Ana səhifə »  Qəzetin pdf formatı »  Radikal müxalifətin ikinci oktyabr iflası
A+   Yenilə  A-
Radikal müxalifətin ikinci oktyabr iflası

“Bu gün Azərbaycanda iqtidarının bütün prosesləri nəzarət altında saxladığı və hökumətin iradəsindən kənar hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyü bir daha öz təsdiqini tapdı”.

Hörmətli oxucularım, yəqin ki, 2003-cü ildə Azərbaycanda keçirilən növbəti prezident seçkilərindən sonra İlham Əliyevin möhtəşəm qələbəsi ilə barışmayan radikal müxalifətin şəhərin mərkəzi küçələrində törətdiyi dağıntıları, meydanları əsl döyüş səhnəsinə çevirmək cəhdlərini yaxşı xatırlayır. O zaman qanun keşikçilərinin həyata keçirdiyi ciddi tədbirlər və öz səsini qorumağa qalxan vətəndaşların dəstəyi ilə bütün anti-demokratik hərəkətlərin qarşısı alındı, təşkilatçılar qanun qarşısında cavab verdi və radikal ovqatlı müxalif düşərgə ciddi iflasa uğradı. O hadisədən 16 il keçsə də, nə bəhs etdiyimiz həmin radikal müxalifətin siması, nə də ki, onların təşkil etdiyi aksiyaların xarakteri qətiyyən dəyişməyib.

Bəllidir ki, Bakı Şəhər İcra Hakimiyyəti “milli şura” adlanan bu antidövlət qurumunun və AXCP-nin oktyabrın 19-da mitinq keçirmək haqqındakı müraciətinə razılıq verdi və müvafiq olaraq yer ayırdı. Təəssüf ki, təşkilatçılar icazəli mitinqdən imtina edərək, qarşıdurma yolu tutdular və şəhərin mərkəzində ictimai asayişi pozmağa cəhd göstərdilər. Onlarınbelə destruktiv hərəkətlərinin nəticəsi olaraq, bu gün bir neçə saat ərzində şəhərin mərkəzi hissəsində əhalinin sabit və ritmik həyatı, nəqliyyatın hərəkəti, insanların rahatlığı pozuldu. Bircə onu qeyd etmək yerinə düşər ki, Bakı Nəqliyyat Agentliyi 14 marşrutun istiqamətini dəyişdirməyə məcbur oldu ki, bu da təxminən 200 min vətəndaşın rahatlığının pozulması deməkdir. Bakı Metropoliteninin “28 May” stansiyasının fəaliyyətinin dayandırılması nəticəsində yüz minlərlə insan vaxtında nəzərdə tutulan məntəqələrə çata bilmədi və diskomfort yaşamağa məcbur oldu. Avtomobil nəqliyyatının hərəkətində yaranmış problemlər, həmin ərazidə yaşayan insanların istirahətinin tam pozulması və radikal qrupların digər qeyri-qanuni əməlləri nəticəsində yaranmış başqa problemlər vətəndaşlarımıza həm fiziki, həm də mənəvi cəhətdən ciddi problemlər yaşatdı. Bəs bunun hesabını kim ödəməlidir? Bu qanunsuzluğa, özbaşınalığıa görə kim məsuliyyət daşımalıdır?

Xatırlatmaq istərdim ki, aksiyadan bir neçə gün qabaq təşkilatçılar və potensial iştirakçılar müvafiq qurumlara dəvət olunaraq xəbərdar edilmişlər. Lakin həmin insanlar polis şöbələrindən çıxan kimi, sevincək halda sosial şəbəkələrdə statuslar paylaşır, barələrində heç bir ölçü götürülmədiyini qeyd edir və oktyabrın 19-da təyin etdikləri qeyri-qanuni aksiyaya qoşulacaqlarını bildirirdilər. Təəssüf ki, onlar başa düşmədilər və təşkilatçılar da belələrinə başa salmadılar ki, müvafiq xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi artıq birbaşa cinayət məsuliyyəti doğuran haldır və buna görə cavab vermək lazım gələcək.

Beləliklə, oktyabrın 19-da “milli şura” və AXCP-nin hakimiyyətə “diş qıcayaraq”, “əzələ nümayiş etdirmək istəyi”, ən əsası, israrla tez-tez təkrarlanan “xalq bizimlədir” tezisini rəhbər tutaraq Bakı şəhərində inqilabi ssenari reallaşdırmaq cəhdi, yuxarıda qeyd etdiyim fəsadlardan əlavə, həm də onunla nəticələndi ki:

1. Əli Kərimlinin o zaman əsas rəhbərlərdən biri olduğu Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin səriştəsizliyi və anti-milli siyasi ambisiyaları ucbatından 1992-1993-cü illərdə Azərbaycanın uçurumun kənarına necə gətirildiyini və yalnız ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində fəlakətdən necə xilas edildiyini yaxşı xatırlayan xalqımız 2003 və 2019-cu ilin oktyabr aylarında bu dağıdıcı ünsürlərin yenidən ölkədə sabitliyi pozaraq, aranı qarışdırmaq və öz antimilli ambisiyalarını reallaşdırmaq istiqamətindəki cəhdlərini birmənalı şəkildə baykot etdi və ona layiq olduğu yerini göstərdi.

2. Xalqımızın dağıdıcı müxalifətin ölkəni yenidən qarışdırmaq cəhdlərinə qarşı nümayiş etdirdiyi münasibət bir daha təsdiq etdi ki, bu xalq 2003-cü ilin oktyabrında olduğu kimi, 2019-cu ilin oktyabrında da Prezident İlham Əliyevi Azərbaycan dövlətçiliyinin əsas qarantı, milli maraqlarımızı yüksək səviyyədə ifadə edən və xalqın iradəsini hər şeydən üstün tutan lider kimi ciddi dəstəkləyir, ona alternativ görmür, dövlət başçısına etimad və güvəni hədsizdir, öz rəhbərinin arxasında sona qədər dayanmağa hazırdır.

3. Vətəndaşlarımızın dağıdıcı müxalifətin bugünkü aksiya cəhdinə münasibəti nümayiş etdirdi ki, bu xalq Prezident İlham Əliyevin başdan-başa yenilədiyi və qüdrətli dövlətə çevirdiyi Azərbaycanın yenidən 1990-cı illərin təhlükəli riskləri və eksperimentləri ilə üz-üzə qoyulmasna heç zaman imkan verməyəcək.

4. Bugünkü aksiyanın digər maraqlı tərəfi ondan ibarət oldu ki, uzun müddətdir sosial şəbəkələrdə reklam aparılması, əhalinin israrla küçə və meydanlara dəvət olunması, mitinqdə yüz minlərin qoşulacağı barədə boğazdan yuxarı iddialara baxmayaraq, radikal qruplar müxtəlif nöqtələrdən 10-15 nəfərlik lokal qrupları səfərbər edərək Milli Bankın qabağına cəmi 100-150 nəfər çıxara bildi. Qeyri-qanuni aksiya cəhdi sosial şəbəkələrdə “xalq iqtidardan bezib”, “bu xalqın mitinqidir”, “xalq haqqını tələb etmək üçün meydanlarda olacaq” hayqıran Əli Kərimli və tərəfdarlarının, əslində, heç bir ictimai dəstəyə malik olmadıqlarını və dediklərinin yalnız ucuz piar xarakteri daşıdığını əyani şəkildə təsdiqlədi.

5. Müxalifətin qeyri-qanuni 19 oktyabr aksiyasının qarşısının qətiyyətlə alınması həm də Azərbaycan iqtidarının nə qədər güclü, monolit olduğunu, xalq tərəfindən birmənalı şəkildə necə dəstəkləndiyini, dövlət orqanlarının funksionallığının yüksək səviyyəsini, xüsusən hüquq mühafizə orqanlarının, polisin peşəkarlığını, hakimiyyətin bütün hadisələri, prosesləri nəzarət altında saxladığını və idarə etdiyini, onun iradəsindən kənar, xalqın maraqlarına uyğun olmayan hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyünü nümayiş etdirdi.

6. Bu aksiyanın nəticəsi bir daha göstərdi ki, “milli şura” adlanan quruma və AXCP adlı partiyaya rəhbərlik edən şəxslər və onların ətrafındakı bir ovuc radikallar 25 ildən artıq bir dövrdə xarici anti-Azərbaycan dairələrin təhriki ilə anti-milli fəaliyyət sürdürmüş, Azərbaycanın siyasi tarixində yalnız qeyri-etik qalmaqlallarla, daxili didişmələrlə, qopma və parçalanmalarla yadda qalmış və qeyri-konstruktiv müxalifət imici qazanaraq özü-özünü fəlakətin bir addımlığına gətirmişdir. Bu da onu göstərir ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyatını pozmağa çalışan belə müxalifətçilərlə gələcəyə doğru birgə addımlaya bilməz. Deməli, hakimiyyət uğrunda sivil mübarizə apara bilməyən belə radikal, dağıdıcı müxalifətlə nə iqtidar-müxalifət dialoqu aparmaq mümkündür, nə də onların bundan sonrakı dövrdə ölkənin siyasi səhnəsində qalması Azərbaycanın gələcək siyasi palitrası üçün yaxşı heç nə vəd etmir.

P.S. Diqqətə çatdırmaq istərdim ki, mənim aksiya ilə bağlı paylaşdığım bu yazıda gəldiyim qənaətlər heç də iş yerimdə oturaraq hasil etdiyim nəticə deyil, bilavasitə 3 saatını sərf edərək hadisə yerində prosesləri yaxından izləyən insanların verdiyi məlumatlar əsasında formalaşmış mülahizələrdir.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

 
  • Oxunub:  5700  |  
  • Tarix:  19-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 13:09
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 12:58
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA