cavabında A.M.Qromıko açıq şəkildə etiraf etmişdi: - “Bu məsələdə - hə. Milliyyətinə görə”.

Beləliklə, 1987-ci il oktyabrın 21-də Heydər Əliyevin istefaya məcbur edilməsi ilə həm onun dinamik sosial-iqtisadi rəhbər fəaliyyətindən bəhrələnən bütün sovet vətəndaşları, həm çoxmillətli SSRİ-nin ədalətli milli-dini siyasətinin əsas qarantlarından biri kimi çıxış etməsindən faydalanan müttəfiq və muxtar respublikaların qeyri-rus əhalisi, həm də, ilk növbədə, canından çox sevdiyi doğma xalqı - Azərbaycan Respublikasının vətəndaşları özlərinin əsl himayədarını itirdilər. Əlbəttə ki, Heydər Əliyevin istefası qeyd etdiyim bütün kateqoriyadan olan insanlar üçün böyük itki oldu. Lakin onun istefasından ən çox ziyan görən əlbəttə ki, doğma Azərbaycan oldu. İstefadan az keçməmiş xalqımız üçün heç də xoş olmayan məkrli ssenarilər dövriyyəyə buraxıldı və anti-Azərbaycan planlara start verildi. Amma dahi şəxsiyyət və fenomenal siyasətçi kimi Ulu Öndər geri çəkilmədi, ruhdan düşmədi, məğlub olmadı, xalqının ağır günlərində xilas meydanına atılaraq, öz tarixi missiyasını həyata keçirdi. Azərbaycanı bir dövlət olaraq parçalanma və məhvolmadan xilas etdi,müstəqil dövlət yaratdı, vətəndaş həmrəyliyinə və dövlətçilik ətrafında xalqın monolit birliyinə nail oldu.

 
  • Oxunub:  3450  |  
  • Tarix:  21-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 13:09
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 12:58
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA