Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pərvin Kərimzadə: Heydər Əliyev Fondu təhsilli gələcəyimizə xidmət edir

Pərvin Kərimzadə: Heydər Əliyev Fondu təhsilli gələcəyimizə xidmət edir

18.09.2019 [17:54]

“15 ildır Ulu Öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün fəaliyyətə başlayan Heydər Əliyev Fondu bu gün ictimai həyatın bütün sahələrində fəal iştirak edir, fundamental layihələrlə ölkənin sosial-iqtisadi inkişafına layiqli töhfələr verir. Fəaliyyətinin əsasında ümimmilli liderin ideyalarının yaşadılması dayanan Heydər Əliyev Fondu Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımızın maddi rifahının yaxşılaşması naminə müxtəlif sahələr üzrə genişmiqyaslı proqram və layihələri uğurla reallaşdırıb. Fond həmçinin hər bir ölkə vətəndaşının istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə hər zaman maddi və mənəvi dəstək olur”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Heydər Əliyev Fondu yarandığı gündən səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri gerçəkləşdirməklə, əvəzsiz töhfələr bəxş etməklə yanaşı, təhsilli gələcəyimizə xidmət edir. Fondun gələcəyimiz olan uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində misilsiz xidmətləri saysız-hesabsızdır. Gələcək nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları, “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri artıq cəmiyyətimizdə böyük nüfuz qazanıb.

“Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını” söyləyən ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını, arzularını yüksək səviyyədə həyata keçirən Fond rəhbərliyi xalqın inkişafını təmin edən əsas amillərdən olan təhsilə hər zaman xüsusi diqqət yetirib. Ümummilli lider Heydər Əliyevin “Təhsil milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” sözlərini əsas götürən Fond digər sahələrdə olduğu kimi, elmin və təhsilin də inkişafında da əvəzsiz xidmətlər göstərib, ulu öndərin siyasi varisi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə təhsil siyasətinin həyata keçirilməsinə layiqli dəstəyini verib.

“Ölkədə milli təhsil modelinin gerçəkləşdirilməsinə yardımçı olmaq məqsədi ilə Heydər Əliyev Fondu fəaliyyətində yeni məktəblərin tikintisinə, tədris müəssisələrinin bərpasına, təmirinə və müasir avadanlıqlarla təchiz olunmasına xüsusi önəm verir. Yarandığı ilk gündən təhsilə yardımı fəaliyyətinin prioritet istiqaməti elan edən Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində hər il neçə-neçə müasir məktəb binası inşa olunaraq, müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlıqları ilə təchiz edilib, gənc nəslin istifadəsinə verilib. Fond hər yeni tədris ili ərəfəsində qaçqın və məcburi köçkün, aztəminatlı ailələrindən olan birinci sinif şagirdləri də yaddan çıxartmır. Onlara çanta və lazımi məktəb ləvazimatları Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunur.

Fərəhli haldır ki, Heydər Əliyev Fondu ABŞ, Rusiya, Hollandiya, Gürcüstan, Rumıniya, Pakistan, Misir, Bosniya və Herseqovina məktəblərində də mühüm layihələri reallaşdırıb. Həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərir.

Ümummilli Liderin adını daşıyan və Onun özü kimi əzəmətli olan amallara xidmət edən Heydər Əliyev Fondu yeni dərs ili ərəfəsində ölkənin hər yerində olduğu kimi Gəncə şəhər sakinlərinə sevinc bəxş edib. Fond tərəfindən Nizami yurdunda daha iki məktəb və uşaq bağçası əsaslı təmir olunaraq şagird və müəllimlərin ixtiyarına verilib, onların sevincinə sevinc qatıb. Bu gün inamla demək olar ki, ölkəmizdə təhsilin sürətli inkişafı, gələcək nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, onların Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü məqsədyönlü işlər Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla davam edir”-deyə, deputat qeyd edib.

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli ziyalı...

19 Mart 11:14

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31