Ana səhifə »  Qəzetin pdf formatı »  ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
A+   Yenilə  A-
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür

Oktyabrın 19-da Avstriyanın Vaxau regionunda yerləşən Vösendorf qəsəbəsində Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Fəxri Şurasının iclas keçirilib. İclas “Yeni İpək Yolu” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının Baş katibi Karlhaynts Kopf, Avstriyanın keçmiş Federal Kansleri Alfred Quzenbauer, keçmiş nazir Sofi Karmasin, Avstriya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi və üzvləri, “Liebherr”, “Rail Cargo Austria AG” və digər şirkətlərin rəhbər şəxsləri, iş adamları və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Avstriya-Azərbaycan Ticarət Palatasının sədri Qerald Qerstbauer təşkilatın 10 ili əhatə edən fəaliyyət dövrünə nəzər salıb, iki ölkə arasında işgüzar əlaqələrin dərinləşməsi, qarşılıqlı biznes səfərlərinin təşkili, uğurlu biznes əlaqələrinin qurulması istiqamətində görülən işlərdən bəhs edib.

Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının Baş katibi Karlhaynts Kopf və Avstriyanın keçmiş Federal Kansleri Alfred Quzenbauer isə çıxışlarında ərazi və əhalisinə görə oxşar xüsusiyyətlərə malik Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının vacibliyini qeyd edərək, hər iki ölkənin Avropa və Asiya arasında nəqliyyat və logistik bağlantıların güclənməsində mühüm rol oynaya biləcəklərini vurğulayıblar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxışında qeyd edib ki, ATAZ 10 il ərzində yaradılma məqsədlərindən ən əsası olan iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da intensivləşdirilməsində önəmli rol oynayıb və bir çox uğurlara imza atıb. Həmçinin, təşkilat tərəfindən şəbəkələşmə, informasiya və məsləhət xidməti, eləcə də işgüzar səfərlər və tədbirlər təşkil edilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində böyük potensial olduğunu nəzərə alaraq, gələcəkdə də palatanın Avstriya və Azərbaycan arasında iqtisadi, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsində özünəməxsus rol oynayacağı və bu istiqamətdə uğurlu fəaliyyətini davam etdirəcəyi şübhəsizdir. C.Qurbanov ATAZ-ın Fəxri Şurasının üzvü kimi bu istiqamətdə palataya öz dəstəyimi əsirgəməyəcəyini də ifadə edib.

Xüsusilə böyük məmnunluqla qeyd olunub ki, ölkələrimiz arasında rəsmi səviyyədə də əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev Avstriya ilə əlaqələrə xüsusi önəm verir və bu ilin martında Avstriyaya səfəri çərçivəsində dövlət və hökumət başçıları ilə apardığı görüşlər, eləcə də bir neçə gün öncə Bakıda Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi dövlətimizin başçısının Avstriya ilə əlaqələrə verdiyi önəmin göstəricisidir.

C.Qurbanov bildirib ki, o, ATAZ-ı strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan ölkələrimiz arasında körpü olaraq görür. Avstriya Mərkəzi və Şərqi Avropaya açılan qapı olduğu kimi, Azərbaycan da Mərkəzi Asiyaya çıxış üçün önəmli tranzit məkanında yerləşmişdir: “Böyük bir fəxr hissi ilə bildirirəm ki, Azərbaycanın günü-gündən beynəlxalq layihələrdə, o cümlədən dəmir yolları daşımalarında, xüsusilə tranzit daşımalarında rolu artmaqdadır. Bu sahədə son uğurlarımıza misal olaraq, cari ilin sentyabrında “Azərbaycan Dəmir Yolları” QSC-nin 100-ə yaxın şirkət və 24 ölkənin təmsil olunduğu “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası”na üzv qəbul edilməsini qeyd etmək olar”.

Həmçinin qeyd edilib ki, “Yeni İpək Yolu” layihəsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı, Bakı-Gürcüstan sərhədinə qədər dəmir yolu xəttinin yenidən qurulması, Ələtdə yeni ticarət dəniz limanının açılışı kimi böyük infrastruktur layihələri uğurla başa çatdığına görə, respublikamız şərq-qərb marşrutu ilə yüklərin daşınması üçün tam xidmətlər təqdim etmək imkanına malikdir.

“Azərbaycandan keçən şərq-qərb dəhlizinin marşrutu bu marşrutun şaxələndirilməsinə, yük sahibləri üçün yeni bir logistika məhsulu təqdim etməyə imkan verir. Bu marşrut təkcə region ölkələrinin deyil, həm də bütün Avrasiya məkanının logistik xəritəsini dəyişə bilər. Bu marşrutu inkişaf etdirmək üçün Avstriya Federal Dəmir Yolları (ÖBB) və “Rail Cargo” kimi tərəfdaşlarımızla birgə səylər göstəririk. Bu gün Sian-Praqa marşrutu üzrə yüklərin konteyner blok qatarı ilə daşınması həyata keçirilir. Bu qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən keçərək Türkiyədəki Marmaray tuneli ilə dəmir yolu vasitəsilə kəsintisiz, birbaşa Avropaya hərəkət edən ilk yük qatarı olacaq. Beləliklə, Sian-Praqa marşrutu üzrə konteyner blok qatarı Bakıdan Avropaya qədər fasiləsiz olaraq yalnız dəmir yolu vasitəsilə hərəkət edəcək”, - deyə C.Qurbanov əlavə edib.

Bildirilib ki, İstanbulda qatarın təntənəli qarşılanma mərasiminin keçirilməsi nəzərdə tutulur. Avropada bu layihənin operatoru kimi Avstriyanın “Rail Cargo” şirkəti ən uğurlu tərəfdaş kimi görünür.

Sonda 2020-ci il bu marşrut üçün dönüş nöqtəsi olacağı və ATAZ-a bütün dövrdə bu istiqamətdə bütün təşəbbüslərdə göstərdiyi dəstəyə görə təşəkkür edilib.

İclasda təşkilata yeni qoşulmuş şirkətlər təqdim olunub, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin perspektivləri, yeni işgüzar səfərlərin təşkili imkanları, eləcə də təşkilatın on illik yubileyinin təşkili kimi məsələlər də müzakirə olunub.

 
  • Oxunub:  2400  |  
  • Tarix:  19-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək
09 Noyabr 11:08
ABŞ-ın Oklahoma ştatında 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü kimi elan olunub
09 Noyabr 11:02
Bakı Dövlət Universitetinin tələbələri Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş ediblər
09 Noyabr 10:58
Xocavəndli məcburi köçkünlər “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş ediblər
09 Noyabr 10:47
Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıb
09 Noyabr 10:39
Azərbaycanın Dövlət bayrağı ən yüksək zirvələrdə dalğalanır
09 Noyabr 10:34
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!
09 Noyabr 10:32
Göyçayda XIV Nar festivalı keçirilir
09 Noyabr 10:29
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib
09 Noyabr 10:20
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 10:16
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir
09 Noyabr 10:13
“SOCAR AQŞ” Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub
09 Noyabr 10:11
Radikal ünsürlərin “masa-masa” oyununda yeni pərdə...
09 Noyabr 10:03
Regionlarda yeni su layihələrinin icrası uğurla həyata keçirilir
08 Noyabr 21:09
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir
08 Noyabr 21:07
AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib
08 Noyabr 21:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında 14,2 min vakant iş yeri haqqında məlumat var
08 Noyabr 21:02
Andris Ameriks: Avropa Azərbaycanlıları Konqresinin fəaliyyəti təqdirəlayiqdir
08 Noyabr 21:00
Metropolitençilər peşə bayramlarını qeyd ediblər
08 Noyabr 20:58
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir
08 Noyabr 20:55
Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatı ekspertlərinin iclası keçirilib
08 Noyabr 20:51
Milli Məclisin deputatı Keniyada keçiriləcək beynəlxalq sammitdə iştirak edəcək
08 Noyabr 20:50
Ermənistan tərəfinin danışıqların formatını şübhə altına alan açıqlamaları sülh prosesinə hədədir - bəyanat
08 Noyabr 20:45
Metronun “İçərişəhər” stansiyasında tanqo festivalı keçirilib
08 Noyabr 20:34
Sərhədsiz muzey
08 Noyabr 20:31
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
08 Noyabr 20:28
Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin iclası keçirilib
08 Noyabr 20:22
DİN və Baş Prokurorluq Gəncədə törədilən qətllə bağlı KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib
08 Noyabr 20:16
Fəzail İbrahimli: Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq
08 Noyabr 20:13
YAP Nizami rayon təşkilatı imzatoplama kampaniyası uğurla başa çatdırıb
08 Noyabr 20:09
Seymur Orucov: Gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır
08 Noyabr 17:59
YAP Gəncə şəhər təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib
08 Noyabr 17:56
Dövlət Bayrağı Günü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA