Ana səhifə »  Qəzetin pdf formatı »  Şahin İsmayılov: Radikal müxalifətin qanunsuz aksiyası “fləşmob”dan başqa bir şey deyildi
A+   Yenilə  A-
Şahin İsmayılov: Radikal müxalifətin qanunsuz aksiyası “fləşmob”dan başqa bir şey deyildi

Oktyabrın 19-da biz Əli Kərimli və bir qrup insanın şəhərin mərkəzində növbəti dəfə “fləşmob” etmək cəhdlərinin şahidi olduq. Qanunsuz aksiyanın təşkilatçıları hər vəchlə bunu mitinq kimi qələmə verməyə çalışsalar da, mahiyyətcə bu, “fləşmob”dan başqa bir şey deyildi. Qanuni ayrılmış yer ola-ola belə bir aksiyanın şəhərin mərkəzində keçirilməsinə nə ehtiyac var idi? Axı ayrılan yer uzaq Liviya çöllərində yox, mərkəzdən bir neçə kilometr aralıda olan Lökbatan qəsəbəsində idi. Normal, sivil siyasi qüvvələr onlar üçün ayrılan yerin imkanlarından maksimum istifadə edib öz siyasi həmfikirləri ilə aksiyalarını keçirirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat deyib: “Əslində siyasi həmfikirlər mövzusunda əziyyət çəkən, çirkli siyasi reputasiyalı Əli Kərimlinin şəhərin mərkəzində fləşmob keçirmək inadı ətrafdakı insanları dolayı yolla cəlb etmək və süni şəkildə görüntü yaratmaq cəhdidir. Səs-küy salmaq, bu və ya digər formada maraqlı insanları cəlb edib görüntü yaratmaq. Belə addımlar peşəkar siyasi fəaliyyətdən uzaq, daha çox boğulanın saman çöpündən yapışmaq cəhdinə oxşayır. Bu, mən də varam eqosunun göstəricisidir. Reallıq isə Əli Kərimlinin siyasi bir bitkin olmasıdır. O, indi siyasi liderdən daha çox bir QHT rəhbərinə bənzəyir. QHT demişkən, qrantlar mövzusu yadıma düşdü. QHT sahəsində təcrübəsi olanlar qrant, qranta gedən yollar, hesabatlılıq, nəticə və s. anlayışlar barədə yaxşı bilirlər. Həmin “fləşmob”un gedişinə nəzərə salsaq, bunun bir proyekt olduğunu asanlıqla deyə bilərik. Aksiya barədə fikirlərimi bir azdan daha ətraflı şəkildə bildirəcəyəm. İndi isə Kərimli siyasi portreti barəsində. Əli Kərimli kimdir və Azərbaycan siyasətində hansı əməlləri ilə yadda qalıb? Şübhəsiz, bu suala cavab tapmaq üçün nə uzun-uzadı araşdırma aparmaq, nə də Vikipediyada axtarış etmək lazımdır. Bir balaca yaddaşımızı təzələmək bəs edər. O, demokrat görsənməyə çalışan, lakin daxilən ciddi bürokrat, sədaqətli görsənib xəyanətkar olan, siyasi və şəxsi maraqlar naminə bütün dəyərlərdən uzaq, qısacası, hakimiyyətə gəlmək üçün hətta şeytanın özü ilə anlaşmağa hazır olan bir insandır. Əgər biz Kərimlinin bu illər ərzində səsləndirdiyi fikirlərə nəzər salsaq burada yalnız illərin dəyişdiyini görərik. Hər il hakimiyyətə qarşı eyni ittihamlar, eyni çağırışlar, eyni sözlər, eyni şüarlar, eyni “fləşmob” cəhdləri və s. Nə yeni fikir, nə yeni yanaşma, nə də ətrafında yeni simalar var. Karvansa gedir. Söz simalardan düşmüşkən. Uzun illər ərzində Kərimlinin ətrafındakıların eyni simalar olduğunu görürük. Həmin insanlar sadiqlər kimi təqdim olunmağa çalışılsa da, reallıqda tamam başqa mənzərədir. Əli Kərimli ətrafında nə yaxşı şey varsa onu udan qara dəliyə bənzəyir. Onun ətrafında olan “sadiqlər” də, sadəcə olaraq, uğursuz insanlardır. Başqa sözlə desək, rəqabətə davamlı, peşəkarların tələb olunduğu əmək bazarında özlərinə yer tapa bilməyən, öz üzərlərində işləmək əvəzinə, rahat gəlir əldə etmək istəyən şəxslərdir. AXCP hazırda siyasi partiyadan daha çox bir biznes obyektinə bənzəyir. Burada Əli Kərimli direktor, ətrafındakı “sadiqlər” isə bu müəssisənin uzun illər dəyişməyən işçiləridir. Onların qarşısında iki yol var. Ya peşəkar olmaq və əmək bazarına daxil olub normal əmək prosesinə qatılmaq, ya da bir az boş-boğazlıq edərək səs-küy salmaq və rahat qrantlar almaq (bu daha rahat yoldur). Əfsuslar olsun bu insanların çox böyük əksəriyyəti ikinci yolu seçir. Yenilik demişkən. Siyasi yaradıcılıqdan uzaq olan və təkrar biliyin anasıdır şüarı ilə yaşayan Əli Kərimli artıq ciddi şəkildə siyasi plagiatlıqla da məşğuldur. Əgər onun sonuncu prezident seçkilərindən bəri səsləndirdiyi fikirlərə baxsaq, bunların cənab Prezidentin seçkiqabağı platformasında təqdim etdiyi məqamlar olduğunu görərik. Cənab Prezidentin seçkiqabağı platformasında təqdim etdiyi məsələlər sistematik şəkildə öz həllini tapır. Əli Kərimli isə bu məsələləri daha tez səsləndirməklə sanki görüntü yaratmağa çalışır ki, bu məsələləri o, qaldırdı daha sonra hökumət həll etdi. Gülməli, amma özünü siyasətçi adlandıran biri üçün ağlamalı məqamdır. Onun bu çağırışları dekabrda yay gəlsin deməyə bənzəyir. Yay gələcək amma öz vaxtında. Danışdıqca, çırpındıqca batmağa davam edir.

