Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda “Standartların tətbiqi: Azərbaycan-Türkiyə əməkdaşlığı” mövzusunda konfrans keçirilib
A+   Yenilə  A-
Bakıda “Standartların tətbiqi: Azərbaycan-Türkiyə əməkdaşlığı” mövzusunda konfrans keçirilib

Oktyabrın 10-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Standartların tətbiqi: Azərbaycan-Türkiyə əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, hər iki ölkənin iş adamları iştirak edib.

Konfransda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyalar əsasında inkişafı ilə bağlı ardıcıl və sistemli islahatların həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təşviq mexanizmləri tətbiq edilib.

N.Səfərov Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasəti, bu sahədə yeni mexanizmlər olan sənaye parkları və məhəllələri barədə məlumat verib. Bildirib ki, sənaye zonalarında 82 rezident qeydə alınıb, 45 istehsalat müəssisəsi artıq fəaliyyət göstərir. Sənaye zonalarına indiyədək 3,4 milyard ABŞ dollarınadək investisiya yatırılıb, 11 min iş yeri yaradılıb. Bundan başqa, indiyədək 346 sahibkarlıq subyektinə 407 investisiya təşviqi sənədi verilib və investisiya dəyəri 2,5 milyard manatdan çox olan 245 müəssisə artıq fəaliyyət göstərir.

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı barədə danışan nazir müavini diqqətə çatdırıb ki, Türkiyə ilə müxtəlif istiqamətlərdə, o cümlədən standartlaşdırma sahəsində uğurla əməkdaşlıq edilir. Bu sahədə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rolunu qeyd edən N.Səfərov bu ilin əvvəlindən indiyədək 32 layihənin icra olunduğunu, 13 layihə üzrə işlərin davam etdirildiyini vurğulayıb.

Tədbirdə milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatların məhsul və xidmətlərin keyfiyyətnin yüksəldilməsinə, xarici bazarlara daha rahat ixrac edilməsinə xidmət etdiyi bildirilib.

Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Hasan Büyükdede Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki ölkədə yaradılmış əlverişli mühiti qeyd edib.

H.Büyükdede beynəlxalq standartlara uyğunlaşma prosesinin sənayenin inkişafına təsirləri, sənaye müəssisələrinin fəaliyyətinin beynəlxalq standartlara əsaslanmaqla təşkili sahəsində əməkdaşlığa dair fikirlərini bölüşüb.

Türk Standartları İnstitutunun idarə heyətinin rəhbəri Adem Şahin Türkiyədə milli standart və prosedurların müasir beynəlxalq təcrübəyə uyğunluğunlaşdırılması istiqamətində institutun gördüyü işlər barədə məlumat verib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin proqram koordinatoru Teoman Tiryaki agentliyin dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrdən danışıb.

Sonra Türk Standartlar İnstitutunun direktoru Feyzullah Erdoğanın “Milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması və bunun sənayenin inkişafına təsirləri” mövzusunda təqdimatı dinlənilib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, investorlar üçün tətbiq edilən güzəştli rejim haqqında məlumat verib. N.Talıbov “Sumqayıt Kimya Sənaye Parkı”nın TİKA və Türk Standartları İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində keyfiyyətli idarəetmə və enerjinin idarə olunması sisteminin tətbiqi və beynəlxalq standartlarla bağlı sənədlərin tərtibinə dair keçirilən təlimləri diqqətə çatdırıb, təlimlərdə MMC-nin əməkdaşlarının, sənaye parklarının rezidentlərinin iştirak etdiyini, təlim iştirakçılarına müvafiq sertifikatların təqdim olunacağını qeyd edib.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən Arzu Hüseynova keyfiyyətin idarə olunması və enerji səmərəliliyi sahələrində beynəlxalq standartların tətbiqi istiqamətində TİKA və Türk Standartlar İnstitutu ilə əməkdaşlıq edildiyini vurğulayıb, bu sahədə görülən işlərdən danışıb.

Tədbirdə Azərbaycanda sənaye parkları və Türk Standartlar İnstitutunun fəaliyyətinə dair videoçarxlar nümayiş olunub.

Konfransda Türk Standartları İnstitutu, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında üçtərəfli əməkdaşlığa dair protokol imzalanıb.

Sonda İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Türkiyə Standartları İnstitutu tərəfindən İSO 9001və 5001 standartlarının tətbiqi istiqamətində keçirilmiş təlimləri uğurla başa vurmuş iştirakçılara sertifikatlar verilib.

 
  • Oxunub:  990  |  
  • Tarix:  10-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

13 Oktyabr 13:26
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub
13 Oktyabr 13:10
Birinci vitse-prezident Mehriban Əliyeva : Şahmatçımız Aydın Süleymanlının qalib olması xəbəri hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər
13 Oktyabr 12:36
Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul edib
13 Oktyabr 11:17
Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Finlandiya parlamentinin deputatı ilə görüşüblər
13 Oktyabr 11:09
M.Çavuşoğlu: “Sülh çeşməsi” əməliyyatı suriyalıları terror qruplaşmalarının zülmündən xilas edəcək
13 Oktyabr 11:03
Usta cüdoçularımız dünya çempionatında daha iki medal qazanıblar
13 Oktyabr 10:57
Türkiyə Prezidenti və Britaniyanın Baş Naziri telefon söhbətində “Sülh çeşməsi” əməliyyatını müzakirə ediblər
13 Oktyabr 10:46
13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramıdır
13 Oktyabr 10:39
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
12 Oktyabr 19:30
DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
12 Oktyabr 19:19
İsrailli politoloq: İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12 Oktyabr 19:12
Səməd Seyidov: Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi
12 Oktyabr 19:00
ADA Universitetində gənclərin debatı keçirilib
12 Oktyabr 18:35
Sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməməsi böyük fəsadlara yol aça bilər
12 Oktyabr 18:20
Bəhruz Quliyev: Prezident İlham Əliyevin çıxışı Ermənistan rəhbərliyinin terrora dəstək siyasətinə verilən tutarlı cavab idi
12 Oktyabr 16:21
Azərbaycanın və Polşanın xalq qəhrəmanları yad edilib
12 Oktyabr 16:17
Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib
12 Oktyabr 15:57
Elçin Mirzəbəyli: Prezident İlham Əliyev Paşinyanın faşist cəlladını təmizə çıxarmaq cəhdlərinin üstündən xətt çəkdi
12 Oktyabr 15:46
Zakir Həsənov: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur
12 Oktyabr 15:32
Sahibə Qafarova: Prezident İlham Əliyev Paşinyanı yerinə oturtdu
12 Oktyabr 15:28
İsmayıllının 4 kəndinə təbii qaz verilib
12 Oktyabr 15:25
Dövlət Məşğulluq Xidmətinin növbəti zona müşavirəsi keçirilib
12 Oktyabr 15:21
Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb
12 Oktyabr 15:15
RF Dövlət Dumasının deputatı: Njdeyə heykəl qoyulması cinayətdir
12 Oktyabr 15:13
Ötən il Azərbaycanla Avstriyanın ticarət dövriyyəsi 2 dəfəyədək artıb
12 Oktyabr 14:59
Elman Nəsirov: Azərbaycan Prezidentinin Aşqabaddakı çıxışı Ermənistanın baş nazirinə vurulan növbəti tərs sillə oldu
12 Oktyabr 14:53
İndiyədək 6,7 mindən çox Qarabağ əlili mənzil, 6, 3 min nəfərdən çoxu isə avtomobillə təmin olunub
12 Oktyabr 14:49
“Kommersant” qəzeti MDB Dövlət Başçıları Şurasının iclasında Paşinyanın gülünc vəziyyətə düşdüyünü yazır
12 Oktyabr 14:45
Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək
12 Oktyabr 14:37
Hikmət Babaoğlu: Azərbaycan Prezidenti sübut etdi ki, Ermənistanın yürütdüyü işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır
12 Oktyabr 14:31
Yeniyetmə şahmatçımız Aydın Süleymanlı dünya çempionu adını qazanıb
12 Oktyabr 14:27
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
12 Oktyabr 14:26
Firəngiz Əlizadə: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü Nəsiminin xatirəsinə inanılmaz hədiyyədir
12 Oktyabr 14:15
Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
12 Oktyabr 13:29
Malik Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə möhtəşəm uğurlar qazanır
12 Oktyabr 13:27
Səfər Mehdiyev: Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük qurumları arasında sənədlərin elektron sistemlə qarşılıqlı ötürülməsi mühüm layihədir
12 Oktyabr 13:06
Ağacan Abiyev: Nüfuzlu idman yarışlarının Azərbaycanda keçirilməsi təbii qanunauyğunluqdur
12 Oktyabr 13:02
Bakıda “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa təşkil edilib
12 Oktyabr 12:58
Tahir Mirkişili: Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir
12 Oktyabr 12:56
Sevinc Hüseynova: Azərbaycan öz hədəflərinə çatmaq üçün inamlı addımlar atır
12 Oktyabr 10:54
Elçin Əhmədov: Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətini və faşist ideologiyasını faktlarla ifşa etdi
12 Oktyabr 10:52
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI hesabat-seçki konfransı keçirilib
12 Oktyabr 10:50
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
12 Oktyabr 10:48
Bu gün 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatır
12 Oktyabr 10:33
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir
12 Oktyabr 10:30
Qəbələdə “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib
12 Oktyabr 10:28
139 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçib
12 Oktyabr 10:27
YAP Nərimanov rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görüşlər davam edir
12 Oktyabr 10:25
YAP Şəmkir rayon təşkilatının geniş tərkibli Şura yığıncağı keçirilib
12 Oktyabr 10:23
Nizami Cəfərov: Azərbaycanşünas alim
12 Oktyabr 10:22
Saxtakar piketçi etiraf etdi...
12 Oktyabr 10:19
Nikol Paşinyan Ermənistanın terrorçu siyasətindən əl çəkmədiyini sübut edir
12 Oktyabr 10:17
Partlayıcı qurğu “mütəxəssisi” və digər terrorçular DTX tərəfindən saxlanılıb
12 Oktyabr 10:14
Bakcell jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib
12 Oktyabr 10:12
Regionların turizm potensialının tanıdılması istiqamətində davamlı işlər görülür
11 Oktyabr 22:49
Prezident İlham Əliyev: MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur
11 Oktyabr 22:10
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xalq yazıçısı Anarla görüş olub
11 Oktyabr 22:09
Kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı məsələlərə dair müzakirələr aparılıb
11 Oktyabr 22:00
Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin rolu müzakirə edilib
11 Oktyabr 21:59
Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub
11 Oktyabr 21:45
BSU-da Rusiya universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub
11 Oktyabr 21:36
Avstriya şirkətləri Azərbaycanın kimya sənayesi ilə maraqlanır
11 Oktyabr 21:30
Sabunçu rayonunda indiyədək investisiya layihələrinin maliyyələşməsinə 37,7 milyon manat güzəştli kredit verilib
11 Oktyabr 21:20
Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi layihəsi”nin yeni rəhbəri ilə görüş olub
11 Oktyabr 21:18
Azərbaycan və Böyük Britaniya imzalanacaq beynəlxalq avtomobil daşımalarına dair ikitərəfli Sazişi müzakirə edib
11 Oktyabr 21:09
Oğuzda “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda müzakirələr aparılıb
11 Oktyabr 21:07
Bakıda “Türk dünyasının qadını - keçmişdən bu günə” mövzusunda konfrans keçirilib
11 Oktyabr 20:50
ADA Universitetində Lütfi Zadənin irsinə həsr edilən konfrans keçiriləcək
11 Oktyabr 20:48
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir
11 Oktyabr 20:45
Əli Həsənov: Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA