Ana səhifə »  Qəzetin pdf formatı »  Qəbələdə “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib
A+   Yenilə  A-
Qəbələdə “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mərkəz olub. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində indi də qorunub saxlanılır və ölkəmiz dünyada multikulturalizmin əsas ünvanlarından biri kimi tanınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər oktyabrın 11-də Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban Udi Ocağında keçirilən “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfransda səsləndirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda təşkilatçı qurumların, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Mənəvi Dəyərlərin Təbliği Fondunun rəsmiləri, İtaliyanın ölkəmizdəki səfiri Avqusto Massari, Azərbaycanın, həmçinin İtaliya, Fransa, Rusiya, Gürcüstan və Litvadan dəvət olunan albanşünas mütəxəssislər, tarixçi alimlər, ziyalılar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Udi Ocağında yaradılan şəraitlə tanış olublar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) direktoru Rəvan Həsənov konfransı açaraq, Qafqaz Albaniyasının Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsi olduğunu, bu mövzunun BBMM tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirib. Qafqaz Albaniyası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyini önə çəkən qurumun rəsmisi bildirib ki, BBMM-nin 2014-2019-cu illər ərzində həyata keçirdiyi mühüm layihələrdən biri də “Qafqaz Albaniyasını öyrənirik” layihəsidir. Bu layihə çərçivəsində həm ölkə daxilində, həm də xaricdə bir sıra konfranslar, dəyirmi masalar, elmi turlar, mühazirələr təşkil edilib, həmçinin mövzu ilə bağlı kitablar, broşürlər nəşr olunub.
Qafqaz Albaniyası ilə bağlı məsələnin dövlətimizin başçısının da daim diqqət mərkəzində olduğunu vurğulayan Rəvan Həsənov deyib: “Prezident İlham Əliyev tövsiyələrində Qafqaz Albaniyasının Azərbaycanın mədəni irsi olması baxımından dəqiqliklə araşdırılmasını, bu məsələnin həm ölkə daxilində, həm də xaricdə uğurla təbliğ olunmasının vacibliyini daim önə çəkib. Bu da əsassız deyil. Çünki Qafqaz Albaniyasının mədəni irsini mənimsəmək istəyən qüvvələr, dövlətlər mövcuddur. Ancaq alimlərimizin, tarixçilərin araşdırmaları, ortaya qoyulan faktlar siyasətçilərin ifadə etdikləri sözlərdən daha kəsərli, daha əhəmiyyətli olur. Bu məsələ elmi səviyyədə müzakirə olunanda hər kəs Qafqaz Albaniyasının Azərbaycanın tarixi-mədəni irsi olduğunu etiraf etmək məcburiyyətində qalır”.
Konfransda çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, Qafqaz Albaniyası ilə bağlı elmi müzakirələrin Nic qəsəbəsində keçirilməsi ölkəmizdə mövcud olan multikultural ənənələrə, tolerantlığa və tarixi köklərə bağlılığın bariz nümunəsidir. Hazırda sayı 10 min nəfərdən çox olan udilərin 4 minə yaxını kompakt halda Nic qəsəbəsində yaşayır və bu torpağı özlərinin əzəli və əbədi Vətəni hesab edirlər. Nic qəsəbəsinin dünyanın bir sıra ölkələrində olan udi diasporları və elmi ictimaiyyəti ilə sıx əlaqələri mövcuddur. Bu təmaslar və əlaqələr bir çox qədim mənbələrdə adı keçən udilərin bu gün mədəni inkişafına, tərəqqisinə stimul verir, onları tarixi köklərinə daha da bağlayır.
Səbuhi Abdullayev qeyd edib ki, Prezident İlham Əliyev Qəbələyə səfərləri zamanı Nic qəsəbəsinə gələrək, burada yaşayan udilər, azərbaycanlılar, ləzgilər və digər millətlərin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısının göstərişi ilə qəsəbənin abadlaşdırılması və sosial problemlərinin həlli ilə bağlı mühüm layihələr həyata keçirilib. Məhz dövlətimiz tərəfindən milli azlıqlara olan diqqətin nəticəsidir ki, buradakı “Cotari” alban kilsəsi təmir edilərək udilərin istifadəsinə verilib, iki müasir məktəb binası inşa olunub, yeni park salınıb, qəsəbəyə qaz xətti çəkilib, Qəbələ-Nic yolu yenidən qurulub, qəsəbənin mərkəzi yolu asfaltlaşdırılıb.
Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, təşkilatçılara icma üzvləri adından minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə tədbirin olduqca aktual, əhəmiyyətli və ağrılı bir mövzuya həsr olunduğunu vurğulayaraq deyib: “Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən erməni qəsbkarları xalqımıza məxsus olan maddi-mədəni abidələrin məhvi və mənimsənilməsi istiqamətində fəaliyyət göstərirlər. Qafqaz Albaniyası dövründən bizlərə yadigar qalan xristian-alban məbədləri də erməni vandalizminin qurbanına çevrilmiş maddi-mədəni abidələrimizdəndir. Ermənilər həmin abidələrin, məbədlərin memarlıq quruluşunu dəyişir, oradakı qədim daş kitabələri, onların üzərindəki qədim yazıları məhv edirlər. Odur ki, bu zəngin irsə sahib çıxmaq, tədqiq etmək və bu irslə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Qafqaz Albaniyası ilə bağlı keçirilən beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin işinə uğurlar arzulayıblar.
Sonra beynəlxalq konfrans işini panel iclaslarla davam etdirib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyevanın moderatorluğu ilə keçən I panel iclasda əvvəlcə moderatorun təqdimatında “Tarixi həqiqətlər rakursundan: dəlillər və sübutlar” mövzusunda məruzə dinlənilib.
Konfransın birinci panel iclasında, həmçinin Fransanın Qafqaz dilləri və filologiyası üzrə tədqiqatlar mərkəzinin direktoru, professor Jil Otye “Udi dilində şəxs əvəzlikləri, işarə əvəzlikləri və onların qədim Qafqaz Albaniyası haqqında çatdırdıqları məqamlar”, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Mənbəşünaslıq və tarixşünaslıq” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli “Qafqaz Albanşünaslığının Azərbaycan tarixində yeri”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Məhəbbət Paşayeva “Azərbaycanda qədim alban tayfalarının etnik ənənələri”, Rusiya Volqoqrad Dövlət Qulluğu Akademiyasının tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Riçard Danakari “Udilər və Qafqaz Albaniyasının tarixi-mədəni irsi: sosial-fəlsəfi aspektlər”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva “Keşikçidağ-Qafqaz Albaniyası dövrünün mağara məbədləri”, Alban-Udi Xristian Dini İcmasının rəhbəri, Bakı Dövlət Universitetinin böyük elmi işçisi Robert Mobili “Alban (Qafqaz) Apostol Avtokefal kilsəsi: tarix, müasirlik və perspektivlər” mövzularında məruzələr ediblər.
İkinci panel iclasında AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Tohidinin “Qədim Albaniyanın adı və coğrafi əraziləri Azərbaycan tarixçilərinin gözü ilə”, Litvanın Tarix İnstitutu və Vilnüs Avropa Humanitar Universitetinin baş elmi işçisi, professor Rasa Çapaytenenin “Çoxmədəniyyətli cəmiyyətdə mədəni irs: problemlər və imkanlar”, AMEA Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “XIX əsrin birinci yarısında Çar Rusiyasının Şimali Azərbaycanda yürütdüyü dini siyasət tarixindən” mövzularında, həmçinin tədbirdə iştirak edən digər tarixçi alimlərin mövzu ilə bağlı məruzələri dinlənilib.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  12-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 13:09
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 12:58
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA