Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tahir Mirkişili: Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcək

Tahir Mirkişili: Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcək

18.09.2019 [17:50]

Çin Kommunist Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Çin Xalq Respublikasına partiyalararası əlaqələrin qurulmasının 20 illiyinə həsr olunan səfəri hər iki tərəf üçün maraqlı, məhsuldar və faydalı oldu”. Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Çin dünyanın iqtisadi cəhətdən 2-ci ən böyük gücüdür. Ölkənin iqtisadi potensialı, həyata keçirdiyi layihələr (Bir kəmər bir yol və s.), gələcək planları nəhəngdir. Onun sözlərinə görə, Çin Kommunist Partiyası 90 milyona yaxın insanı özündə birləşdirir. Bizim gördüyümüz kommunist partiyasından fərqli olaraq çox çevik, elastik və müasir şəraitə uyğunlaşıblar. Ciddi intizam və dəyərlər üzərində hakimiyyətlərini sürdürürlər. Əsas dəyərləri isə “daim islahat, inkişaf və rəqabət”dir.

“Çin rəsmiləri Azərbaycana çox yaxşı münasibət bəsləyirlər. Ulu öndər Heydər Əliyevi və prezident İlham Əliyevi daim xatırlayan rəsmilər Azərbaycanla və Azərbaycanda işləmək istədiklərini hər görüşdə qeyd edirdilər. Çinli iş adamlarının Azərbaycanda daha çox iş görmək istəklərini bizə çatdırır, bunun üçün bəzi çətinliklərin olduğunu qeyd etsələr də, Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir və əlaqələrin daha da inkişafına çox inanırlar. Bütün bunlardan aşağıdakı nəticələri çıxarmaq olar. Birincisi, Regionun ən böyük və güclü partiyası olan Yeni Azərbaycan Partiyası ilə dünyanın 2-ci ən böyük partiyası olan Çin Kommunist Partiyası ilə əlaqələrin inkişafı hər iki ölkənin inkişafına xüsusi siyasi töhvə verəcəkdir. Siyasi münasibətlərin yüksək səviyyədə olması isə iqtisadi münasibətləri daha da gücləndirəcək. İkincisi, Çin fərqli bir dünyadır, tam fərqıi bir mədəniyyətdir. Nəhəng iqtisadi potensialdır. Biz Çini daha çox öyrənməli və tədqiq etməliyik. Çinlə bağlı ayrıca və fərqli yanaşmamız olmalıdır. Sevindirici haldır ki, Azərbaycanın Çinlə bağlı dövlət siyasəti bu prinsiplər üzərində qurulmaqdadır. Üçüncüsü, Çin rəsmiləri bütün görüşlərdə Azərbaycandan daha çox məhsul idxal etmək arzularında olduqlarını və ölkəmizin bunun üçün iqtisadi potensiala sahib olduğunu qeyd edirdilər. Son illər bu istiqamətdə Azərbaycan dövləti xeyli işlər görür. Bu potensialı biz sürətlə rəqəmlərə çevirməliyik. Beləliklə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcəkdir”-deyə, T.Mirkişili qeyd edib.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31