Ana səhifə »  Qəzetin pdf formatı »  16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
A+   Yenilə  A-
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı

Hər bir xalqın özünəməxsus dövlətçilik tarixi olur. Bu prosesdə liderlər əvəzsiz rol oynayırlar. Azərbaycan dövləti üçün XXI əsr uğurla başladı. Bu, birbaşa ölkəyə rəhbərlik edən insanların şəxsiyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2003-cü ildə əbədiyyətə qovuşandan sonra İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladı. Keçən 16 illik təcrübə bu müddətdə Azərbaycan Prezidentinin böyük uğurla fəaliyyət göstərdiyini sübut edir. Bütün sahələrdə həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər, beynəlxalq miqyasda qazanılan uğurlar göstərir ki, Azərbaycan müstəqil dövlət kimi inamla irəliləyir və bu proses davam etməkdədir. Prezident İlham Əliyev 16 il əvvəl xalqa verdiyi vədlərinə tam əməl etməklə yanaşı, daim daha yüksək nəticələrə nail olur. Bütün bunların kontekstində Prezidentin 16 illik fəaliyyətinin geosiyasi əhəmiyyətli məqamları üzərində geniş dayanmağa ehtiyac gördük.

Ulu Öndərdən sonra: layiqli varisin nailiyyətləri

XXI əsrin başlanğıcı qlobal geosiyasi vəziyyətin daha da mürəkkəbləşməsi və müxtəlif təbiətli risklərin artması ilə yadda qalıb. Böyük güclərin liderlik və nüfuz uğrunda mübarizəsi fonunda müstəqilliyini əldə etmiş ölkələrin suverenliyini qoruyub saxlaya bilməsi və dövlət quruculuğunu uğurla davam etdirməsi bütün aktuallığı ilə qarşıda dayanırdı. Cənubi Qafqaz kimi ziddiyyətli bir geosiyasi məkan bu baxımdan daha həssas durumda idi. Üstəlik, burada təcavüzkar Ermənistan əlavə risklər və təhdidlər yaratmaqda idi.

Azərbaycan Cənubi Qafqazda XXI əsrin başlanğıcında digərlərindən daha mürəkkəb bir şəraitdə inamla müstəqil dövlət quruculuğunu aparırdı. Lakin ulu öndər Heydər Əliyevin səhhətində yaranmış problemlər bir sıra sualları meydana çıxarırdı. Azərbaycan xalqı Heydər Əliyevin dahiyanə, yüksək qətiyyət, uzaqgörənlik və xilaskarlıqla həyata keçirdiyi siyasətə alternativ görmürdü və başqa variantı qəbul etməzdi. Çünki Azərbaycan müstəqilliyini qazanandan sonra Ermənistan havadarlarının dəstəyi və təhriki ilə ölkəmizə təcavüz etməkdə idi. O ağır günlərdə xalqı və dövləti sözün əsl mənasında ulu öndər Heydər Əliyev xilas etdi.

Ümummilli Lider 1993-cü ildə xalqın təkidi ilə nəinki hakimiyyətə xilaskar kimi qayıtdı, həm də 10 il müddətində dərin düşünülmüş siyasi kursu həyata keçirməklə əvəzedilməz dövlət başçısı imicini qazandı. 2003-cü ildə isə Ulu Öndər əbədiyyətə qovuşdu. O zaman xalq Heydər Əliyevi kimin əvəz edəcəyini düşünürdü. Ancaq böyük Heydər Əliyev həyatını həsr etdiyi Azərbaycan dövləti və xalqı üçün bu məsələdə də ən yaxşı həll yolunu tapmışdı. O, öz siyasi varisini həm müəyyən etmiş, həm də mükəmməl şəkildə yetişdirmişdi. Bununla da Ulu Öndər gələcək nəsillərə ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən zəngin irs və siyasi məktəb miras qoyub.

Heydər Əliyev Azərbaycan vətəndaşlarına ünvanlandığı 1 oktyabr 2003-cü il tarixli müraciətində vurğulayırdı: "...O (Ulu Öndər İlham Əliyevi nəzərdə tuturdu – red.), yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu tarixi müraciətdən 15 gün sonra Azərbaycan xalqı Ulu Öndərin fikirlərinə, mövqeyinə və yeritdiyi siyasətə tam sədaqətini səsvermədə sübut etdi. İlham Əliyev prezident seçkisində 76 faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycanda çox uğurla siyasi hakimiyyət tam qanuni yolla ötürüldü. Əslində, həmin məqamın da demokratiklik baxımından əhəmiyyəti çox böyükdür. Çünki qarışıq geosiyasi dönəmdə həmişə fürsətdən istifadə etməyə çalışan, aranı qatan, Azərbaycanın mənfi obrazını yaratmağa cəhd edən dairələr tapılır. Azərbaycan Ulu Öndərin Prezidentliyi dövründə tam müstəqil, milli maraqlara xidmət edən siyasət yeritmişdi və bundan narahat olanlar az deyildi. Ancaq Azərbaycan hakimiyyəti və xalqı birlik nümayiş etdirərək, layiq bildiyi siyasətçinin sakit bir şəraitdə qalib gəlməsini təmin etdi. Bu, Heydər Əliyevin siyasi kursunun çox layiqli bir varis tərəfindən uğurla davam etdiriləcəyinin ilk siqnalı idi.

İlham Əliyev 31 oktyabr 2003-cü il andiçmə mərasimindəki nitqində vurğulamışdı: "Azərbaycan Respublikasının Prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur".

Təcrübə göstərdi ki, İlham Əliyev ifadə etdiyi hər bir sözün arxasında dayanan və verdiyi vədlərə əməl edən liderdir. Buna görə də təcrübə həm də Azərbaycan cəmiyyətinin qətiyyən yanılmadığını sübut etdi. İlham Əliyev artıq 16 ildir ki, müstəqil Azərbaycan dövlətçiliyini böyük uğurla inkişaf etdirir, bütün istiqamətlərdə yüksək nailiyyətlər əldə edir. Sadəcə bir sıra faktları xatırladaq.

Bütün istiqamətlərdə dirçəliş: inkişafın yeni modeli

Son 15 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 3,3 dəfə artıb. Bu, iqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində baş verib. Ekspertlər bu dinamikanı dünya miqyasında rekord səviyyə hesab edirlər. Həmin dövrdə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, ölkənin valyuta ehtiyatları 24 dəfə artıb. Hazırda onun həcmi 45 milyard dollardan çoxdur. 16 ildə Azərbaycanda nəhəng sosial islahatlar proqramı həyata keçirilib və bu proses indi də dinamik olaraq inkişaf edir. Milyonlarla yeni iş yeri açılıb. Regionların inkişafı üçün dəqiq işlənmiş proqramlar reallaşır.

Bunlarla yanaşı, İlham Əliyev Azərbaycanın enerji siyasətini böyük uğurla yeni mərhələyə yüksəldib. Prezidentin ölkəmizin, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində çoxkombinasiyalı, müasir, çevik, dərin düşünülmüş siyasi gedişləri dünyanın siyasi liderlərini heyran qoyur. Bunun sayəsində enerji təhlükəsizliyi məsələsi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış etməkdədir.

Bu bağlılıqda ekspertlər İlham Əliyevin Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz layihələrinin reallaşmasına nail olmasını ayrıca vurğulayırlar. Azərbaycan Prezidenti həmin məqamla əlaqədar ifadə edib: "Neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı".

Təbii ki, vurğulanan fikirlərin kontekstində ilk olaraq Cənub Qaz Dəhlizi yada düşür. Hamı bilir ki, bu dəhlizin yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində anlaşma memorandumu imzalandı. Sonrakı ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. 2014-cü ildə Cənub Qaz Dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu.

Bütün bunlarla yanaşı, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında xarici siyasətdə ciddi nailiyyətlər əldə edib və etməkdədir. Ekspertlər bu bağlılıqda ilk olaraq 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini vurğulayırlar. Ölkəmiz gərgin mübarizədə 155 səs toplayaraq BMT TŞ-nin iki illik üzvü seçildi. Bu, böyük diplomatik qələbə idi və onun memarı Azərbaycan Prezidenti İlham Əliyev idi.

Azərbaycanın dövlət başçısı "Bakı Prosesi" adlanan təşəbbüsü də irəli sürməklə dünyada sivilizasiyaların, dinlərin dialoquna konkret töhfə verən fəal bir qlobal hərəkatın yaranmasına səbəb oldu. İndi "Bakı Prosesi" dünyada nüfuzu olan hərəkatdır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra da dünyada barış, sülh, əməkdaşlıq, mədəniyyətlərin qarşılıqlı əlaqəsi və demokratiya uğrunda fəaliyyətini İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirəcək.

Azərbaycan rəhbərinin beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və orada Azərbaycanın mühüm rol oynamasının təmin edilməsi istiqamətində göstərdiyi fəallıq ayrıca vurğulanır. İndi dünya Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərindən perspektivli layihələr kimi bəhs edirlər. Eynilə, Prezident İlham Əliyevin ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı olması siyasi liderlər tərəfindən yüksək qiymətləndirilir.

Artıq Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə keçib. Bu mərhələnin də böyük uğurlar gətirəcəyinə xalq tam inanır. Çünki Azərbaycan etibarlı əllərdədir!

Newtimes.az

 
  • Oxunub:  3120  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA