Ana səhifə »  Qəzetin pdf formatı »  Elçin Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edildi
A+   Yenilə  A-
Elçin Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edildi

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədovun mövzu ilə əlaqədar məqaləsini təqdim edir.

Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz buna görə də Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edib.

Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyırdı.

Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən biri idi.

Azərbaycanın milli təhlükəsizliyi onun dünya və region dövlətləri, habelə beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji xətt yeritməsini zərurətə çevirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının xarici siyasət prioritetlərindən bəhs edərək qeyd edirdi ki, “...Dəyişən dünyamızda Azərbaycanın siyasi missiyası dost və tərəfdaş axtarışına, blok və ittifaqların çoxvariantlılığına yönəlmişdir. Bu, Azərbaycanın dünya dövlətləri ailəsində statusunu, suverenliyini möhkəmləndirəcək, həm də müxtəlif dövlətlərlə yaxınlaşmasına kömək edəcəkdir”.

Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. Eyni zamanda, “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyində mövqeyini daha da möhkəmləndirdi.

Hazırda Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında da çox mühüm rol oynamaqdadır. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılıb.

Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Hazırda “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlanıb.

Bununla yanaşı, “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilib.

2002-ci ildə artıq Azərbaycan “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoydu. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və hazırda Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Eyni zamanda, ölkəmiz son illərdə təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artıb. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir.

2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. İlk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlanıb. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlardan sonra, nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP–Trans-Anadolu qaz kəməri üzrə müqavilə imzalandı. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaq. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək. Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. 2013-cü il dekabrın 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanması ilə “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, "Şahdəniz- 2" enerji layihəsi dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Azərbaycan 20 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açıb və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edib. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdırsa, "Şahdəniz- 2" XXI əsrin ən iri enerji layihəsidir.

Beləliklə, “Cənub” qaz dəhlizinin reallaşmasına güclü təkan verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü qeyd edildi. Simvolik haldır ki, məhz həmin gün “Cənub” qaz dəhlizinin təməli qoyulub. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir və bu nəhəng transmilli layihənin icrasında ölkəmiz öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirib. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşıb. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihələrdə də liderliyi öz üzərinə götürüb. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Bununla yanaşı, hazırda Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaradıb.

Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaq. Beləliklə, 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə olub. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək.

2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin, eləcə də XXV Xəzər Neft-Qaz Sərgisinin keçirilməsi Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olub. Artıq 25 il ərzində bu sərgi dünya miqyasında çox mötəbər sərgi kimi tanınır və sərgidə iştirak edən şirkətlərin, ölkələrin sayı getdikcə artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək: “Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır”. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli və əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük.

Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru, təbii ki, çox böyük yer tutur.

Bu baxımdan, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantılarının keçirilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, Azərbaycanın beynəlxalq alımdə nüfuzunu xeyli yüksəldib. Bunu ABŞ, Böyük Britaniya, Rusiya və Türkiyə rəhbərlərinin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə ünvanladıqları məktubların məzmunu bir daha təsdiq edir. Bununla yanaşı, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir.

Ümumilikdə, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir.

Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Bu baxımdan, 25 il əvvəl “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji siyasətinin təməli qoyulmaqla yanaşı, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edildi.

 
  • Oxunub:  4050  |  
  • Tarix:  20-09-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir

27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
27 Fevral 20:07
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
27 Fevral 20:00
Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb
27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
27 Fevral 12:44
Novruz bayramı ilə əlaqədar növbəti “DOST xonçası” aksiyası başlayır
27 Fevral 12:40
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
27 Fevral 12:25
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 Fevral 12:15
Azərbaycanda musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq
27 Fevral 12:09
Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib
27 Fevral 11:55
ETSN qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğlərini açıqlayıb
27 Fevral 11:53
Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
27 Fevral 11:49
Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib
27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
27 Fevral 11:27
Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib
27 Fevral 11:18
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
27 Fevral 10:52
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir
27 Fevral 10:48
Məktəblərdə tədris ilinin müddəti təsdiqlənib
27 Fevral 10:19
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
27 Fevral 09:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27 Fevral 09:36
Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür
27 Fevral 09:29
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
26 Fevral 20:57
Tehranda Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə işçi qrupunun ikinci iclası keçirilib
26 Fevral 20:07
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
26 Fevral 17:56
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır
26 Fevral 17:54
Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır
26 Fevral 17:53
Pərvin Kərimzadə: Xocalı faciəsi heç vaxt unudulmayacaq qan yaddaşıdır
26 Fevral 17:44
Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7