Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib

YAP Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib

15.10.2019 [19:13]

Oktyabrın 15-də Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın Şura, İdarə Heyəti üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri, Gənclər Birliyinin fəalları iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda və MDB –nin Dövlət Başçıları Şurasının məhdud tərkibli Aşqabad zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı söylədiyi cəsarətli, milli maraqlarından çıxış edən, hər bir Azərbaycan xalqının nümayəndəsinin hüquqlarını müdafiə edən fiirlərini bir daha dəyərmi masa iştirakçılarının nəzərinə çatdırıb.

Vüqar Seyidov bildirib ki, hər iki beynəlxalq tribunadan cənab Prezident Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini qətiyyətli şəkildə ifadə etdi. Onun sözlərinə görə, cənab Prezidentin nitqindən həm münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar, həm münaqişəni süni şəkildə beynəlxalq hüquq və normalara zidd olaraq uzadan Ermənistan nəticə çıxarmalıdır. Təşkilat sədri deyib ki, Azərbaycan xalqı Prezidentimizin mövqeyini birmənalı olaraq dəstəkləyir: ““Qarabağ Azərbaycandır!” bəyanatı adi bir şüar deyil, Azərbaycan xalqının Qarabağla olan bağlılığını özündə ehtiva edən anlayışdır. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu torpağı bizdən almaq mümkün deyil”.

Daha sonra tədbirdə YAP Suraxanı rayon təşkilatı GB –nin İdarə Heyətinin üzvü Şəbnəm Rzayeva və Ədalət Mahmudov çıxış edərək xalqımızın bu məsələdə Prezidentimiz İlham Əliyevin mövqeyini birmənalı şəkildə dəstəkləyini vurğulayıblar.

Sonda YAP Suraxanı təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarına müvafiq tövsiyələr verib.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31