Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Səfər Mehdiyev: Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük qurumları arasında sənədlərin elektron sistemlə qarşılıqlı ötürülməsi mühüm layihədir

Səfər Mehdiyev: Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük qurumları arasında sənədlərin elektron sistemlə qarşılıqlı ötürülməsi mühüm layihədir

12.10.2019 [13:27]

Ankarada keçirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) və Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü iclası səmərəli keçdi. İmzalanan sənədlər gömrük-keçid məntəqələrində işin müasir dövrün tələblərinə uyğun qurulması üçün əsaslı zəmin yaradır.

Bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev AZƏRTAC-a açıqlamasında deyib.

Komitə sədri bildirib ki, tərəflər Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) ilə əlaqədar həyata keçirilən təcrübə mübadiləsinin davam etdirilməsi, iki ölkənin Kinoloji Mərkəzləri arasında, eləcə də kinoloqların təlimi sahəsində əməkdaşlığın gücləndirilməsi, Dilucu-Sədərək gömrük idarələri arasında keçirilən görüşlərin mütəmadiliyinin təmin edilməsi, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində birgə tədbirlərin həyata keçirilməsi kimi məsələlərdə ortaq mövqe nümayiş etdirirlər.

S.Mehdiyev diqqətə çatdırıb ki, gömrük-keçid məntəqələrində sürətli keçidin təmin olunması, o cümlədən malların və nəqliyyat vasitələrinin hərəkətin asanlaşdırılması, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşınmaların sadələşdirilməsi kimi məsələlər tərəflərin maraqlarına uyğun olan mühüm layihələrdir. BTQ-nin fəaliyyətində səmərəliliyi artırmaq üçün Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumları arasında işçi görüşlərinin təmin edilməsi nəzərdə tutulur. Bu üçtərəfli əməkdaşlıqda məqsədlərdən biri də sənədlərin vahid elektron sistemi ilə qarşılıqlı ötürülməsinə nail olmaqdır.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30