Ana səhifə »  Qəzetin pdf formatı »  Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir

Ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqinin davamlılığını təmin etmək üçün zəruri addımların atılması, ən əsası sosial-iqtisadi islahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi dayanıqlı inkişafı şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasları, həmçinin ölkə Prezidentinin yanında sosial-iqtisadi müşavirələr Azərbaycanın uğurlarının təqdimatında, prioritetlərin açıqlanmasında əhəmiyyətli rol oynayır. Hər bir iclas ötən dövrün hesabatı kimi dəyərləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə ilə bağlı fikirlərini KİV-ə şərh edərkən söyləyib.

“Prezident İlham Əliyev sosial-iqtisadi uğurlarımızı statistik rəqəmlər əsasında diqqətə çatdırmaqla bir daha bu reallığı ortaya qoydu ki, “güclü dövlət, yüksək rifah” sadəcə bir niyyət deyil, dövlətimizin həyata keçirdiyi siyasətin əsas prinsipidir”,- söyləyən V.Rəhimzadə bildirib ki, iqtisadi inkişaf güclü sosial siyasətə yol açmaqla əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasını təmin edir. Müşavirədə bu rəqəm də açıqlandı ki, cari ilin ötən dövründə iki sosial paket reallaşıb və bu sənədlər 4 milyon 200 mindən çox insanın maddi durumunun yaxşılaşdırılmasına şərait yaradıb. Prezident İlham Əliyev 16 il bundan öncə bu vədi vermişdi ki, əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Ötən dövr ərzində artan maliyyə imkanlarının ilk olaraq sosial müdafiənin gücləndirilməsinə yönəldilməsi də deyilənlərin təsdiqidir.

V.Rəhimzadə qeyd edib ki, əhalinin sosial müdafiəsinin prioritetliyi bütün dövrlərdə öz aktuallığını qoruyur: “Bir faktı qeyd etmək kifayətdir ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Daim irəliyə baxmağa çağırış edən dövlətimizin başçısı İlham Əliyev “Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır” bildirməklə hədəflərə çatmağın yollarını açıqlamışdır. Maliyyə və iqtisadi sahədə tam şəffaflığın təmin edilməsi əsas tələb kimi ortaya qoyulur”.

“Sosial xidmətdə şəffaflığın təmin olunması da insan amilinə verilən dəyərdən irəli gəlir”,- deyən V.Rəhimzadə vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşının dostuna çevrilən ilk “DOST” mərkəzinin fəaliyyətə başlaması, gələcəkdə onun əhatə dairəsinin daha da genişləndirilməsi üçün səylərin göstərilməsi də deyilənlərin təsdiqidir. Məqsəd şəffaflığı qorumaq, vətəndaş məmnunluğunu, göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir. Bu gün Azərbaycan dünyada ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST kimi layihələr ölkəmizin yeniliklərə, təkmilləşməyə nə qədər meyilli olduğunu nümayiş etdirir.

“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin ötən il ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbəsi, andiçmə mərasimində uğurlarımız fonunda irəli sürdüyü hədəflər məhz görülən işlərin aydın mənzərəsini yaradır. 2018-ci ilin prezident seçkilərindən ötən bir ildən artıq dövr ərzində Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurlara diqqət yetirsək, təkmilləşmənin, yeniləşmənin hansı nəticələrə yol açdığını aydın görərik. Ən əsası dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, bilik, savad, təhsil hər bir dövlətin tərəqqisində əhəmiyyətli rola malikdir. “Neft kapitalını insan kapitalına çevirək” tezisinin irəli sürülməsi və bu istiqamətdə atılan addımlar da belə bir reallığı ortaya qoyur ki, iqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafı qaçılmaz edir. Kadr hazırlığı idarəetmə sistemində təkmilləşmənin vacib amillərindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin cari ilin ötən dövründə imzaladığı fərman və sərəncamlara diqqət yetirsək, bu sənədlərin böyük əksəriyyətinin idarəetmə sisteminin təkmiləşdirilməsinə xidmət etdiyinin şahidi olarıq. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumunun keçirilməsində də məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Azərbaycan qeyd olunan istiqamətlərdə nümunəvi ölkə kimi təqdir olundu.

Vüqar Rəhimzadə sosial müdafiənin gücləndirilməsinə xidmət edən addımlar sırasında özünüməşğulluq proqramının uğurlu icrasını xüsusi qeyd edib. Bildirib ki, müşavirədə bu rəqəm də açıqlandı ki, bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır. Hazırda hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. Ailə təsərrüfatlarının inkişafına asan dəstəyin göstərilməsi məqsədilə ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsi vətəndaş məmnunluğunu daha da artırır, onların öz məhsulları ilə bazarlara çıxışlarına böyük dəstək göstərir.

“Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təqdir edilir” söyləyən V.Rəhimzadə vurğulayıb ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanın inkişaf tempindən razılıqlarını ifadə edir. Bu proqnozları səsləndirirlər ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəmizə milyardlarla dollar vəsait daxil olur və bunlar da əhalinin sosial rifahının daha da yaxşılaşmasına, ən əsası yoxsulluq probleminin həllinə xidmət edir. Hazırda yoxsulluğun səviyyəsi 5 faizdir. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Son hesabatda 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatı da ölkəmizin sosial-iqtisadi uğurlarının təqdimatında əhəmiyyətli rola malikdir. Belə ki, həmin sənəddə rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar öz əksini tapıb. Ölkədə ictimai-siyasi vəziyyət, iqtisadi islahatlar, sosial siyasət, infrastrukturun yenilənməsi və s. kimi meyarlar təhlil olunur ki, Azərbaycan bu istiqamətlərdə uğurlu nəticələri ilə öndədir. Ən əsası sabitliyin təminatçısı olan xalq-iqtidar birliyi günbəgün daha da möhkəmlənir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, dövlətimizin uğurlu siyasəti, gələcəyə hesablanmış inkişaf strategiyası kompleks tədbirlərin həyata keçirilməsini bir tələb kimi ortaya qoyur və bunun da nəticəsində ölkəmizin hərtərəfli inkişafı yüksək səviyyədə təmin olunur. Bu gün Azərbaycana hansı sahədən baxsaq, tərəqqinin, inkişafın, təkmilləşmənin inkaredilməz faktlar olduğunu görərik. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə gələn ilin büdcəsi ilə əlaqədar da tapşırıqlarını verdi. Bildirdi ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Qarşıdan gələn 2020-ci ildə ciddi sosial proqramlar icra ediləcək, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq.

 
  • Oxunub:  2490  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək
09 Noyabr 11:08
ABŞ-ın Oklahoma ştatında 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü kimi elan olunub
09 Noyabr 11:02
Bakı Dövlət Universitetinin tələbələri Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş ediblər
09 Noyabr 10:58
Xocavəndli məcburi köçkünlər “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş ediblər
09 Noyabr 10:47
Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıb
09 Noyabr 10:39
Azərbaycanın Dövlət bayrağı ən yüksək zirvələrdə dalğalanır
09 Noyabr 10:34
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!
09 Noyabr 10:32
Göyçayda XIV Nar festivalı keçirilir
09 Noyabr 10:29
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib
09 Noyabr 10:20
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 10:16
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir
09 Noyabr 10:13
“SOCAR AQŞ” Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub
09 Noyabr 10:11
Radikal ünsürlərin “masa-masa” oyununda yeni pərdə...
09 Noyabr 10:03
Regionlarda yeni su layihələrinin icrası uğurla həyata keçirilir
08 Noyabr 21:09
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir
08 Noyabr 21:07
AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib
08 Noyabr 21:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında 14,2 min vakant iş yeri haqqında məlumat var
08 Noyabr 21:02
Andris Ameriks: Avropa Azərbaycanlıları Konqresinin fəaliyyəti təqdirəlayiqdir
08 Noyabr 21:00
Metropolitençilər peşə bayramlarını qeyd ediblər
08 Noyabr 20:58
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir
08 Noyabr 20:55
Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatı ekspertlərinin iclası keçirilib
08 Noyabr 20:51
Milli Məclisin deputatı Keniyada keçiriləcək beynəlxalq sammitdə iştirak edəcək
08 Noyabr 20:50
Ermənistan tərəfinin danışıqların formatını şübhə altına alan açıqlamaları sülh prosesinə hədədir - bəyanat
08 Noyabr 20:45
Metronun “İçərişəhər” stansiyasında tanqo festivalı keçirilib
08 Noyabr 20:34
Sərhədsiz muzey
08 Noyabr 20:31
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
08 Noyabr 20:28
Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin iclası keçirilib
08 Noyabr 20:22
DİN və Baş Prokurorluq Gəncədə törədilən qətllə bağlı KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib
08 Noyabr 20:16
Fəzail İbrahimli: Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq
08 Noyabr 20:13
YAP Nizami rayon təşkilatı imzatoplama kampaniyası uğurla başa çatdırıb
08 Noyabr 20:09
Seymur Orucov: Gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır
08 Noyabr 17:59
YAP Gəncə şəhər təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib
08 Noyabr 17:56
Dövlət Bayrağı Günü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA