Ana səhifə »  Qəzetin pdf formatı »  Vüqar Rəhimzadə: «Əsrin müqaviləsi» Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: «Əsrin müqaviləsi» Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı

«Azərbaycanın bugünkü reallıqları «Əsrin müqaviləsi»nin iqtisadi və siyasi əhəmiyyətinin aydın mənzərəsini yaradır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyinin ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi tənəzzülündən xilas etdi. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması, əlverişli biznes mühtinin yaradılması ölkəmizin böyük investisiya məkanına çevrilməsini şərtləndirdi. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə «Əsrin müqaviləsi»nin imzalanması ilə ölkəmizin iqtisadi müstəqililyinin, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev «Əsrin müqaviləsi»nin imzalandığı dövrün iqtisadi və siyasi vəziyyətinin mürəkkəbliyini və bu çətinliklər fonunda atılan addımın əhəmiyyətini belə dəyərləndirir: "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik.» Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə «Əsrin müqaviləsi»nin 25 illiyi ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsidir: «Dahi şəxsiyyət neft sənayesini ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirirdi. 1994-cü ildən neft strategiyasının uğurlu icrası nəticəsində əldə olunan inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür, həm də bu reallıq statistik rəqəmlərdə öz əksini tapıb. Son 25 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya yatırılıb. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri 42 milyard dollardan çoxdur. Bu vəsaitin təyinatı üzrə xərclənməsinin nəticəsi olaraq ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açılıb. Bu rəqəmi də xüsusi qeyd etməliyik ki, bu günə qədər ümumi daxil məhsul 3 dəfədən çox artıb. 2020-ci ilə qədərki dövr üçün nəzərdə tutulan hədəflər sırasında inkişaf etmiş ölkələr sırasında addımlamaq, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək istəyimizin əsasında da Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası dayanır. Bu gün Azərbaycan dünyanın ən islahatçı, təhlükəsiz, xoşbəxt ölkəsi kimi tanınır, reytinq cədvəlində öncül yerlərdə dayanır.»

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da büdcəmizin sosialyönümlülüyünü artırır, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir: “Təkcə cari ilin arxada qalan aylarında sosial rifahın yüksəldilməsi yönündə atılan addımlara diqqət yetirmək kifayətdir. Ölkə Prezidenti tərəfindən təsdiqlənən iki sosial paket 4,2 milyon insanı əhatə edib, bu məqsədlə 4 milyard manata yaxın vəsait xərclənib”.

«Azərbaycan postneft dövrünə qədəm qoyub. Enerji sektorundan asılılığın azaldılması istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir» söyləyən V.Rəhimzadə əlavə edib ki, bu kimi mühüm uğurlara imza atılmasında Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəyə xidmət edən yeni-yeni layihələrin uğurlu icrası əhəmiyyətli rol oynayır: «Ulu öndər Heydər Əliyevin birinci şah əsəri kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin ardınca ikinci şah əsəri olan BTC neft kəmərinin istifadəyə verilməsi, üçüncü şah əsəri kimi dəyərləndirilən «Şahdəniz» yatağının kəşf edilməsi və sair kimi biri-birindən böyük uğurlar Azərbaycanın dünyanın enerji xəritəsini zənginləşdirməsini şərtləndirdi. 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyununda TANAP-ın istifadəyə verilməsi, gələn il açılışı nəzərdə tutulan TAP layihəsi Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasına yol açdı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib”.

Baş redaktorun sözlərinə görə, 1994-cü ildə 30 il müddətinə bağlanan müqavilənin əhəmiyyətini öncədən dəyərləndirən ulu öndər Heydər Əliyev bildirmişdi ki, «Əsrin müqaviləsi»ni reallaşdırmaqla dünya iqtisadiyyatı üçün açıq ölkə olduğumuzu nümayiş etdirdik: «Azəri», «Çıraq» və «Günəşli» neft yataqlarının bir hissəsinin müştərək işlənməsini nəzərdə tutan həmin müqavilənin imzalanması ilə bugünkü iqtisadi inkişafın təməlini qoyan Azərbaycan yeni sazişlərin imzalanmasına nail oldu. Ötən 25 ildə 35 müqaviləyə imza atılıb. 25 illik yol, eyni zamanda, «Yeni əsrin müqaviləsi»nin imzalanmasını zərurətə çevirdi. Belə ki, «Əsrin müqaviləsi»nin imzalanmasının 23 illiyi ərəfəsində «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması ilə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılması təbii ki, Azərbaycanın iqtisadi uğurlarına, ötən dövr ərzində beynəlxalq münasibətlər sistemində artan yeri və roluna, etibarlı tərəfdaş kimi nüfuzunun möhkəmləndirilməsinə əsaslanır.»

«Əsrin müqaviləsi» mahiyyətcə iqtisadi xarakter daşısa da onun siyasi əhəmiyyətinin daha önəmli olması ilk gündən diqqəti cəlb etdi» söyləyən baş redaktor qeyd edib ki, ötən 25 ildə Azərbaycana inam artdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin coğrafiyası genişləndi: «Azərbaycan yeni-yeni dostlar, tərəfdaşlar qazandı. Beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Məhz bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Tərəfdaş dövlətlərin coğrafiyasının genişləndirilməsinin bariz nümunəsi olaraq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu, 4 il sonra, 2018-ci ildə rəsmi açılışı oldu. Göründüyü kimi, ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə birgə səylərin artırılması sayəsində nail olub. Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqımıza təbrikində bu reallığı bir daha diqqətə çatdırıb ki, «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi.»

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, beynəlxalq səviyyədə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin seçdiyi düzgün yolun ölkəmizi davamlı inkişafa apardığı etiraf olunur, inkişafın Azərbaycan modeli təqdir edilir və öyrənilməsinin vacibliyi bildirilir: «Bu reallıq da hər zaman önə çəkilir ki, dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərə, strateji əhəmiyyətinə görə fərqlidir. Amma bu gerçəklik də inkaredilməzdir ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə o zəngin sərvətə çevrilir. Neft strategiyasının əsasını da məhz bu prinsiplər təşkil edir. Bu gün böyük fəxr və inamla qeyd edirik ki, Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir və bu gün qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması sayəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranını hiss etmədi, əksinə iqtisadi inkişafı ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qorudu. Ölkəyə xarici investisiya axınının sürətləndirilməsi, əlverişli sərmayə mühitinin yaradılması, böyük enerji şirkətlərinin marağını cəlb etmək neft strategiyasının başlıca tələbləri kimi bu gün də aktuallığını qoruyur. Azərbaycanda böyük sahibkarlar sinfi formalaşıb, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət proqramları uğurla icra edilir.»

V.Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, bu gün neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR-ın adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir: «Ötən ilin mühüm uğurları sırasında yer alan «Star» neft emalı zavodunun istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, hazırda SOCAR Türkiyənin ən böyük investoruna çevrilib. Dövlətimizin başçısı İlham Əliyev «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması mərasimində Azərbaycan neftçilərinin əməyini yüksək dəyərləndirərək, ayrı-ayrı dövrlərdə onların göstərdikləri fədakarlıqdan, peşəkarlıqları ilə cəmiyyətdə qazandıqları hörmətdən geniş bəhs edib. SOCAR-ın qazandığı etimad fonunda möhtərəm Prezidentimiz İlham Əliyev bildirib: «Əsrin kontraktı»nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər”.

«Təbii ki, qeyd etdiklərimiz son 25 ildə keçilən yolun yalnız çox az hissəsidir» söyləyən V.Rəhimzadə bildirib ki, reallıq budur ki, «Əsrin müqaviləsi» Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı: “Bu gün Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə doğru addımlayır. İslahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi, yeni-yeni hədəflərin gündəmə gətirilməsi təbii ki, möhkəm bazaya əsaslanır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq”.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  19-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

15 Oktyabr 12:06
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15 Oktyabr 11:57
Özbəkistanın milli informasiya agentliyi “Azərbaycanın fəxri və millətin Ulu Öndəri” sərlövhəli məqalə yayıb
15 Oktyabr 11:50
“Jewish Journal”: Avropa Şurası Azərbaycanın təşəbbüsü ilə yəhudi irsi abidələrinin qorunmasına dair qətnamə qəbul edib
15 Oktyabr 11:40
Daxili işlər orqanlarının əməkdaşları ötən gün axtarışda olan 21 nəfəri saxlayıblar
15 Oktyabr 11:35
Kuhner Fondunun üzvlərinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
15 Oktyabr 11:31
Özbəkistanın informasiya agentliyində ölkəmizlə bağlı məqalə yer alıb
15 Oktyabr 11:28
KOBİA Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları ilə əlaqələri genişləndirir
15 Oktyabr 11:19
Cavid Osmanov: “Qarabağ Azərbaycandır!” hərəkatı respublikamızda böyük əks-səda doğurub
15 Oktyabr 11:07
Ceyhun Bayramov: Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır
15 Oktyabr 11:03
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
15 Oktyabr 10:44
650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq
15 Oktyabr 10:40
Energetika naziri vətəndaşları qəbul edib
15 Oktyabr 10:32
Bəxtiyar Sadıqov: “Qarabağ Azərbaycandır!” hərəkatı beynəlxalq hərəkata çevrilməlidir
15 Oktyabr 10:29
Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kütləvi ağacəkmə tədbirləri Azərbaycanın xaricdəki səfirliklərində də keçiriləcək
15 Oktyabr 10:27
Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır
15 Oktyabr 10:23
Nursultan Nazarbayev: Qüdrətli qardaş Azərbaycan məni çox sevindirir
15 Oktyabr 10:07
Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir
15 Oktyabr 10:02
Vaşinqtonun türk və türkdilli icma nümayəndələri “Sülh çeşməsi” əməliyyatına dəstək mitinqi keçiriblər
15 Oktyabr 09:57
Cəlil Xəlilov: Ermənistan siyasi meydanda təklənib, onun mənfur siyasətini bütün dünya tənqid edir
15 Oktyabr 09:53
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15 Oktyabr 09:47
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
14 Oktyabr 23:29
Prezident İlham Əliyev Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam edib
14 Oktyabr 23:23
Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
14 Oktyabr 21:44
Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib
14 Oktyabr 21:41
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14 Oktyabr 21:36
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
14 Oktyabr 21:31
Türk Şurasının VII Zirvə Görüşü çərçivəsində Bakıda biznes forum keçirilib
14 Oktyabr 21:23
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
14 Oktyabr 21:18
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib
14 Oktyabr 21:12
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının üzvləri DOST Agentliyində olublar
14 Oktyabr 21:07
Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm
14 Oktyabr 21:01
Bədii Şura AzTV-də işin düzgün və səmərəli qurulmasını prioritet hesab edir
14 Oktyabr 20:54
Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
14 Oktyabr 20:51
MDB-nin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında Azərbaycanın tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sisteminin təqdimatı olub
14 Oktyabr 20:45
Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
14 Oktyabr 20:42
Prezident: Azərbaycanla Türkiyə nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız da bir o qədər güclü olacaq
14 Oktyabr 20:32
Mələk Çakmak: FAO Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə bütün sahələrdə müvafiq dəstək göstərməyə hazırdır
14 Oktyabr 20:30
Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişi imzalanıb
14 Oktyabr 20:25
Rəcəb Tayyib Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14 Oktyabr 17:55
Litvanın Druskininkay şəhərinin meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 Oktyabr 17:49
Əli Əhmədov: Əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir
14 Oktyabr 17:46
Nazir: Özbəkistan Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır
14 Oktyabr 17:45
Uğurlu və ardicil inkişaf illəri
14 Oktyabr 17:41
Gənclər işğaldan azad olunmuş Şıxarx qəsəbəsinə “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə yürüş ediblər
14 Oktyabr 17:39
Leyla Abdullayeva: Konstantin Zatulinin Xankəndidə keçirilən “forumda” iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır
14 Oktyabr 17:36
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb
14 Oktyabr 17:23
İlham Əliyev Nikol Paşinyanın “tsexakronist” olduğunu necə ifşa etdi?
14 Oktyabr 17:19
Türk Şurasının VII Zirvə Görüşündə Macarıstanın Baş Naziri Viktor Orban da iştirak edəcək
14 Oktyabr 17:14
ADU-nun rektoru Fransa səfiri ilə görüşüb
14 Oktyabr 17:03
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib
14 Oktyabr 17:01
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14 Oktyabr 16:51
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb
14 Oktyabr 16:48
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14 Oktyabr 16:46
Türk Şurası fəaliyyətini gücləndirir
14 Oktyabr 16:29
Azərbaycanın və Qazaxıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14 Oktyabr 16:28
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
14 Oktyabr 16:20
Mərkəzi Seçki Komissiyası seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
14 Oktyabr 16:14
Demoqrafik inkişafa dair proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir
14 Oktyabr 16:11
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib
14 Oktyabr 16:04
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14 Oktyabr 15:59
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar investisiya yatırıb
14 Oktyabr 15:52
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14 Oktyabr 15:46
Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi
14 Oktyabr 15:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir
14 Oktyabr 15:22
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14 Oktyabr 15:16
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14 Oktyabr 15:15
Nazirlik rəsmisi: Azərbaycanda elektron ticarət vahid sənəd çərçivəsində inkişaf etdiriləcək
14 Oktyabr 15:10
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub
14 Oktyabr 15:07
Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu oldu
14 Oktyabr 15:03
Azərbaycan və Latviyanın daha iki şəhəri qardaşlaşacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +19