Ana səhifə »  Qəzetin pdf formatı »  Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir
A+   Yenilə  A-
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir

Oktyabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyinə həsr edilən elmi konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirdə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak edirlər. Konfransda çıxış edən AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova böyük alimin keçdiyi həyat yolundan, çoxşaxəli elmi fəaliyyətindən bəhs edib. O, Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığını bildirib.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva “Filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın elmi yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib.

Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycanda məşhur şərqşünaslar çox olub; ərəb, fars və türk dillərinin gözəl biliciləri, bu dillərdə yazılmış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqiqatçıları, Azərbaycanın böyük tarixçiləri, islamşünaslar, mətnşünaslar və s. Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan bu parlaq alimlər, işıqlı şəxsiyyətlər öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirib, keçmiş sovet şərqşünaslığında xüsusi “Azərbaycan məktəbi”nin mövcudluğunun etiraf olunmasını təmin ediblər. Görkəmli şərqşünas alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda, keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olub. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş ittifaq miqyasında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətib. Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçib, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə yüksəlib. 1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsini və tezliklə bu ixtisas üzrə professor adı alıb.

Üç monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, M., 1975; “Cübran Xəlil Cübran”, B., 1975; “Yeni ərəb ədəbiyyatı korifeyləri”, B., 1991) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılan bir çox elmi əsərlərin redaktoru olub. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görüb. O, həmçinin Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən Asiya və Afrika xarici ölkə ədəbiyyatları ixtisası üzrə müdafiə şurasına sədrlik edib.

Qeyd edib ki, Aida İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib. Onun bir alim kimi maraq dairəsi geniş və çoxşaxəli olub. Dünya şöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın tədqiqatlarının sahəsi ərəb filologiyası və ya konkret olaraq ərəb məhcər ədəbiyyatıdır.

“Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi”, - deyə Gövhər Baxşəliyeva bildirib.

Akademik G.Baxşəliyeva vurğulayıb ki, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə respublika hüdudlarından uzaqlarda (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) ləyaqətlə təmsil edib. Görkəmli alim elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, institutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib.

Konfransda “Görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva İraq ədəbiyyatı haqqında”, “Azərbaycanda ərəb məhcər ədəbiyyatının ilk tədqiqatçısı” və digər mövzularda məruzələr dinlənilib.

Çıxış edənlər Aida İmanquliyevanın bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq həyatını xalqının tarixinin, adət-ənənələrinin dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib, görkəmli alim kimi yadda qalıb. O, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, yeni məktəbin əsasını qoyub. Aida xanım dünyada tanınan böyük alim, fəal ictimai xadim idi. Ərəb mühacirət ədəbiyyatının tədqiqi onun adı ilə bağlıdır. Alimin bununla bağlı əsərləri dərin məzmunu, aktuallığı və əhəmiyyətinə görə daim diqqəti cəlb edir.

Tədbir çərçivəsində görkəmli alimin əziz xatirəsinə ithaf edilən və vaxtilə yazdığı geniş “Ön söz”lə çap edilən “Ağ günlərin sorağında (İraq ədəbiyyatından seçmələr)” kitabının II nəşrinin təqdimatı olub.

 
  • Oxunub:  3270  |  
  • Tarix:  09-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır
21 Fevral 09:20
Xaçmaz, Qusar və Qubada müasir içməli və tullantı su şəbəkələri yaradılıb
20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+3 +6