Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
A+   Yenilə  A-
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, elm inkişaf etmədən ölkələrin inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elmin inkişafı sahəsində mühüm işlər görülüb, elmi potensial formalaşdırılıb. Elm adamlarına qayğı göstərilir, onların fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması, 3 ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi, internet resurslarının və elmi kitabxanaların formalaşdırılması, təhsil və elm müəssisələri arasında interaktiv əlaqələrin qurulması, nümunəvi dərslərin keçirilməsi və müasir nəşriyyatların istifadəyə verilməsi elmin inkişafı üçün geniş imkanlar açıb. Ötən dövrdə muxtar respublikada elmi tədqiqatların nəticəsi olan mühüm kitab və ensiklopediyalar çap olunub, beynəlxalq konfrans və simpoziumlar keçirilib, ekspedisiyalar təşkil edilib.

Ali Məclisin Sədri elmin inkişafı sahəsindəki səmərəli fəaliyyətlərinə görə muxtar respublikanın elm adamlarına təşəkkür edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, 1997-ci ildə muxtar respublikanın ixtisaslı və elmi dərəcəli kadrlara olan tələbatını ödəyən, Naxçıvanda gələcək elmi potensialın əsasını qoyan ilk dissertasiya şurasının yaradılması elmin inkişafı sahəsində mühüm əhəmiyyətə malik olub. Hazırda muxtar respublikada təhsil sahəsində qazanılan uğurlar gələcək elmi inkişafı şərtləndirən başlıca amildir. Yaradılmış müasir infrastruktur, müəllim hazırlığı işinə qoyulan tələblər kadr təminatına kompleks yanaşmanın nəticəsidir. Elm ocaqlarında fəaliyyət göstərən dissertasiya şuralarında ədəbiyyatşünaslıq, dilçilik, iqtisadiyyat, pedaqogika, sənətşünaslıq, vətən tarixi, arxeologiya, etnoqrafiya ixtisaslaşmaları üzrə doktorluq və fəlsəfə doktoru proqramları üzrə dissertasiyalar müdafiə olunub, aparılmış elmi tədqiqatların nəticələri ölkəmizin və dünyanın aparıcı elmi jurnallarında nəşr edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanları ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının mükafatlar Komissiyasının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, bu il isə Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmin inkişafı sahəsində yeni mərhələnin əsasını qoyub.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi işçilərinin 68 faizinin elmi dərəcəsi, 48 faizinin isə elmi adı vardır. Bu günə qədər əməkdaşların 208 monoqrafiyası, 210 kitabı, 5 dərsliyi, 26 tədris və metodik vəsaiti, 8034 elmi məqaləsi və konfrans materialı, 209 tezisi, 21 xəritəsi çap olunub. Alimlər 28 patent alıb, 23 qrant layihəsinin qalibi olublar. Elm adamları və ziyalılar adından minnətdarlıq edən İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatlarının, biomüxtəlifliyinin və torpaq örtüyünün öyrənilməsi, xarici ölkələrin arxivlərində Naxçıvanla bağlı sənəd və materialların aşkar edilməsi, Naxçıvanın maddi və mənəvi mədəniyyətinin tədqiq olunması, muxtar respublikada beynəlxalq simpozium və konfransların keçirilməsi, vacib elmi əsərlərin nəşri və gənc tədqiqatçıların elmi fəaliyyətlərinin stimullaşdırılması barədə təkliflər verib.

Ali Məclisin Sədri təkliflərin Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən müzakirə olunması, aidiyyəti üzrə məlumat verilməsi və tədqiqat qruplarının yaradılması barədə tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada elmi potensialı da gücləndirib, elm, ali və orta ixtisas təhsili müəssisələrində yüksək ixtisaslı professor-müəllim heyəti formalaşıb, mövcud elmi potensialdan səmərəli istifadə olunması diqqətdə saxlanılıb. Ötən tədris ilində ümumtəhsil məktəblərində 1358 saat nümunəvi dərs, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən isə 9 interaktiv dərs keçirilib. Bu isə elm və təhsil müəssisələri arasındakı əlaqələri möhkəmləndirməklə yanaşı, şagirdlərin biliklərinin artırılmasında, qabaqcıl təcrübənin öyrənilməsi və ixtisas seçimlərində mühüm rol oynayır.

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov minnətdarlıq edərək deyib ki, Naxçıvan Dövlət Universiteti 43 kafedradan ibarət elmi-təşkilati struktura malikdir. Kafedraların əməkdaşları Universitet Elmi Şurası tərəfindən təsdiq olunmuş layihəyə əsasən Texnika, Riyaziyyat, Fizika, Biologiya, Coğrafiya, Tibb, Fəlsəfə, Tarix, İqtisad, Siyasət, Hüquq, Pedaqogika, Filologiya, Sənətşünaslıq, Şəhərsalma və Memarlıq elmi istiqamətləri üzrə elmi-tədqiqat işləri yerinə yetirirlər. Elmi-tədqiqat işlərinin 60 faizi muxtar respublika ilə bağlı olan mövzulardır. Həmçinin universitetin dörd seriyadan ibarət “Elmi əsərlər” jurnalı nəşr olunur. Son 10 ildə universitet əməkdaşlarının 187 monoqrafiyası, 41 dərsliyi, 282 dərs vəsaiti, 522 metodik vəsait və proqramı, 7762 elmi məqaləsi və 1033 tezisi çap edilib. Elmi məqalələrdən 1099-u, tezislərdən isə 322-si xaricdə dərc olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev muxtar respublikada elmə göstərilən dövlət qayğısına görə minnətdarlıq edib, Elmin İnkişafı Fondunun elmi nəticələrin tətbiqi üçün geniş imkanlar açdığını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov elmi layihələrin maliyyələşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. “İqtisadiyyat hansı vəziyyətdə olursa olsun, elm inkişaf etməlidir”, - deyən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu amili əsas götürmüş, ümumi inkişafın aparıcı qüvvəsi kimi elmə və elm adamlarına böyük qayğı göstərmiş, Azərbaycan elm məktəbi mühüm təşkilatlanma yolu keçmiş, elmi tədqiqatların həcmi və keyfiyyəti xeyli artmışdır. Ulu Öndərimizin ölkəmizdə elmin inkişafı sahəsində qəbul etdiyi mühüm qərarlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması barədə 2002-ci il 7 avqust tarixli Sərəncamıdır.

Ali Məclisin Sədri deyib: Ümummilli Liderin müdrik qərarından sonra muxtar respublikada elm yeni inkişaf mərhələsinə yüksəlmiş, elmi-tədqiqatların səmərəliliyi xeyli artırılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və ali təhsil müəssisələrində alim və tədqiqatçıların fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının tarixinin, etnoqrafiyasının, arxeologiyasının, mədəni mühitinin, folklorunun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılması sahəsində çoxsaylı tədqiqatlar aparılmış, Naxçıvanşünaslıq mühüm elmi istiqamət kimi müəyyənləşdirilmişdir. Elmə qayğı alim və tədqiqatçıların yetişməsi üçün də geniş imkanlar açmışdır. Hazırda muxtar respublikada 34 elmlər doktoru, 260 fəlsəfə doktoru fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasına Naxçıvandan olan elm adamlarından 3-ü həqiqi, 7-si müxbir üzv seçilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması da elmin inkişafı və mövcud potensialdan daha səmərəli istifadə sahəsində mühüm vəzifələr müəyyənləşdirir.

Ali Məclisin Sədri muxtar respublikada elmin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin elmin inkişafı sahəsində qarşıya qoyduğu vəzifələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun əsas fəaliyyət istiqaməti olmalıdır. Fond muxtar respublikada elmin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında yaxından iştirak etməli, bu məsələ ilə bağlı təkliflər irəli sürməli, layihələr hazırlamalı və həyata keçirməlidir. Naxçıvan Muxtar Respublikasında elmi müəssisələrin fəaliyyəti və aparılan elmi tədqiqatlar stimullaşdırılmalı, təbii resursların, mədəni və tarixi irsin öyrənilməsi sahəsindəki fəaliyyət gücləndirilməli, elmi araşdırmaların səmərəliliyi artırılmalıdır.

“Naxçıvanın qədim və müasir dövlətçilik tarixi alimlərimiz üçün əsas tədqiqat predmeti olmalıdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi tamam olur. Ötən illərdə muxtariyyət tarixi ilə bağlı mühüm elmi araşdırmalar aparılıb. Lakin düşünürük ki, bu məsələ daim diqqətdə saxlanılmalı, Naxçıvanın muxtariyyət tarixi ilə bağlı tədqiqatlar davam etdirilməli, əsassız iddiaların qarşısı mühüm elmi sübut və arqumentlərlə alınmalıdır. Bu gün Naxçıvanşünaslıq mühüm elm sahəsi kimi daha geniş tədqiqatların aparılması zərurətini ortaya qoyur. Ona görə də Naxçıvanşünaslığın elmi-nəzəri əsaslarla öyrənilməsi, xüsusilə muxtar respublikanın müasir ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər elmi tədqiqatlara cəlb olunmalıdır.

Qeyd olunub ki, dövlət orqanları ilə elmi müəssisə və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi qarşıda duran əsas vəzifədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu fəaliyyətində bu amili əsas götürməli, müvafiq layihələr reallaşdırılmalıdır. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə elm və ali təhsil müəssisələri arasında əlaqələr gücləndirilməli, təkmilləşdirmə kursları keçirilməlidir. Vaxtilə Naxçıvanla bağlı elmi tədqiqatlar məhdud çərçivədə aparılırdı. Lakin bu gün elmi araşdırmalar mövzu və əhatə baxımından xeyli genişlənib, xarici ölkələrin tanınmış mütəxəssisləri ilə səmərəli əməkdaşlıq qurulub. Bu sahədəki fəaliyyət davam etdirilməli, muxtar respublikada əldə edilmiş elmi nəticələr ölkə və dünya elmi məkanında layiqincə tanıdılmalı, birgə araşdırmaların aparılması və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə konfrans, simpozium və seminarlar keçirilməlidir.

Ali Məclisin Sədri deyib: Cəmiyyət həyatının bütün sahələri üzrə elmi potensialdan səmərəli istifadə təmin edilməli, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə elmin inkişaf strategiyası bir-biri ilə əlaqələndirilməli, prioritet elmi istiqamətlər müəyyənləşdirilməli, iqtisadi təhlillər aparılmalı, muxtar respublikanın zəngin təbii sərvətləri elmi şəkildə araşdırılmalı, onların əhəmiyyəti və istehsalatda tətbiqi imkanları öyrənilməlidir. Elmin muxtar respublikanın iqtisadi inkişafında rolunu artırmaq əsas hədəf kimi götürülməli, fundamental və tətbiqi elmi tədqiqatların təşkilinə, onların nəticələrinin praktikada tətbiqinə çalışılmalı, muxtar respublikanın elmi-texniki potensialı inkişaf etdirilməli, elmtutumlu istehsal sahələrinin yaradılmasına dəstək verilməlidir. Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsasını təşkil edir. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Araz” Elm İstehsalat Birliyi ilə birlikdə muxtar respublikanın iqlim və torpaq xüsusiyyətləri barədə araşdırmaları davam etdirməli, aqrar sahədə elmi təcrübələrin aparılması və toxum genefondunun formalaşdırılması, mütərəqqi metodların və aqrotexniki qaydaların tətbiqi diqqətdə saxlanmalıdır.

Müşavirədə diqqətə çatdırılıb ki, Naxçıvan tarixilik, müqəddəslik və yeni həyatın başlandığı yer kimi mühüm elmi tədqiqatların mövzusudur. Ötən dövrdə hər üç istiqamətdə geniş tədqiqatlar aparılıb, mühüm elmi nəticələr əldə olunub. Lakin bu, son hədd deyil. Elmi tədqiqatlarda bu məsələyə yenidən qayıdılmalı, geniş araşdırmalar aparılmalı, əldə olunan elmi nəticələr beynəlxalq səviyyədə tanıdılmalıdır. Elmi fəaliyyətin əsas daşıyıcıları yüksəkixtisaslı kadrlardır. Bu səbəbdən də tədqiqatçı-mütəxəssislərin hazırlanması diqqətdə saxlanılmalı, hər bir elm adamının öz məktəbi olmalı, varislik təmin edilməli, gənc alimlərin fəaliyyətinə dəstək verilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə muxtar respublikanın ali təhsil müəssisələri arasında əlaqələr gücləndirilməli, alim və mütəxəssislərin elmi fəaliyyətləri əlaqələndirilməli, yeni istiqamətlər müəyyənləşdirilməli, qarşılıqlı elmi müzakirələr aparılmalıdır.

Ali Məclisin Sədri deyib: Elmi araşdırmalarda arxiv materiallarına və digər mötəbər mənbələrə istinad edilməli, təhlil və müqayisələr aparılmalı, tədqiq olunan mövzu barədə geniş informasiya ehtiyatı yaradılmalıdır. Himayədarlar Şurası elmi müəssisə və təşkilatların, hüquqi və fiziki şəxslərin layihələrinin qiymətləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının, elmi-tədqiqat müəssisələrinin nümayəndələrindən və digər mütəxəssislərdən ibarət ekspert komissiyalarının yaradılmasına dair tövsiyələr verməlidir. Fondun Himayədarlar Şurasının Tədbirlər Planı hazırlanmalı, ümumi fəaliyyətlə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mütəmadi məlumat verilməlidir.

Bildirilib ki, müasir dövrdə elmin informasiya təminatını gücləndirmədən onun səmərəsindən danışmaq olmaz. Qısa müddətdə fondun yeni internet saytı və elektron məlumat bankı yaradılmalı, qanunvericiliklə açıqlanmalı olan ictimai informasiyalar həmin saytda yerləşdirilməli və təbliğ olunmalı, elm müəssisələrinin saytları və elektron kitabxanaları zənginləşdirilməlidir. Naxçıvanda mühüm elmi nailiyyətləri, elmi nəşrləri və elmi tərəqqiyə xidmət edən startap layihələrini əhatə edən “Elm Festivalı” keçirilməlidir.

“Elmdə son hədd, axırıncı tədqiqat anlayışı yoxdur. Elm davamlı inkişafdır. Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir”, - deyən Ali Məclisin Sədri çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması isə elmin inkişafı olmadan mümkün deyildir”.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  09-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır

16 Dekabr 09:13
Stokholmda baş tutan festivallarda Azərbaycanın milli rəqsləri nümayiş olunub
16 Dekabr 08:52
“A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər
16 Dekabr 08:38
Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub
14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7