Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
A+   Yenilə  A-
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb

Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında iştirak etmək üçün Parisdə səfərdə olan Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov Naxçıvan şəhəri ilə qardaşlaşma xartiyası imzalamağa hazırlaşan Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeron ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki şəhərin tarixindən, iqtisadiyyatından danışılıb. Mer Ceyms Şeron bildirib ki, Sena və Yonn çaylarının sahilində yerləşən Montro-Fot-Yonnda əvvəllər kənd təsərrüfatı və ticarət daha çox inkişaf etmiş və şəhərin geniş ticarət əlaqələri olmuşdur. Ancaq ötən əsrin sonlarından şəhər sənaye və demoqrafik inkişaf baxımından geniş vüsət götürüb və sənaye şəhərinə çevrilib. Dünyanın bir çox ölkələrinə fiber-optik kabellər ixrac edir. Mer yeni tikilməkdə olan müəssisələr haqqında məlumat verib.

Montro-Fot-Yonn şəhərinin tarixi məkan olmasından danışaraq şəhərin tarixi əhəmiyyətini, eləcə də Fransanın tarixində böyük rol oynadığını diqqətə çatdırıb.

Bəxtiyar Əsgərov Naxçıvanın tarixi və mədəni irs abidələri, eləcə də mədəniyyəti və mətbəxinə dair kitabları, muxtar respublikanın tarixi və mədəni irs abidələrinə dair diskləri hədiyyə edib. Bildirib ki, bu kitablar və disklərin Naxçıvanı daha yaxından tanımaq üçün yardımçı olacağına inanır. Daimi nümayəndə Montro-Fot-Yonn şəhərinin merini Naxçıvana səfərə dəvət edib.

Dəvəti böyük məmnuniyyətlə qəbul edən mer C.Şeron qarşıdan gələn bələdiyyə seçkilərindən sonra Naxçıvana səfər edəcəyini bildirib. Əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını deyib.

Görüşdə səfirliyimizin II katibi Suliddin Məmmədov və Montro-Fot-Yonnun Meriya Şurasının Azərbaycan üzrə əlaqələndiricisi Marqo Qomes dö Kastro da iştirak ediblər.

Montro-Fot-Yonn şəhərini yaxından tanımaq üçün Naxçıvan nümayəndəsinə xüsusi proqram təşkil olunub. Meriya Şurasının Azərbaycan üzrə əlaqələndiricisi Marqo Qomes dö Kastronun müşayiəti ilə Naxçıvanın daimi nümayəndəsi şəhərdə fəaliyyət göstərən “Rəqəmsal Akademiyada (La Digitale Academie), “Micro-Folie” virtual muzeyində, eləcə də Fransanın tarixində böyük rol oynamış tarixi hadisələrin cərəyan etmiş olduğu məkanlarda olub.

Gənclərin müxtəlif universitetlərin diplomuna yiyələnməsini asanlaşdırmaq məqsədilə yaradılmış Rəqəmsal Akademiya (La Digitale Académie) ilə tanışlıqdan sonra Akademiyanın direktoru Soazig Grosla müzakirələrdə B.Əsgərov Naxçıvan universitetləri və distant təhsil haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Universiteti bir çox ölkələrin universitetləri ilə əməkdaşlıq edir və distant təhsil təmin olunub. Bu gün Naxçıvanda onlarla ölkənin tələbələri təhsil alır. O, həmçinin Naxçıvan və Fransa universitetləri arasındakı mövcud əlaqələrə toxunaraq, fransız dilinin tədrisindən söz açıb. Qeyd edib ki, Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisası üzrə ali təhsilli kadrlar hazırlanır, muxtar respublikanın 50-yə yaxın orta məktəbində Fransız dili fənni tədris olunur. 2006-cı ildən muxtar respublikada Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Aparılan araşdırmaların nəticələri müxtəlif beynəlxalq jurnal və kitablarda nəşr edilib. Eyni zamanda, “Azərbaycan-Fransa birgə arxeoloji qazıntıların 10 illiyi” adlı sərgilər Bakı və Lyon şəhərlərində keçirilib. Sərgilərdə Naxçıvanda arxeoloji qazıntılar zamanı tapılan əşyalar nümayiş olunub.

Montro-Fot-Yonn şəhərinin Micro Folie” rəqəmsal virtual muzeyinə səfər zamanı muzeyin fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, “Micro Folie”də Fransanın bütün muzeylərinin, eləcə də bir çox ölkələrin məşhur muzeylərinin eksponatları ilə daha yaxından tanış olmaq mümkündür. Muzeyin əsas məqsədi digər şəhərlərdəki muzeylərə getmək imkanı olmayan sakinlərə yardımçı olmaq və həmin muzeylərin eksponatlarını təqdim etməkdir.

Müzakirələr zamanı bu muzeydə Naxçıvanın tarixi və mədəni abidələri haqqında rəqəmsal məlumatın yerləşdirilməsinin əhəmiyyətinə toxunulub. Bildirilib ki, belə məlumat yerli sakinlərə qardaş şəhəri yaxından tanımağa imkan yaradacaq.

Şəhərlə tanışlıqdan sonra Montro-Fot-Yonn şəhərinin meri tərəfindən təşkil edilmiş işgüzar naharda müzakirələr davam edib. Nahar zamanı tərəflər əməkdaşlığın mümkün istiqamətlərini bir daha nəzərdən keçiriblər.

Naxçıvan Muxtar Respublikası, onun zəngin mineralları haqqında maraqlanan şəhər meriyasının nümayəndələrinə ətraflı məlumat verilib.

Nuhun vətəni, bəşəriyyətin beşiyi olan Naxçıvanın tarixindən, coğrafiyasından, antik və orta əsrlər dövrü maddi-mədəniyyət nümunələri və tarixi abidələrindən, ilk insanların yaşadığı mağaralardan, möhtəşəm qalalardan, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrdən söz açılıb.

Bildirilib ki, uzun illərdir Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvanda inkişafa nail olunub, enerji və ərzaq təhlükəsizliyi təmin edilib. Respublikada müasir infrastruktur yaradılıb. Söhbət zamanı Naxçıvanın geniş turizm potensialına toxunulub. Naxçıvandakı səhiyyə turizminin inkişafı sahəsində mövcud infrastrukturlar - Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin dərman bitkiləri, “Badamlı” və “Sirab” kimi təbii müalicəvi süfrə suları haqqında danışılıb.

İşgüzar nahara qoşulan meriya nümayəndələri Naxçıvanda təşkil edilmiş beynəlxalq səviyyəli tədbirlər haqqında məlumatlandırılıblar. Qeyd edilib ki, 2018-ci ildə Naxçıvanda Avropa Günləri keçirilmiş, bir çox Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri tədbiri çox yüksək qiymətləndirmişlər.

Bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən Naxçıvanın özü də bir çox ölkələrdə beynəlxalq tədbirlərə qoşulub, xüsusilə də Fransada keçirilmiş beynəlxalq iqtisadi sərgilərdə Naxçıvan şirkətləri də iştirak edib.

Xatırladaq ki, cari ilin aprel ayında Sen və Marn departamentinin Montro-Fot-Yonn şəhərində 178-ci Müqəddəs Parfe sərgi-yarmarkasında Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Naxçıvan öz stendi ilə təmsil olub. Naxçıvan stendi ziyarətçilərdə böyük maraq yaradıb.

 
  • Oxunub:  2040  |  
  • Tarix:  19-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək
09 Noyabr 11:08
ABŞ-ın Oklahoma ştatında 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü kimi elan olunub
09 Noyabr 11:02
Bakı Dövlət Universitetinin tələbələri Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş ediblər
09 Noyabr 10:58
Xocavəndli məcburi köçkünlər “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş ediblər
09 Noyabr 10:47
Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıb
09 Noyabr 10:39
Azərbaycanın Dövlət bayrağı ən yüksək zirvələrdə dalğalanır
09 Noyabr 10:34
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!
09 Noyabr 10:32
Göyçayda XIV Nar festivalı keçirilir
09 Noyabr 10:29
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib
09 Noyabr 10:20
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 10:16
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir
09 Noyabr 10:13
“SOCAR AQŞ” Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub
09 Noyabr 10:11
Radikal ünsürlərin “masa-masa” oyununda yeni pərdə...
09 Noyabr 10:03
Regionlarda yeni su layihələrinin icrası uğurla həyata keçirilir
08 Noyabr 21:09
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir
08 Noyabr 21:07
AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib
08 Noyabr 21:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında 14,2 min vakant iş yeri haqqında məlumat var
08 Noyabr 21:02
Andris Ameriks: Avropa Azərbaycanlıları Konqresinin fəaliyyəti təqdirəlayiqdir
08 Noyabr 21:00
Metropolitençilər peşə bayramlarını qeyd ediblər
08 Noyabr 20:58
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir
08 Noyabr 20:55
Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatı ekspertlərinin iclası keçirilib
08 Noyabr 20:51
Milli Məclisin deputatı Keniyada keçiriləcək beynəlxalq sammitdə iştirak edəcək
08 Noyabr 20:50
Ermənistan tərəfinin danışıqların formatını şübhə altına alan açıqlamaları sülh prosesinə hədədir - bəyanat
08 Noyabr 20:45
Metronun “İçərişəhər” stansiyasında tanqo festivalı keçirilib
08 Noyabr 20:34
Sərhədsiz muzey
08 Noyabr 20:31
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
08 Noyabr 20:28
Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin iclası keçirilib
08 Noyabr 20:22
DİN və Baş Prokurorluq Gəncədə törədilən qətllə bağlı KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib
08 Noyabr 20:16
Fəzail İbrahimli: Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq
08 Noyabr 20:13
YAP Nizami rayon təşkilatı imzatoplama kampaniyası uğurla başa çatdırıb
08 Noyabr 20:09
Seymur Orucov: Gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır
08 Noyabr 17:59
YAP Gəncə şəhər təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib
08 Noyabr 17:56
Dövlət Bayrağı Günü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA