Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq

Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq

20.09.2019 [20:53]

Azərbaycanda bərpaolunan enerji sahəsinin də investorlar üçün əlverişli olmasına çalışırıq.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Daşkənddə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv ölkələrin enerji nazirlərinin birinci görüşündə Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edib. Nazirlərin görüşündə “CAREC Enerji Strategiyası 2030” adlı sənədin hazırlanması və reallaşdırılması üzrə əməkdaşlığı nəzərdə tutan Birgə Bəyannamə imzalanıb.

S.Vəliyev, həmçinin “Enerji Sərmayə Forumu”nda da iştirak edib. “Qlobal enerji keçidi: Regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” və “Enerji sektorunda islahatlar investisiyanı sürətləndirən vasitədir” mövzularında müzakirələrə qatılıb.

Nazir müavini enerji transformasiyası prosesində mühüm rol oynayan bərpaolunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Neft-qaz ölkəsi Azərbaycanın ekoloji cəhətdən təmiz texnologiyaların imkanlarından və bərpaolunan enerjidən daha çox istifadədə, enerji resurslarına qənaətdə maraqlı olduğunu bildirib. Ölkəmizdə bu prosesin sürətləndirilməsi və energetika sahəsində özəl sektorun iştirakının təmin edilməsi üçün kompleks islahatlara başlanıldığını diqqətə çatdırıb.

S.Vəliyev deyib ki, Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Bunu neft-qaz sektorunda 25 illik əməkdaşlığın uğurları və indiyə kimi bu sahəyə 100 milyard ABŞ dollarından çox investisiyasının yatırılması da təsdiqləyir: “Hazırda beynəlxalq təcrübəni öyrənməklə çalışırıq ki, Azərbaycanda bərpaolunan enerji sahəsi də investorlar üçün əlverişli olsun və ekoloji cəhətdən təmiz enerji, daha səmərəli idarəetmə hesabına həm də karbon emissiyalarının azaldılmasına nail olaq”.

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30