Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb
A+   Yenilə  A-
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb

Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası oktyabrın 14-də Bakıda keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək iclasda BNF-nin üzvü olan ölkələrdən 100-dək nümayəndə iştirak edir. Sessiya gündəlikdə qoyulan məsələlər üzrə forumun qəbul etdiyi Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti, beynəlxalq avtomobil daşımalarının daha da inkişaf etdirilməsi üçün önəmli layihələrin, Avropa yükdaşımaları bazarının tədqiqi və inkişafı perspektivləri mövzularına, həmçinin “Bakı sessiyası”na qədər keçirilən iclaslarda qəbul edilən qərarların müzakirəsinə həsr olunub.

Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir, nəqliyyat sektoru, o cümlədən avtomobil nəqliyyatı üzrə fəaliyyət genişləndirilir.

“Təsadüfi deyil ki, Azərbaycan bu gün etibarlı tərəfdaş kimi geniş beynəlxalq əməkdaşlığa cəlb olunub və bir sıra iri regional nəqliyyat layihələrinin reallaşdırılmasında fəal iştirak edir. Nəqliyyat sahəsinin inkişafı sayəsində ölkəmiz regionun ən böyük tranzit, logistika mərkəzinə və mühüm nəqliyyat qovşağına çevrilir. Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri tamamilə yenidən qurulub və Avropa standartları səviyyəsinə gətirilib”, – deyə nazir vurğulayıb.

R.Quluzadə çıxışında beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi sahəsində görülmüş işlər barədə geniş məlumat verib.

Nazir, eyni zamanda, Keyfiyyət Xartiyasının tələblərinin icra vəziyyəti və nəzərdə tutulan tədbirlər planından danışıb.

Reqlamentə uyğun olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Keyfiyyət Xartiyasının tələblərinin icrasına dair son vəziyyətlə bağlı məruzə ilə çıxış edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il avqustun 28-də “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair imzaladığı Fərman avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin həyata keçirilməsi zamanı icra mexanizminin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılmasına dair göstərişi özündə ehtiva edir. Məhz avtomobil nəqliyyatı sahəsində beynəlxalq təcrübənin tətbiqinə dair bu tarixi Fərmanın imzalanması, dünyanın qabaqcıl avtomobil nəqliyyatçılarının ən böyük toplantısı və nəqliyyat siyasəti üzrə dialoq üçün qlobal platforması hesab olunan Beynəlxalq Nəqliyyat Forumunun illik “Bakı sessiyası” ərəfəsində Azərbaycanın əməkdaşlıqda beynəlxalq normaların tələblərinə əməl etdiyinə dair ən bariz nümunə olub.

Xatırladaq ki, Beynəlxalq Nəqliyyat Forumunun 57 üzvü var. Azərbaycan 1998-ci ilin mayından bu forumun həqiqi üzvüdür.

Beynəlxalq Nəqliyyat Forumunun əsas məqsədləri foruma üzv ölkələrin beynəlxalq nəqliyyatının effektiv istifadəsi və səmərəli inkişafı üçün tədbirlərin müəyyən edilməsi, üzv ölkələrin milli orqanlarının beynəlxalq nəqliyyat sahəsindəki fəaliyyəti nəzərə alınmaqla beynəlxalq daşımalarla məşğul olan bütün iştirakçıların fəaliyyətinin əlaqələndirilməsi və gücləndirilməsidir.

2015-ci il mayən 26-da Almaniyanın Leypsiq şəhərində keçirilmiş növbəti sammitdə üzv ölkələrin Beynəlxalq Nəqliyyat Forumunun təsis etdiyi “Çoxtərəfli icazə”lərlə beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtodaşıyıcılara (hüquqi şəxslərə və ya fərdi sahibkarlara), onların məsul şəxslərinə, eləcə də sürücülərinə münasibətdə vahid tələblərin tətbiq olunmasını nəzərdə tutan Keyfiyyət Xartiyası qəbul edilib.

Keyfiyyət Xartiyası avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən nəqliyyat vasitələrinin heyətlərinin iş və istirahət rejiminə riayət edilməsini, nəqliyyat müəssisələrinin məsul şəxslərinin və sürücülərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsini, həmçinin hüquqi və ya fiziki şəxslərin, onların məsul şəxslərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsini, eyni zamanda, vahid tələblərin pozulmasına görə nəzarət və inzibati praktikanın tətbiq edilməsini nəzərdə tutur.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  14-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 13:09
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 12:58
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA