Ana səhifə »  Qəzetin pdf formatı »  Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
A+   Yenilə  A-
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bolqarıstan Elmlər Akademiyası (BEA), Bolqarıstan Yazıçılar İttifaqı və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və filosofu Nəsiminin 650 illik yubileyi çərçivəsində şairin bolqar dilinə tərcümə edilmiş “Seçilmiş şeirlər” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə BEA-nın vitse-prezidenti Y.Revalski, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Bolqarıstan Yazıçılar İttifaqının sədri və direktoru B.Anqelov və D.Xristov çıxış ediblər.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli tərəfindən BEA-nın prezidenti Y.Revalskiyə dahi şairin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən hazırlanmış “İmadəddin Nəsimi - 650” poçt markası təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Y.Revalski iki akademiya arasında sıx əməkdaşlığa toxunaraq elm sahəsində illərə söykənən ənənəvi əlaqələrin mövcud olduğunu bildirib. Rəhbərlik etdiyi qurumun Nəsimiyə həsr olunmuş gecəyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə mədəniyyət və incəsənət sahəsində çoxsaylı tədbirlərin keçirildiyini və bu tədbirlərin iki ölkə arasında yaxın münasibətlərin göstəricisi olduğunu söyləyib.

Səfir N.Qurbanova dahi Azərbaycan şairi, mütəfəkkiri və filosofu və Şərq ədəbi və fəlsəfi fikrinin parlaq simalarından olan Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Bolqarıstanda keçirilən tədbirin BEA-nın 150 illik yubileyinə təsadüf etdiyini vurğulayıb. Nəsiminin doğma dildə Azərbaycan poeziyasının banilərindən və Azərbaycan dilində ilk divanların müəlliflərindən biri olduğunu qeyd edib. İnsan, bəşəriyyət, məhəbbət və Allah mövzularının onun yaradıcılığında mərkəzi yer tutduğunu söyləyən səfir Nəsimi yaradıcılığının insanla bəşəriyyətin vəhdətini nümayiş etdirməsi və ruhun kamilliyinə gətirib çıxaran yolları aşkar etməsi barədə söz açıb. N.Qurbanova dərin ensiklopedik biliyə malik olan şairin 600 illik yubileyinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə UNESKO tərəfindən keçirildiyini deyib. Diplomat iki il öncə şairin ölümünün 600 illiyinin Parisdə qeyd edilməsi, ötən ildən etibarən ölkəmizdə Nəsimi – şeir, sənət və mənəviyyat Festivalının keçirildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli ümumşərq miqyasında qüdrətli şair və Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısı Nəsimi barədə məlumat verərək bildirib ki, o, böyük bir ədəbi məktəb yaradıb. Akademik orta əsr klassik Azərbaycan lirikasının bənzərsiz nümunələrini yaratmış İmadəddin Nəsiminin şeirlərinin insanın qüdrəti haqqında himn kimi səsləndiyini, onun şeirlərində kamil insan olmağa qüvvətli çağırışların ifadə olunduğunu, şairin kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf etdiyini əlavə edib. O qeyd edib ki, İmadəddin Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində bədii sözdən yoğurulmuş əzəmətli insan heykəlidir. İ.Həbibbəyli Nəsiminin daha çox aşiqanə ruhda inkişaf edən Azərbaycan poeziyasında ictimai motivlərə geniş yer ayırmasından, onun poeziyasında nəsihətçiliyin arxa plana, həyat fəlsəfəsi və mübarizə ruhunun ön mövqeyə keçməsindən bəhs edib və şairin məşhur “Sığmazam” qəzəlini Azərbaycan dilində söyləyib.

Bolqarıstan Yazıçılar İttifaqının sədri B.Anqelov poeziyanın tarixi, dini və mənəvi sərhədlərinin olmadığını bildirərək şairin həyatı barədə qısa məlumat verib. O, “Mən Allaham” deyən şairin 1417-ci ildə edam edildiyini bildirib və şairin əsərlərindən tərcümələr səsləndirib.

Bolqarıstan Yazıçılar İttifaqının direktoru D.Xristov Nəsiminin əsərlərinin ilk dəfə bolqar dilinə tərcümə edildiyinə diqqət çəkərək məhz bu prosesin Nəsimi irsinin, onun davamçılarının və Şərqin dahi şairlərinin yaradıcılığının tədqiq edilməsinə təkan verəcəyinə ümid etdiyini bildirib. O, Nəsiminin “Seçilmiş şeirlər” kitabının bolqar dilində nəşrinin bolqar oxucuların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa və xalqlarımız arasında oxşarlıqları kəşf etməyə imkan yaradacağına əminliyini ifadə edib.

Sonda tərcüməçilər İvan Esenski və Nadya Popova ölməz şairin şeirlərindən parçalar səsləndirib və Nəsimi yaradıcılığı barədə fikir və təəssüratlarını bölüşüblər.

Tədbirdə Nəsimin “Seçilmiş şeirlər” kitabı ilə yanaşı, “Baku” və “İrs” jurnalları da təqdim olunub.

Rəsmi hissədən sonra qonaqlar Azərbaycan milli təamlarından dadıblar.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  16-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək
09 Noyabr 11:08
ABŞ-ın Oklahoma ştatında 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü kimi elan olunub
09 Noyabr 11:02
Bakı Dövlət Universitetinin tələbələri Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş ediblər
09 Noyabr 10:58
Xocavəndli məcburi köçkünlər “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş ediblər
09 Noyabr 10:47
Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıb
09 Noyabr 10:39
Azərbaycanın Dövlət bayrağı ən yüksək zirvələrdə dalğalanır
09 Noyabr 10:34
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!
09 Noyabr 10:32
Göyçayda XIV Nar festivalı keçirilir
09 Noyabr 10:29
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib
09 Noyabr 10:20
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 10:16
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir
09 Noyabr 10:13
“SOCAR AQŞ” Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub
09 Noyabr 10:11
Radikal ünsürlərin “masa-masa” oyununda yeni pərdə...
09 Noyabr 10:03
Regionlarda yeni su layihələrinin icrası uğurla həyata keçirilir
08 Noyabr 21:09
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir
08 Noyabr 21:07
AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib
08 Noyabr 21:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında 14,2 min vakant iş yeri haqqında məlumat var
08 Noyabr 21:02
Andris Ameriks: Avropa Azərbaycanlıları Konqresinin fəaliyyəti təqdirəlayiqdir
08 Noyabr 21:00
Metropolitençilər peşə bayramlarını qeyd ediblər
08 Noyabr 20:58
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir
08 Noyabr 20:55
Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatı ekspertlərinin iclası keçirilib
08 Noyabr 20:51
Milli Məclisin deputatı Keniyada keçiriləcək beynəlxalq sammitdə iştirak edəcək
08 Noyabr 20:50
Ermənistan tərəfinin danışıqların formatını şübhə altına alan açıqlamaları sülh prosesinə hədədir - bəyanat
08 Noyabr 20:45
Metronun “İçərişəhər” stansiyasında tanqo festivalı keçirilib
08 Noyabr 20:34
Sərhədsiz muzey
08 Noyabr 20:31
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
08 Noyabr 20:28
Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin iclası keçirilib
08 Noyabr 20:22
DİN və Baş Prokurorluq Gəncədə törədilən qətllə bağlı KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib
08 Noyabr 20:16
Fəzail İbrahimli: Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq
08 Noyabr 20:13
YAP Nizami rayon təşkilatı imzatoplama kampaniyası uğurla başa çatdırıb
08 Noyabr 20:09
Seymur Orucov: Gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır
08 Noyabr 17:59
YAP Gəncə şəhər təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib
08 Noyabr 17:56
Dövlət Bayrağı Günü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA