Ana səhifə »  Qəzetin pdf formatı »  Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
A+   Yenilə  A-
Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur

Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi əsasında Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı ilə respublikamızda sabitlik bərqərar oldu, ölkə dinamik tərəqqi yoluna qədəm qoydu
Qısa müstəqillik tarixində Azərbaycan uğurla inkişaf edərək hər cəhətdən güclü, milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevrilib. Respublikamızda həyatın bütün sahələrində bərqərar olan müsbət reallıqlar ölkənin hər bir vətəndaşında qürur hissi və sabaha böyük inam yaradır. Müstəqil Azərbaycanın bugünkü dinamik inkişafının bünövrəsini, real əsaslarını isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub.
26 il bundan öncə - 1993-cü ilin 3 oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 10 oktyabrda and içib. Qeyd edək ki, 1993-cü il oktyabrın 3-də seçkilərdə iştirak edənlərin 98,8 faizi Heydər Əliyevin namizədliyini dəstəkləyib. Ulu Öndər andiçmə mərasimində söylədiyi nitqində xalqın Ona olan etimadını yüksək dəyərləndirərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli maraqların yüksək səviyyədə təmin olunması naminə çalışacağını bildirib. “XX əsrin sonu dünyada köklü dəyişikliklərə səbəb olmuş siyasi proseslərlə əlamətdardır. Azərbaycan xalqı da bu proseslərdən kənarda qalmamış, nəhayət, əsrlərdən bəri bəslədiyi ümidlərinə, arzularına çatmış, öz müstəqilliyinə nail olmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi dünyada, keçmiş Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Eyni zamanda, Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyubdur. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq - bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”, - deyə Ulu Öndər andiçmə mərasimində söylədiyi nitqində vurğulayıb.
Xilaskarlıq missiyasını yerinə yetirən Ulu Öndər xalqın Ona bəslədiyi ümidləri yüksək səviyyədə doğruldub
Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji mühitdə rəhbərlik edib. Lakin şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş sovet dövrü milli respublikalar, o cümlədən də Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi.
Ümummilli Liderin zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi və mədəni əsaslarına çevrildi. Minnətdarlıq hissi ilə vurğulamaq yerinə düşər ki, bu zəngin irsdən kənarda müstəqil Azərbaycanın nə iqtisadiyyatını, nə də mədəniyyətini təsəvvür etmək mümkün deyil.
Nəhayət, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşdu. Tale isə elə gətirdi ki, Azərbaycanın müstəqilliyini qorumaq missiyası da elə Ulu Öndərin çiyinlərinə düşdü. Bəli, Ulu Öndərin bütün varlığı ilə bağlı olduğu xalqı və Vətəni qarşısında ən böyük xidmətlərindən biri də Onun xilaskarlıq missiyası yerinə yetirməsidir. Ulu Öndər andiçmə mərasimindəki nitqində müstəqilliyinin ilk illərində respublikamızın qarşılaşdığı çətin vəziyyətə diqqət çəkərək qətiyyətlə bildirib: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.
Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. AXC-”Müsavat” iqtidarının səriştəsizliyi və korporativ maraqlardan çıxış etməsi ölkədə daha təhlükəli ikinci - daxili cəbhənin açılmasına rəvac vermişdi. 1993-cü il iyunun əvvəlində Gəncədə sabiq korpus komandiri Surət Hüseynov qiyam qaldırdı. Gəncədə, həmçinin bəzi yaxın rayonlarda silahlı qarşıdurmalar yaşandı, hətta qardaş qanı axıdıldı. Ölkə vətəndaş müharibəsinin astanasında dayanmışdı.
Həmin böhranlı günlərdə bütün Azərbaycanın ümid dolu nəzərləri Naxçıvana dikilmişdi. AXC-”Müsavat” qaragüruhunun əməllərindən bezən, ölkənin gələcəyi sarıdan böyük narahatlıq yaşayan insanların yeganə inam yeri Naxçıvana rəhbərlik edən və hətta blokada şəraitində belə muxtar respublikanı ayaqda saxlamağı bacaran Ulu Öndər Heydər Əliyev idi. Xalq sınanmış oğlunu təkidlə Bakıya gəlib Azərbaycana rəhbərlik etməyə çağırırdı.
Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanın davamlı inkişaf yolunun təməli məhz bu tarixlə - 15 İyun - Qurtuluş Günü ilə qoyulub. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu Öndərin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi çox doğru olaraq böyük qayıdış kimi qiymətləndirilir. Ulu Öndər bu qayıdışla, ilk növbədə, ölkəni bürüyən ümidsizliyə son qoydu, insanların qəlbində gələcəyə inam yaratdı. Heydər Əliyev səbri, müdrikliyi, xalqla həmrəyliyi sayəsində qısa müddətdə vətəndaş müharibəsi təhlükəsini sovuşdurmağa və hadisələrin istiqamətini dəyişməyə nail oldu. Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycan dövlətinin süqut etməsinin qarşısını aldı. Onun verdiyi müdrik qərarlar, atdığı qəti addımlar sayəsində cəmiyyət inkişafa, ölkənin müstəqilliyini möhkəmlətməyə səfərbər oldu.
Ümummilli Lider Heydər Əliyev respublikamızda müasir, demokratik, hüquqi dövlət quruculuğuna nail olmaq üçün çox mühüm qərarlar qəbul etdi
Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda siyasi hakimiyyətdə olan qüvvələrin, ələlxüsus da AXC-”Müsavat” iqtidarının dövlətçilik barədə təsəvvürləri çox aşağı səviyyədə idi. Onlar dövlət idarəçiliyində korporativ maraqları önə çəkirdilər. Belə yanaşmanın nəticəsi idi ki, mühüm dövlət vəzifələri naşı adamlara həvalə olunmuşdu və onlar da vəzifələrinin öhdəsindən gəlməkdə aciz idilər. Digər tərəfdən, AXC-”Müsavat” iqtidarının yüksəkvəzifəli rəsmiləri, nazirləri dövlət idarəçiliyini qoluzorluluqla qarışıq salırdılar. Ümumiyyətlə, respublikamızda hüquqi baza yox səviyyəsində idi və müvafiq qurumların funksionallığı təmin edilmirdi. Adam oğurluğu, jurnalistin efirdə döyülməsi Azərbaycanda demokratiyanın yerli-dibli olmaması, hüquq sisteminin işləməməsi anlamına gəlirdi ki, bu da gənc dövlətimizin beynəlxalq imicinə ağır zərbə idi.
Təbii ki, idarəetmə sahəsində zəngin təcrübəyə malik müdrik dövlət xadimi Heydər Əliyev belə vəziyyətlə barışa bilməzdi. Ulu Öndər Öz təcrübəsinə əsasən yaxşı bilirdi ki, qanunlarla işləyən funksional dövlət qurmadan respublikanın qarşısında duran vəzifələri həll etmək mümkün olmayacaq. Bu xüsusda fikirlərini ifadə edən Ulu Öndər deyib: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.
Bu məqamda qeyd edək ki, Ulu Öndər müstəqil Azərbaycanın dövlət quruculuğunun əsaslarını hələ Naxçıvana rəhbərlik etdiyi dövrdə yaratmağa başlamışdı. Tam cəsarətlə demək mümkündür ki, bəhs olunan dövrdə Azərbaycanın müstəqilliyə gedən yolunun, qurtuluş tarixinin əsası Ümummilli Lider Heydər Əliyevin səyləri və cəsarəti sayəsində məhz qədim diyarda - Naxçıvanda qoyulub. Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Ulu Öndər Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri - bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına Sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
Bu gün Heydər Əliyevin o dövrdə atdığı bu kimi cəsarətli addımları kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövr çox ziddiyyətli idi, hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin idi, hələ Sovet İttifaqı, Kommunist Partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
Ulu Öndər 1993-cü ilin oktyabrında xalqın etimadını qazanaraq Prezident seçildikdən sonra müstəqilliyin möhkəmləndirilməsi, dövlət quruculuğunun təmin edilməsi, bunun üçün hüquqi əsaslar yaradılması, ölkənin demokratiya yolu ilə inkişaf etdirilməsi istiqamətində səylərini, yorulmaz fəaliyyətini davam etdirdi. Onun siyasi iradəsi ilə respublikada ilk parlament seçkiləri keçirildi. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu üçün bu gün də fundamental baza rolunu oynayır. Ulu Öndərin imzaladığı sənədlər əsasında kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, ölüm hökmü ləğv edildi. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Bütövlükdə, Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Ulu Öndər inamla vurğulayırdı ki, Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır.
Müharibə vəziyyətində olan respublikamızda nizami ordunun yaradılması Ulu Öndərin müstəsna xidmətidir
Ulu Öndərin andiçmə mərasimində söylədiyi nitqində diqqət mərkəzinə gətirdiyi mühüm məsələlərdən biri də vahid komandanlığa tabe olan nizami ordunun yaradılması ilə bağlı idi. Müharibə şəraitində ölkədə ayrı-ayrı siyasi qüvvələrin təsiri altında fəaliyyət göstərən silahlı dəstələrin mövcudluğunun yolverilməz olduğunu vurğulayan Ulu Öndər bildirib: “Güman edirəm ki, bütün partiyalar, hərəkatlar, ictimai-siyasi təşkilatlar öz silahlı dəstələrindən imtina edəcəklər. Cəmiyyətimizdə bir silahlı dəstə ola bilər, o da dövlətin silahlı qüvvələridir. Biz hamımız birlikdə qeyri-qanuni silahlı dəstələrin ləğv olmasına çalışmalıyıq və bu da respublikamızda daxili ictimai-siyasi sabitlik yaranması üçün əsas şərtdir”.
