Ana səhifə »  Qəzetin pdf formatı »  Alim, müəllim, vətəndaş
A+   Yenilə  A-
Alim, müəllim, vətəndaş

Oktyabrın 16-da Azərbaycan ədəbiyyatının, onun nəzəri problemlərinin görkəmli tədqiqatçısı, akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur. Akademikin elmi irsinin Azərbaycan ədəbiyyatı üçün əhəmiyyəti onun şəxsiyyəti, dərin təfəkkürü, vətənimizin mənəvi dircələşinə yönəldilmiş fəaliyyəti ilə sıx bağlıdır.

İsa müəllim daim yeni ideyalar müəllifi, elm təşkilatçısı, ölkəsinin yüksəlişi naminə əlindən gələni edən, bir sıra mükafatlara və təltiflərə layiq görülən bir şəxsiyyət kimi ictimaiyyətimiz tərəfindən qəbul olunan bir alimdir.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın akademik İsa Həbibbəylinin 70 illik yubileyinə həsr etdiyi “Alim, müəllim, vətəndaş” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İsa Həbibbəyli 1949-cu ildə Naxçıvanda anadan olub, burada orta məktəbi bitirib, ali təhsil alıb və hələ gənc yaşlarından elmə olan həvəsi ilə həmyaşıdlarından seçilib. İstedadlı tələbə özünün əsas maraq dairəsi kimi ədəbiyyatımızda romantik poeziyanın problemlərini, dahi Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılığını araşdırıb. Namizədlik və doktorluq dissertasiyalarını həmin mövzulara həsr edib. Hələ ilk tədqiqat işində İsa Həbibbəyli elmi qabiliyyəti, yeni fikirləri ilə elmi ictimaiyyətin diqqətini çəkə bilib, ədəbi proseslərə yeni yanaşmalar nümayış etdirib, onların izahında yeni yollar axtarıb. Alim həmişə Azərbaycan ədəbiyyatının prioritet problemlərinin öyrənməsini əsas götürərək, onun təşəkkülünü, janrlarını, türk və Şərq xalqları ədəbiyyatlarında yerini, dünya xalqları ilə ədəbi əlaqələri maraq dairəsində saxlayır. İsa Həbibbəylinin yaradıcılığı bütövlüyü, tədqiqat mövzularının bir-birini tamamlaması ilə səciyyələnir. Alimin əsərlərində ədəbiyyatda baş verən dəyişikliklər tarixi proseslərlə düzgün əlaqələndirilir. Onu da qeyd etmək lazımdır ki, İsa müəllimin bütün elmi tədqiqatları nadir arxiv sənədlərinə istinadla yazılıb, hər biri gərgin əməyin məhsuludur.

Akademik İsa Həbibbəyli son illərdə onun tərəfindən reallaşdırılan bir sıra mövzuları və problemləri illərboyu hədəfdə saxlayıb. Onun qələmindən dəyərli, vacib monoqrafik tədqiqatlar, saysız-hesabsız məqalələr, dərsliklər və kitablar çıxıb. Alimin elmi yaradıcılığının prinsipal xüsusiyyəti – onun əsərlərinin geniş mənada müasirliyi, akademikin onları elmi ictimaiyyət üçün yaxın, faydalı və aydın etmək qabiliyyətidir. Onun əsərləri sırasında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşməsi pinsiplərinə həsr olunan monoqrafiya xüsusi yer tutur. Burada müəllif ədəbiyyatımızın əsrlərboyu keçdiyi inkişaf yolunun əsas xətlərini, istiqamətlərini göstərib. Onu Azərbaycan ədəbiyyatşünaslığında novator da adlandırmaq olar. İsa Həbibbəyli bir çox Azərbaycan ədiblərinin həyatının indiyədək bəlli olmayan səhifələrini açıb, milli mətbuat və ədəbiyyat topluları çap etdirib, folklor və ədəbiyyat nümunələrini mədəni və elmi mühitə daxil edib.

İsa müəllimin həyatı və yaradıcılığı Azərbaycan elminin parlaq səhifəsidir. Alimin dünya filoloqları tərəfindən tanınan kitabları xarici dillərə tərcümə olunub, dünyanın bir çox kitabxanalarında saxlanılır. Bir sıra akademiyaların üzvü seçilən İsa Həbibbəyli onlarla elmlər namizədi və elmlər doktoru yetişdirib. Akademik Azərbaycan filologiya elmində mövcud ənənələri davam etdirərək, öz elmi məktəbini yaradıb, yeni elmi istiqamətlər göstərməyə nail olub.

Alimin həyat yolunun böyük bir hissəsi şərəfli müəllimlik peşəsi ilə bağlıdır. Uzun illər Naxçıvan Dövlət Universitetində çalışıb. O, universitetin rektoru vəzifəsində çalışarkən ali məktəbin statusunu beynəlxalq səviyyədə yüksəldib. Eyni zamanda, mühazirələr oxuyub, tədris kursları hazırlayıb ki, bunlar hamısı yüksək erudisiya və ensiklopedik bilik hesabına mümkün olub. Rektor burada çalışan müəllimlərin və oxuyan tələbələrin yaxın dostu və dayağı olub. Ümumiyyətlə, demək lazımdır ki, iki professional funksiyaya - elm və pedaqogikaya o, eyni səviyyədə öz istedadını, qüvvəsini və qəlbini verib, onların hər biri İsa müəllim üçün əsas olub. Artıq özünün dəstxəti ilə seçilən, irimiqyaslı alimə çevrilən İsa Həbibbəyli 2013-cü ildən AMEA-nın vitse-prezidenti və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifələrində çalışır. Görkəmli alim Azərbaycan Milli Elmlər Akademiyasında onun rəhbərliyi ilə həyata keçirilən islahatların önündə gedir, həm onun başçılıq etdiyi ictimai-humanitar sahədə canlanma gözə çarpır, həm də institut öz sahəsinin qabaqcıl, elmi mövzuları koordinasiya edən tədqiqat mərkəzinə çevrilir. İsa Həbibbəylinin nəinki Azərbaycanda, həm də müxtəlif ölkələrdə həmkarları var. Onlarla aparılan dialoqlarda yeni ideyalar, yeni elmi yaradıcı planlar, elmi layihələr meydana gəlir və yeni biliklər aşkarlanır, elmimizin coğrafiyası da genişlənir.

İsa müəllim nəinki elmi, elmdəki insanları da çox sevir, həmkarlarının hörmətini və ehtiramını daim duyur, çünki onunla ünsiyyətdə olan hər bir kəs şəxsiyyətinin cazibəsini qəbul etməkdədir. Onun saf, layiqli, xoş niyyətli bir insan olduğunu alimlə ünsiyyətdə olanlar həmişə vurğulayırlar. İsa Həbibbəyli akademik kimi yüksək statusunu xeyirxah məqsədlərlə istifadə etməyə hazırdır, elmə, cəmiyyətə xidmət etməkdən yorulmaq bilmir.

İsa Həbibbəyli alim və ictimai xadim keyfiyyətlərini də özündə cəmləşdirərək, Azərbaycanın gələcəyini düşünən insandır. O, gərgin, mənalı həyat yaşayır, özü haqqında isə tez-tez “Mən əsgərəm” ifadəsini işlədir. Bu həqiqətən də belədir, çünki onun - Vətəninin əsgəri üçün azərbaycançılıq, dövlətçilik, vətəndaş məsuliyyəti ən ümdə məfhumlardır. Ulu öndər Heydər Əliyevin fəaliyyətini təhlil edən əsərlərində alim milli ideologiya, müstəqil dövlət quruculuğu ideyalarına sadiq olduğunu bir daha təsdiqləyir. 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclısinin deputatı olan İsa Həbibbəyli, həm də son illər parlamentin Elm və təhsil komissiyasının sədri kimi bir sıra qanunların hazırlanmasında və qəbul olunmasında bilavasitə iştirak edib. İsa müəllimin zamandan və vəziyyətdən asılı olmayan cəsarətli vətəndaş mövqeyi, təşkilatçılıq qabiliyyəti, liderlik keyfiyyəti, çətinlikləri dəf edərək irəli getmək qabiliyyəti ona bu məsuliyyətli işlərdə dayaq olub.

Həbibbəyli ailəsində böyüyən övladlar atalarının şərəfli yolu ilə qətiyyətlə irəliləyir, Azərbaycanın çiçəklənməsi və yüksəlməsi naminə əllərindən gələni edir, Vətənə sədaqətlərini əməlləri ilə təsdiqləyirlər. Gözəl bir yubiley günündə İsa müəllimə yeni yaradıcılıq axtarışları, tükənməyən enerji, Vətənə, elmə və insanlara yorulmaz xidmətində uğurlar arzu edirik.

 
  • Oxunub:  1740  |  
  • Tarix:  16-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək
09 Noyabr 11:08
ABŞ-ın Oklahoma ştatında 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü kimi elan olunub
09 Noyabr 11:02
Bakı Dövlət Universitetinin tələbələri Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş ediblər
09 Noyabr 10:58
Xocavəndli məcburi köçkünlər “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş ediblər
09 Noyabr 10:47
Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıb
09 Noyabr 10:39
Azərbaycanın Dövlət bayrağı ən yüksək zirvələrdə dalğalanır
09 Noyabr 10:34
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!
09 Noyabr 10:32
Göyçayda XIV Nar festivalı keçirilir
09 Noyabr 10:29
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib
09 Noyabr 10:20
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 10:16
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir
09 Noyabr 10:13
“SOCAR AQŞ” Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub
09 Noyabr 10:11
Radikal ünsürlərin “masa-masa” oyununda yeni pərdə...
09 Noyabr 10:03
Regionlarda yeni su layihələrinin icrası uğurla həyata keçirilir
08 Noyabr 21:09
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir
08 Noyabr 21:07
AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib
08 Noyabr 21:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında 14,2 min vakant iş yeri haqqında məlumat var
08 Noyabr 21:02
Andris Ameriks: Avropa Azərbaycanlıları Konqresinin fəaliyyəti təqdirəlayiqdir
08 Noyabr 21:00
Metropolitençilər peşə bayramlarını qeyd ediblər
08 Noyabr 20:58
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir
08 Noyabr 20:55
Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatı ekspertlərinin iclası keçirilib
08 Noyabr 20:51
Milli Məclisin deputatı Keniyada keçiriləcək beynəlxalq sammitdə iştirak edəcək
08 Noyabr 20:50
Ermənistan tərəfinin danışıqların formatını şübhə altına alan açıqlamaları sülh prosesinə hədədir - bəyanat
08 Noyabr 20:45
Metronun “İçərişəhər” stansiyasında tanqo festivalı keçirilib
08 Noyabr 20:34
Sərhədsiz muzey
08 Noyabr 20:31
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
08 Noyabr 20:28
Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin iclası keçirilib
08 Noyabr 20:22
DİN və Baş Prokurorluq Gəncədə törədilən qətllə bağlı KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib
08 Noyabr 20:16
Fəzail İbrahimli: Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq
08 Noyabr 20:13
YAP Nizami rayon təşkilatı imzatoplama kampaniyası uğurla başa çatdırıb
08 Noyabr 20:09
Seymur Orucov: Gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır
08 Noyabr 17:59
YAP Gəncə şəhər təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib
08 Noyabr 17:56
Dövlət Bayrağı Günü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA