Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

10.10.2019 [19:42]

BŞBPİ: Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir
AXCP üzvlərinin - Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılaraq, 15 sutka həbs edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlar piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb.

Oktyabrın 8-də saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən “Ravon” markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin avtomaşında sərnişin qismində olan - əvvəllər Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (xuliqanlıq) məhkum olunan Zamin Salayev və əvvəllər Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (dələduzluq) məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə etməklə, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirilib.

Əvvəllər məhkum olunan hər iki şəxs barəsində toplanmış materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib.

Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31