Ulu Öndərin respublikamızda vahid komandanlıq altında nizami ordunun yaradılmasının zəruriliyini gündəmə gətirməsi isə təsadüfi deyildi. Ermənistanın işğalı nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulmuş, torpaqlarımızın 20 faizi işğal altına düşmüşdü. Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yuvalarını tərk edərək qaçqınlıq, məcburi köçkünlük taleyi ilə üzləşmişdi. Belə vəziyyətdə bütün qüvvələri düşmənə qarşı mübarizəyə səfərbər etmək, ümumiyyətlə, ölkəni müharibə vəziyyətindən çıxartmaq lazım idi. Respublikada müxtəlif siyasi partiyaların təsiri altında silahlı dəstələrin mövcudluğu isə buna imkan vermirdi. Siyasi partiyalar, ayrı-ayrı “liderlər” tabeliklərindəki silahlı dəstələr vasitəsilə özlərinin ambisiyalarını, cılız maraqlarını təmin etmək istəyirdilər.
Xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər ölkədə yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək vahid komandanlığa tabe olan nizami ordu quruculuğuna başladı. Onun 2 noyabr 1993-cü il tarixində xalqa müraciəti bu yöndə atılan çox mühüm addım oldu. Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli müraciəti yeni ordu quruculuğunun nəzəri əsaslarını müəyyənləşdirən konseptual bir sənəd olmaqla bərabər, həm də xalqa edilən bir çağırış idi. Ulu Öndər bu müraciətlə bütün xalqı, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün cəmiyyəti Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifə ətrafında birləşməyə çağırdı və Onun bu çağırışı cəmiyyətdə və xalq arasında böyük əks-səda doğurdu. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi.
İslahatlar və bazar iqtisadiyyatına keçidin təmin olunması müstəqil respublikamızın qarşısında geniş inkişaf perspektivləri açdı
Ölkədəki xaos, siyasi çəkişmələr milli iqtisadiyyata çox böyük ziyan vurmuşdu. İqtisadiyyatda təchizat-satış mexanizmi pozulmuşdu, idarəetmə yeni dövrün tələblərinə cavab vermirdi. Yaranmış vəziyyətlə barışmayan Ulu Öndər andiçmə mərasimindəki nitqində qətiyyətlə vurğulayıb ki, yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik. “Azərbaycan Respublikasının ağır böhran vəziyyətindən çıxması üçün sosial-iqtisadi sahədə böyük işlər görülməlidir. Təsəvvür edin ki, müstəqilliyimizin əldə edilməsi bizim üçün tarixi bir hadisədirsə, iqtisadiyyatımızın belə vəziyyətdə olması ağır və çətin bir haldır. Təəssüf ki, son illərdə respublikanın böhran vəziyyətində olması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərmişdir. İqtisadiyyat, demək olar, tamamilə dağılmış və bu da respublika vətəndaşlarının rifahının aşağı düşməsinə gətirib çıxarmışdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, respublikanın böyük iqtisadi-sosial, elmi-texniki potensialı vardır. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcək işimizdə bir tərəfdən yaranmış potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”, - deyə Ulu Öndər qeyd edib.
Ulu Öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli iqtisadiyyatın inkişaf strategiyasından söhbət açarkən Onun çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Azərbaycanla transmilli neft şirkətləri arasında imzalanan “Əsrin müqaviləsi”nin önəmini ayrıca vurğulamaq lazımdır. Uzaqgörən siyasətçi olan Heydər Əliyev bəhs olunan müqavilə və ondan sonra imzalanan yeni sazişlərlə ölkəmizə böyük həcmlərdə investisiyalar yönəltməyə nail oldu. “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycana gələn böyük həcmlərdə maliyyə vəsaiti sonrakı mərhələdə məqsədyönlü şəkildə sosial-iqtisadi layihələrin reallaşdırılmasına yönəldildi və iqtisadiyyatın şaxələndirilməsi təmin edildi.
Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən 100-dən çox Fərman və Sərəncam imzaladı. Ulu Öndərin təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixində imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatı həyata keçirildi.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun uğurla reallaşdırılması sayəsində ölkədə iqtisadi fəallıq artdı, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı gücləndi, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yarandı, fəal insanların məşğulluğu təmin olundu və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşdı. 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı. Bütövlükdə, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bəhs olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi. Bütün bunlar müstəqil Azərbaycanın gələcək güclü inkişafını təmin edən möhkəm əsaslar demək idi.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2520  |  
  • Tarix:  10-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA