Ana səhifə »  Xəbər lenti »  Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İsmayıllı şəhərində gənclərlə görüşüb
A+   Yenilə  A-
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İsmayıllı şəhərində gənclərlə görüşüb

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov sentyabrın 21-də İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, MM-in komitə sədri Eldar İbrahimov, MM-in deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə İsmayıllı şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova tədbirdə giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, Dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində İsmayıllı rayonunda da geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, rayon iqtisadiyyatı və aqrar sahə inkişaf etdirilir. İsmayıllı gənclər rayonun inkişafında, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər.

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. Əli Əhmədov deyib ki, gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb. Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai-siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər.

Əli Əhmədov qeyd edib ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması bizi sevindirir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Partiyamızın 700 mindən çox üzvü var və onların 40 faizə qədəri gənclərdən ibarətdir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər”.

Bu gün Azərbaycanın öz tarixinin ən gözəl dövrünü yaşadığını deyən Əli Əhmədov bildirib ki, ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir. Sabitlik, əmin-amanlıq hər bir ailədə, hər bir valideyndə öz uşaqlarının gələcəyi üçün arxayınçılıq hissi yaradır. Dövlət özünün ən müqəddəs vəzifələrindən olan insanların təhlükəsizliyini qətiyyətlə təmin edir. Vətəndaşların rifahı, xoşbəxt gələcəyi üçün imkan və şarait yaradılır. Məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa olunur. Vaxtilə insanları narahat edən problemlər aradan qaldırılır.

Ölkəmizdə gənclərin inkişafı, təhsili, məşğulluğu, eləcə də idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edən YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, gənclərimiz xoşbəxtdirlər ki, Azərbaycanın bu gözəl dövründə böyüyür, təhsil alır, ölkəmizin tərəqqisində və inkişafında öz xidmətlərini göstərirlər. Gənclər dövlətimizi sevməli, onun yolunda mübariz olmalıdırlar.

Gənclərlə görüşdə MM-in deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, eləcə də gənclərin nümayəndələri çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin uğurlarından bəhs ediblər.

 
  • Oxunub:  3900  |  
  • Tarix:  21-09-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
25 Mart 11:21
Vüsal Qasımlı: Xüsusi karantin rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alır
25 Mart 11:13
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
25 Mart 09:24
Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
24 Mart 23:51
Prezident İlham Əliyev: Qəbul edilmiş qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır
24 Mart 23:37
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral
24 Mart 23:27
Nyu-York – Bakı və İstanbul - Bakı aviareysləri ilə 230 azərbaycanlı vətənə qayıdıb
24 Mart 21:58
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb
24 Mart 21:53
TƏBİB: Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq
24 Mart 19:08
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya yüksək fəallıqla davam etdirilir
24 Mart 16:44
Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib
24 Mart 16:27
Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib
24 Mart 12:42
Müdafiə Nazirliyi: Düşmənin təxribat cəhdinin qarşısı alınıb
24 Mart 12:26
Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb
24 Mart 12:17
“Azərsun Holdinq” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürdü
23 Mart 22:26
Hikmət Hacıyev: Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər
23 Mart 20:38
Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir
23 Mart 18:55
Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 18:38
ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər
23 Mart 18:32
Prezident Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər
23 Mart 18:15
YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
23 Mart 18:10
Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var
22 Mart 18:45
"SAĞLAMLIĞIMIZ MİLLİ HƏMRƏYLİYİMİZDƏDİR"
22 Mart 16:56
SOCAR AQŞ Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat vəsait köçürüb
22 Mart 16:15
"ASAN xidmət" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürəcək
22 Mart 12:41
Bu gün Ümumdünya Su və ya Su Resursları Günüdür
22 Mart 12:29
Prezident İlham Əliyevdən böyük vətəndaşlıq nümunəsi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA