Ana səhifə »  Qəzetin pdf formatı »  Humanist ruhlu pedaqoq və alim – Rəfiqə Əliyeva
A+   Yenilə  A-
Humanist ruhlu pedaqoq və alim – Rəfiqə Əliyeva

Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır. Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqovun “Humanist ruhlu pedaqoq və alim” sərlövhəli məqaləsində Rəfiqə Əliyevanın kimya elminin inkişafına verdiyi töhfələrdən, zəngin pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir.

İnsanın həyatda qazandığı əsl zənginlik özü haqqında yaddaşlarda oyatdığı xoş təəssüratlar, xatirələrdir. Onun cismani yoxluğundan sonra belə xatirələri canlandırmaq, mənalandırmaq – ruhuna ehtiram etmək deməkdir. Yaddaşlarda silinməz iz qoyan belə insanlardan biri də sentyabrın 20-də doğum günü qeyd olunan humanist ruhlu pedaqoq və alim Rəfiqə Əliyevadır. Artıq iki ildir ki, Rəfiqə xanım aramızda yoxdur.

Əgər insan xatırlanırsa, deməli, yaşayır. Rəfiqə xanımın xatirəsi daim yaşayacaq və əziz tutulacaq. Rəfiqə Əliyevanın xatirəsinin abidələşməsi onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən, elm fədaisi olmasından qaynaqlanır. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır.

Ömrünü analitik kimya elminin inkişafına və bu sahədə gənc alim nəslinin yetişməsinə həsr etmiş akademik Rəfıqə Əliyevanın yüksəkixtisaslı kadrlar hazırlanmasında böyük xidmətləri olub. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək, böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər.

Akademik Rəfiqə Əliyeva ekoloji kimya və analitik kimya sahəsində aparılan elmi tədqiqat işlərinə rəhbərlik edirdi. Bu tədqiqatları inkişaf etdirmək üçün o, 2001-ci ildə Bakı Dövlət Universitetində “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” Elmi-tədqiqat laboratoriyasını yaratdı. Bu laboratoriya onun rəhbərliyi altında ekoloji tədqiqatlar baxımından ölkədə ən qabaqcıl elm mərkəzinə çevrildi və ekologiyanın aktual problemləri istiqamətində işləri ilə ölkəmizin davamlı inkişafının təmin olunmasına töhfələr verdi.

Əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyevanın həyat tarixçəsinə nəzər salaq. O, 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951-1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olunub. 1964-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetin Analitik kimya kafedrasında işləyib və assistentdən başlayaraq baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyası, 1999-cu ildə isə kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu ildə professor elmi adını alıb və analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.

Ulu öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olan “Əsrin müqaviləsi”dən sonra respublikamızda neftçıxarma, eləcə də neft emalı sahəsi sürətli inkişaf yoluna qədəm qoydu. Belə bir vaxtda ətraf mühitə nəzarət, ekoloji tarazlığın qorunması gündəmdə olan məsələlərdən biri idi. Rəfiqə xanımın rəhbərlik etdiyi laboratoriyada radioaktiv və ağır metalların ayrılması və təyini üçün yeni metodlar işlənib hazırlanıb. Bu metodikalar neft çıxarılan zaman ətraf mühitə axıdılan tullantı suların və atılan bərk tullantıların analizi və həmin elementlərin onların tərkibindən ayrılması üçün tətbiq olunub. Tədqiqat nəticəsində bu tullantıların ətraf mühitə təsiri müəyyən edilib.

Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilib. Bunun nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət əldə edib.

Rəfiqə xanımın əsərləri, tələbələri və ailə üzvləri Azərbaycan cəmiyyətində özlərini təsdiqləyiblər. O, cəmiyyət üçün layiqli övladlar böyüdən ana və qayğıkeş nənə idi. Rəfiqə xanım yada düşəndə xatirələrimizdə son dərəcə mədəni, sadə, mərd insan canlanır. Gözəl ana, tanınmış ictimai xadim, pedaqoq, alim və ən əsası əsl Azərbaycan xanımı – Rəfiqə Əliyevanın həyatı bir çox qadınlara örnəkdir. Müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olan Rəfiqə xanım Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi. O, öz həyatı və fəaliyyəti ilə sübut etdi ki, qadınlar həm elmlə məşğul ola bilər, həm də sağlam ailə qura və layiqli övladlar yetişdirə bilərlər.

Görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələri neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyini üçün tətbiq edilib. Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə analitik kimya sahəsində görülən elmi işlər həmişə xüsusi maraq kəsb edib. Görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələri neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyini üçün tətbiq edilib.

O, ilk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyənləşdirib, liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metodlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında ümumi komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürüb. Təcrübi nəticələrə əsasən müəyyən edib ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə olunan üçüncü komponent metala koordinasiya edərsə, kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Akademikin bu sahədə apardığı elmi tədqiqat işləri çoxillik təcrübəyə malik tanınmış alimlərin diqqətini cəlb edib.

Akademikin pedaqoji fəaliyyəti də yüksək dəyərləndirilirdi. O, tələbələrin sevimli müəllimi idi. Tələbələrinin hər bir problemi ilə maraqlanar, qabiliyyətli tələbələri elmi işə cəlb edərdi. Rəhbəri olduğu laboratoriyaya yüksək elmi potensiala malik tələbələri toplamışdı.

Rəfiqə Əliyeva ABŞ, Fransa, İspaniya, Rusiya, Yaponiya və digər ölkələrdə keçirilən Beynəlxalq simpozium və konfransların iştirakçısı olub. O, 500-ə yaxın elmi məqalə, 2 monoqrafiya, 25 dərs vəsaiti, 3 tərcümə kitabı, 20 patentin müəllifidir. Onun rəhbərliyi altında 20 fəlsəfə elmləri doktoru və 2 doktorluq dissertasiyası müdafiə edilib. Rəfiqə xanımın təşəbbüsü ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” (2 cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə olunub. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantların inkişafına güclü təsir göstərib. Akademik Rəfiqə Əliyeva tərəfindən ilk dəfə olaraq Analitik kimyadan Azərbaycan-rus-ingilis terminlər lüğəti çap edilib. Bu lüğət kimyaçı alimlərin stolüstü kitabıdır.

Onun tərəfindən biologiya fakültələri üçün hazırlanan “Analitik kimya” dərsliyi dilinin sadəliyi ilə müəllim və tələbələrin böyük marağına səbəb olub. Eyni zamanda, akademikin həmmüəllifliyi ilə iki hissədən ibarət “Neft-kimya sənayesində istifadə olunan kimyəvi analiz metodları” kitabı nəşr edilib. İlk dəfə olaraq neft sənayesinin laboratoriyaları üçün nəşr edilən bu kitablarda neft-kimya sənayesində istehsal prosesində və ətraf mühitin qorunmasında lazım olan ən vacib analiz metodlarına geniş yer ayrılıb.

Rəfiqə xanım Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D 02.011 şifrli Dissertasiya Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin və kimya fakültəsinin elmi şuralarının üzvü olub. 2018-ci il sentyabrın 6-da “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası ölkəmizin tanınmış ictimai xadimi, kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordeni laureatı, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyevanın adının əbədiləşdirilməsi məqsədilə “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, “Əməkdar elm xadimi” adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülüb. Onun ekologiyaya və ümumi ekologiya aid dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Həsən Əliyev adına mükafatı ilə qiymətləndirilib.

Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  19-09-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA