Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub

Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub

16.10.2019 [14:20]

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq türk dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin çap olunması həm türk dövlətlərinin qardaşlıq münasibətinin nəticəsidir, həm də elm aləminə dəyərli töhfələrdən biridir.

Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev çıxışında görülən işlərin türk birliyinə xidmətin tərkib hissəsi olduğunu qeyd edib.

Sonra tarix üzrə elmlər doktoru Eynulla Mədətli Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Elinə yol açan” kitabı, filologiya üzrə elmlər doktoru Bədirxan Əhmədli Nursultan Nazarbayevin “Böyük Çölün yeddi özəlliyi”, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova “Mən cahana sığmazam” Nəsiminin şeirlər kitabı, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli “Azərbaycan ədəbiyyatı antologiyası”, filologiya üzrə elmlər doktoru Almaz Ülvi “Mağcan Jumabayevin şeirləri” kitabları haqqında məruzələrlə çıxış ediblər.

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30