İndi isə aksiya barədə. Aksiyada hər addım görüntüyə hesablanmışdı. Kərimli hələ razılaşdırılmamış əraziyə daxil olmamışdan əvvəl ironik bir formada iki nəfər ənənəvi sima ilə çırpına-çırpına hərəkət edirdi. Polis yox, sənə yaxınlaşıb qanuni tələb irəli sürən yox, boş yolu rahat getməkdənsə niyə çırpınırsan? Ənənəvi simalar yenə isterik şəkildə çırpınır və polisi təxribata cəlb etməyə çalışırdılar. Ərazidə olan və aqressiv kütlənin fikirləri ilə razılaşmayan vətəndaşlara qarşı “səlib yürüşü” həyata keçirilirdi. Burada da çox gülməli məqam özünü bir daha göstərdi. Demokratiyadan ağız dolusu danışan bu insanlar vətəndaş mövqeyinə dözümsüzlük göstərir və fərqli fikir söyləyən insanları özlərinin idarə etdiyi sosial şəbəkələrdəki hesabları vasitəsilə iyrənc formada təhqir edirlər. Təhqir iyrənc bir mübarizə formasıdır. Söyüş söyməklə fərqli fikirlər qorxudulmağa çalışılır və özlərini çoxluq kimi göstərirlər. Axı necə olsa da sosial şəbəkələr belə qüvvələr üçün “sehrli xalat” rolunu oynayır. Bir nəfər 10, 100, lap yaxşı pulunu versən 1000 nəfər də ola bilər. Aksiyada növbəti məqam Əli Kərimlinin iştirakı idi. Sadə sual yaranır. Nəyə görə bir neçə gün əvvəl razılaşdırılmış piketdə iştirak etməyən Əli Kərimli bu “fləşmob”da canfəşanlıq edirdi? Bu hal onun simasının, daha doğrusu, simasızlığının göstəricisidir. “Qəhrəman” öz tərəfdarlarının önündə, reallıqda isə növbəti qrant layihələrinə doğru gedir. Aksiyada növbəti məqam gənclərin olmaması idi. Gənclik cəmiyyətdə baş verən bütün proseslərin önündə gedən qüvvədir. Azərbaycan gəncləri öz savadlarına, dünyagörüşlərinə, məsələlərə yanaşma tərzlərinə görə çox istedadlıdırlar. Onlara nəyisə zorla qəbul elətdirmək mümkün deyil. Gənclər düzgün olanın, doğru bildiklərinin yanında olurlar. Azərbaycan əhalisinin say tərkibində də gənclər üstünlük təşkil edir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan gəncliyi qanunsuz “fləşmob”da gözə dəymədi. Bu da təbiidir. Onlar belə boş-bekar, qanunsuz aksiyalarda iştirak etməkdənsə ölkədə yaradılan şəraitdən istifadə edib inkişaf etmək və ölkəni gələcəkdə daha da yaxşı inkişaf etdirmək yolunu seçirlər.

Qanunsuz aksiya həm də Bakı sakinlərinin hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələndi. Minlərlə insan nəqliyyatdan istifadə edə bilmədi. İstirahət günü onların istirahət imkanı pozuldu. İnsanlar əziyyət çəkdi. Həm də ona görə yox ki, ölkə üçün çox vacib tədbir keçirilir, ona görə ki, başıpozuq qüvvə növbəti qrant layihəsi keçirib asayişi pozur. Asayiş demişkən, düşünürəm, Azərbaycan polisi aksiya vaxtı olduqca peşəkar, soyuqqanlı bir mövqe göstərdi. Təxribat cəhdlərinə, süni qarşıdurma yaratmaq cəhdlərinə baxmayaraq, Azərbaycan polisi çox səbirli, peşəkar mövqe sərgilədi. Yəqin ki, Avropanın hər hansı paytaxt şəhərlərinin birində qanunsuz keçirilən aksiyalar zamanı polislərin göstərdiyi münasibət hər birimizə məlumdur. Azərbaycan polisi hələ Qarabağda gedən döyüşlər vaxtı da qəhrəmanlıq göstərmişdi. Qarabağ demişkən, siyasi bitkin olan Əli Kərimli Qarabağ şüarları səsləndirir. Qarabağ haqqında danışmağa haqqı olan ən axırıncı adam Qarabağdan danışır. Ayıbdır”.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  21-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+4 +6