Ana səhifə »  Qəzetin pdf formatı »  Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov
A+   Yenilə  A-
Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov

Nizami Cəfərov. Bu ad və soyadı eşidən sadə insan da, elm, incəsənət, mədəniyyət adamları da, siyasətçilər, ictimaiyyət nümayəndələri də fikirləşmədən akademik Nizami Cəfərovu düşünürlər. Biri deyir gözəl dilçi alimdir, ədəbiyyatşünasdır, digəri isə onu həm də bişmiş siyasətçi, milli mədəniyyətimizin, incəsənətimizin, dilimizin inkişafının, qorunub saxlanmasının, zənginləşməsinin dayağı adlandırır. Həqiqətdə isə bir çox Xalq yazıçısı və şairlərimizin, tanınmış alimlərin, möhtərəm söz və qələm sahiblərinin Nizami Cəfərov barəsində, onun yaradıcılığı haqqında söylədikləri fikirlərə əsaslanaraq və özümüzün qənaətinə görə, hörmətli akademikimizi ana dilimizin korifeyi adlandırsaq, heç də yanılmarıq.

Filologiya üzrə elmlər doktoru, akademik Nizami Cəfərov fenomen insandır, fitri istedada malik alimdir, işıqlı ziyalıdır, mənəviyyat sahibidir. Allah bu bəndəsindən insanlığa aid heç bir şeyi əsirgəməyib. O, müsbət aura, səmimiyyət və sadəlik təcəssümüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov” başlıqlı məqaləsində yer alıb.

Məqalədə bildirilir: “Nizami müəllimin yaradıcılığı ilə hələ tələbəlik illərindən – Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyarkən tanış idim. Onun türkologiyaya, ümumiyyətlə, dilçiliyə aid məqalələrini maraqla oxuyur, faydalanırdım. Həmin dövrdən Nizami Cəfərovun elmi yaradıcılığını izləyir, çoxsaylı kitab və monoqrafiyalarını, məqalələrini daim nəzərdən keçirir, onlardan elmi mənbə kimi istifadə edirəm.

Akademik Nizami Cəfərovla əyani tanışlığım isə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda aspiranturada oxuyarkən olub. İnstitutun keçirdiyi tədbirdə iştirak edən Nizami müəllim o vaxt gənclərlə söhbəti zamanı vurğuladı ki, o da universiteti bitirdikdən sonra bir müddət Dilçilik İnstitutunda işləyib. Sonra üç il “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb. 1991-ci ildən isə fəaliyyətini Bakı Dövlət Universitetinə bağlayıb.

Akademik Nizami Cəfərov müsbət auralı insan olduğu kimi, həm də çox yüksək səviyyəli alimdir, görkəmli türkoloq, dilşünas, ədəbiyyatşünas, tənqidçidir, eyni zamanda, ideoloq və siyasət adamıdır. Bəli, işıqlı təfəkkürə malik professor Nizami Cəfərov gənc yaşlarından bəri bütün fəaliyyətini elmi yaradıcılığa, ictimai işlərə, milli mədəniyyətimizə həsr edib.

Nizami Cəfərovun ömür yoluna nəzər saldıqda onun elmin zirvələrinə pillə-pillə ucaldığının, dilçiliyin müxtəlif sahələrinə nüfuz etməsinin və hər bir mövzunun ətraflı, dərindən təhlil edilməsində, araşdırılmasında yeniliklərin şahidi oluruq.

Akademik Nizami Cəfərov qızıl payız adlanan fəslin başladığı ilk gündə - sentyabr ayının 21-də anadan olub. Ağstafa rayonunun Zəlimxan kəndində dünyaya göz açan, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirən Nizami Cəfərovun hər bir əsəri də elmimiz, xalqımız üçün qızıldan qiymətli mənbədir. Alimin yaradıcılığı, tədqiqatları təkcə Azərbaycan dili və Azərbaycan ədəbiyyatı tarixinə, Azərbaycan türkcəsinin milliləşməsi və azərbaycanşünaslığın inkişaf tarixinə, ümumi türkologiyaya, türk xalqları ədəbiyyatı tarixinə həsr edilməyib. O, eyni zamanda, ana dilimizə, mədəniyyətimizə böyük qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyevin, Prezidenti İlham Əliyevin fəaliyyətlərinin bu istiqamətinə, müasir ədəbi proseslə bağlı problemlərə, ayrı-ayrı yazıçı və şairlərin, dilçilərimizin yaradıcılıqlarına nüfuz etmiş, əsərlər ərsəyə gətirmişdir. Burada alimin “Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir”, Dəyanət Osmanlı ilə birlikdə yazdığı “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, “İlham Əliyev (portret cizgiləri)”, “Füzulidən Vaqifə qədər”, “Bəxtiyar Vahabzadə”, “Anar”, “Möhsün Nağısoylu”, “Afaq Məsud”, “Elçin: yazıçının yaradıcılıq yolu”, “Mir Cəlalın milli ideyaları” kitablarını qeyd etmək yerinə düşər”.

Müəllif bildirir ki, akademik Nizami Cəfərov 500-dən çox elmi əsərin, monoqrafiya və kitabın müəllifidir. Onun kitab və kiçik həcmli məqalələrində belə dərin təhlil, ümumiləşdirmələr, yeniliklər var. Təkcə müəllifin kitablarının adları ilə tanışlıq zamanı alimin yaradıcılığının nə qədər çoxşaxəli olduğunu görürsən.

Akademikin bir neçə monoqrafiya və kitabını diqqətə çatdırmağı vacib saydıq: “Türk dünyası: xaos və kosmos”, “Genezisdən tipologiyaya”, “Azərbaycanşünaslıq məsələləri”, “Azərbaycanşünaslığa giriş”, “Klassiklərdən müasirlərə”, “Qədim türk ədəbiyyatı”, “Seçilmiş əsərləri (5 cilddə)”, “Tarixin müasirliyi və müasirliyin tarixi”, “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, “Türk xalqları ədəbiyyatı (4 cilddə)”, “Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları”, “Türkologiyaya giriş” və s. Bunlar Nizami Cəfərovun qələm məhsulunun, təfəkkürünün cüzi bir hissəsidir. Onun yaradıcılığı, məlum olduğu kimi, zəngindir. Bu zənginlik, bu çoxşaxəlilik yalnız dilçi alimləri, ədəbiyyatşünasları deyil, həm də müxtəlif sahələrin mütəxəssislərini cəlb edir. Buna görə də akademik Nizami Cəfərovun həmkarları, çoxsaylı ictimaiyyət nümayəndələri, ziyalılar onun yaradıcılığına həmişə nüfuz etməyə səy göstərirlər. Bunu görkəmli alimin haqqında kütləvi informasiya vasitələrində - qəzet və jurnallarda dərc edilən ciddi yazılardan da açıq-aydın görmək olur. Müəlliflər (onların içərisində Xalq yazıçıları da, akademiklər də, adi ziyalı da var) onun yaradıcılığının bütün istiqamətlərini geniş təhlil edir, xalqımıza yüksək səviyyədə çatdırmağa səy göstərirlər. Nizami Cəfərovun özünü isə olduğu kimi - bütöv şəxsiyyət kimi təqdim edirlər.

Bəli, Nizami Cəfərovun sadəliyi, səmimiliyi, elmiliyi, müsbət aurası, natiqliyi, necə deyərlər, ağır taxtalı olması, xeyirxahlığı onun bütövlüyündə cəmlənib vəhdət təşkil edir. Onu dinləyən hər kəs bu elm xadiminin natiqliyinə məftun olur. Akademik Nizami Cəfərov televiziyada veriliş apararkən adam ekrandan uzaqlaşmır. Həm onun verilişlərinin məzmunlu olması, həm aydın diksiyası adamı valeh edir. Onun rəvan, axıcı danışığına, intellektli, məzmunlu çıxışına qulaq asanda yeniyetmə yaşlarında sahillərində əyləndiyi, sularında üzməyi öyrəndiyi Ana Kürün dərinliyini, sakit, səssiz axımını xatırlayırsan. Tanrı bu istedadı, bu vergini, bu xoşbəxtliyi hər kəsə qismət etmir.

Böyük türkoloq alim, ana dilimizin incəliklərinə, milli mədəniyyətimizin, tariximizin dərin köklərinə varan, onları lay-lay araşdıran, yeni-yeni qatlar üzə çıxaran Nizami Cəfərov Allahın ona bəxş etdiyi bu qisməti-istedadı öz xeyirxahlığı ilə xalqımıza sərf edir.

Akademik Nizami Cəfərov təmənnasız insandır. Yüksək enerjili, yorulmaq bilməyən, fədakar tədqiqatçı alimdir. Öz yaradıcılıq işləri, siyasi-ictimai, pedaqoji fəaliyyəti, müəyyən kollektivə rəhbərlik etməsi, müxtəlif elmi qurumlarda (Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şura, Azərbaycan Respublikası Prezidenti yanında Al Attestasiya Komissiyasının Dilçilik üzrə ixtisaslaşdırılmış Doktorluq şurası, Azərbaycan Respublikası Milli Məclisinin deputatı) üzv və sədr kimi fəal iştirak etməsi ilə yanaşı, həmkarlarının yaradıcılığını da daim izləyir, öz münasibətini bildirir, mətbuat səhifələrində geniş fikir söyləyir. Bir sözlə, o, ziyalılarımızın (istər ədəbi mühitin, istərsə də elm sahəsinin nümayəndəsi olsun) yaradıcılığından yan keçmir. Vəzifəsindən, titulundan asılı olmayaraq yaradıcılığında müsbət qayə, işıqlı məqam olan insanların fəaliyyətlərinə nüfuz edir, barələrində geniş məqalələr yazır, öz dəyərli fikirlərini bildirir. Biz bunu onun dövri mətbuatda, demək olar ki, hər həftə dərc etdirdiyi yazılarından da aydın görürük.

Böyük alim Nizami Cəfərov mənim də monoqrafiyalarım haqqında rəy söyləmiş, “Ədəbiyyat” qəzetində (13 yanvar 2018-ci il) “Aynelin türkoloji axtarışları” adlı geniş məqalə dərc etdirib. Mənim yaradıcılığıma qiymət verdiyinə görə də hörmətli akademikə dərin təşəkkürümü bildirirəm.

Nizami Cəfərov haqqında çox məqalələr, kitablar yazılıb. Möhtərəm söz sahibləri – Xalq yazıçıları Anar, Elçin, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov, yazıçı Vidadi Babanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və publisist Dəyanət Osmanlı, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli və bir çox başqalarının bu mütəfəkkir alim, ictimai xadim, ideoloq barədə dövri mətbuatda dərc elətdirdikləri məqalələrində, yaratdıqları əsərlərində Nizami Cəfərovun yaradıcılığına, keçdiyi yola işıq salıb, Misir Mərdanovun təbirincə desək, alimin qazandığı təcrübənin onun bəsirət gözünün daha da genişləndirdiyini vurğulayıblar.

Bəli, Nizami Cəfərov elmiliyi qədər də, hadisələri daha dəqiq görməyi, gələcək barədə dürüst nəticələr çıxarmağı bacaran insandır.

Akademik Nizami Cəfərov 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Atatürk Mərkəzinə fəaliyyətə başlandığı gündən indiyədək müvəffəqiyyətlə rəhbərlik edir. Bu müddət ərzində Mərkəz bir çox faydalı işlər görüb. Burada həyata keçirilən mühüm tədbirlərdən biri türk dünyasının ayrı-ayrı ictimai-siyasi, mədəni qurumları ilə əlaqələrin daha da möhkəmləndirilməsidir.

Nizami Cəfərov təhsil sahəsində də böyük təcrübəyə malikdir, bu sahədə uğurlar qazanıb. O, otuz ildir ki, doğma təhsil ocağında – Bakı Dövlət Universitetində təhsil quruculuğu ilə məşğuldur, pedaqoji fəaliyyət göstərir. Bu təşkilatçı alim tədris müəssisəsində də pillə-pillə irəliləyib, müəllimdən dekan, kafedra müdirliyinədək yüksəlib. “Əməkdar elm xadimi” adına məhz elmi nəticələrinə və təhsil quruculuğuna görə layiq görülüb.

Dilçilik elminə böyük töhfələr verən görkəmli və zəhmətkeş alim, bacarıqlı ictimai-siyasi xadim, gənclikdən ağsaqqal xarakterlərini özündə birləşdirərək cavanlara örnək olan akademik Nizami Cəfərovun sentyabrın 21-də 60 yaşı tamam olur. Onu yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Dilçilik elminin mayaklarından olan Nizami Cəfərova möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  18-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

15 Oktyabr 23:15
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
15 Oktyabr 23:05
Xarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilib
15 Oktyabr 22:54
Dövlət Turizm Agentliyinin sədri türkiyəli jurnalist və bloqqerlər üçün təşkil olunmuş mediaturda iştirak edib
15 Oktyabr 22:46
Siyasi ambisiyalar üçün öz analarının ruhuna belə həqarət edənlər
15 Oktyabr 22:26
Koreya Respublikası Milli Assambleyasının Sədri Azərbaycana rəsmi səfərə gəlib
15 Oktyabr 22:02
Xarici jurnalistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
15 Oktyabr 20:56
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15 Oktyabr 20:51
Azərbaycan nümayəndə heyəti Avropa Ədliyyə nazirlərinin konfransında iştirak edib
15 Oktyabr 20:46
Almaniyanın “Der Freitag” qəzeti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən yazır
15 Oktyabr 20:34
Azərbaycan Konstantin Zatulinlə bağlı Rusiya XİN-ə nota göndərib
15 Oktyabr 20:31
Azərbaycanın və Özbəkistanın Təhlükəsizlik şuraları katiblərinin görüşü olub
15 Oktyabr 20:24
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Oktyabr 20:21
Baş Prokurorluqda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
15 Oktyabr 20:18
Milli Məclisdə türk iş adamları ilə görüş olub
15 Oktyabr 20:08
Qazaxıstanlı nazirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar
15 Oktyabr 19:53
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Qazaxıstan mediasının diqqət mərkəzində
15 Oktyabr 19:48
İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
15 Oktyabr 19:40
Azərbaycan ilə Qırğızıstan arasında idman və gənclər sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub
15 Oktyabr 19:36
Azərbaycan və Macarıstan alimlərinin humanitar elm sahələrində tədqiqat imkanları genişləndirilir
15 Oktyabr 19:31
Macarıstan XİN-in başçısı türkdilli ölkələrlə əmtəə dövriyyəsinin genişlənməsindən məmnun qaldığını bildirib
15 Oktyabr 19:29
“Azərxalça”nın Lənkəran filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub
15 Oktyabr 19:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
15 Oktyabr 19:24
Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib
15 Oktyabr 19:22
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfəri başa çatıb
15 Oktyabr 19:19
Əli Əhmədov: Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir
15 Oktyabr 19:16
Azərbaycan-İtaliya münasibətləri strateji xarakter daşıyır
15 Oktyabr 19:13
YAP Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib
15 Oktyabr 19:10
Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Horadiz şəhərində YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib
15 Oktyabr 19:02
Bakıda “Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz” mövzusunda konfrans keçirilib
15 Oktyabr 19:00
Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb
15 Oktyabr 18:51
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
15 Oktyabr 18:49
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
15 Oktyabr 17:16
Müdafiə naziri HHQ-nin yeni radiolokasiya stansiyasının idarəetmə məntəqəsinin açılışında iştirak edib
15 Oktyabr 17:13
Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
15 Oktyabr 17:11
Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərlə görüş keçirilib
15 Oktyabr 17:03
Özbəkistan mətbuatı: Özbəkistanın Türk Şurasına üzv olması əlaqələrin daha da dərinləşməsinə təkan verəcək
15 Oktyabr 16:56
Çinin Dünya Tarixi İnstitutunun alimləri AMEA-da olublar
15 Oktyabr 16:48
Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürülüb
15 Oktyabr 16:38
Azərbaycan Dövlət İqtisad Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
15 Oktyabr 16:13
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15 Oktyabr 16:07
Naqif Həmzəyev: VII Zirvə görüşü türkdilli dövlətlərin tarixində yeni səhifə açacaq
15 Oktyabr 16:04
Eldəniz Səlimov: Ermənistanın dövlət siyasətində faşizmin əlamətləri mövcuddur
15 Oktyabr 15:59
Tahir Rzayev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ümumxalq həmrəyliyinin güclənməsinə xidmət edir
15 Oktyabr 15:54
Cavanşir Paşazadə: Son 16 il tariximizə möhtəşəm yüksəliş dövrü kimi daxil olub
15 Oktyabr 15:52
Bağdad Amreyev: Son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
15 Oktyabr 15:49
Macarıstan nəşri: Orban macarlara olan səmimi münasibətə görə Azərbaycan xalqına minnətdardır
15 Oktyabr 15:46
Vergiödəyicisi ilə vergi orqanının məlumat mübadiləsi fərdi elektron kabinet vasitəsilə aparılır
15 Oktyabr 15:43
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15 Oktyabr 15:36
Vergiödəyicisi ilə vergi orqanının məlumat mübadiləsi fərdi elektron kabinet vasitəsilə aparılır
15 Oktyabr 15:22
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15 Oktyabr 15:19
“Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusunda konfrans təşkil olunub
15 Oktyabr 15:05
Elçin Quliyev: Ötən 16 ildə ölkəmiz dünya üzrə ən dinamik sosial-iqtisadi inkişafa nail olub
15 Oktyabr 14:53
“Qarabağ Azərbaycandır!” hərəkatı xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə doğru məqsədini daha da yaxınlaşdırır
15 Oktyabr 14:35
Yeni Azərbaycan Partiyasının rəhbərliyi Horadiz şəhərində gənclərlə görüş keçirib
15 Oktyabr 14:30
Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak edir
15 Oktyabr 14:29
Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun Bakı iclası başa çatıb
15 Oktyabr 14:26
İyirmi ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb
15 Oktyabr 14:19
Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
15 Oktyabr 14:16
Ceyhun Bayramov: 7 pilot peşə təhsili müəssisəsinin tikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib
15 Oktyabr 14:10
Akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub
15 Oktyabr 13:13
Azərbaycanla Özbəkistanın İKT sahəsində əməkdaşlığının perspektivləri müzakirə edilib
15 Oktyabr 12:49
15 oktyabr - milli intibahın yeni mərhələsinin başlanğıc tarixi
15 Oktyabr 12:44
Baş nazirin müavini Əli Əhmədov Horadiz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
15 Oktyabr 12:32
Velosipedçimiz Malayziyada “Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub
15 Oktyabr 12:06
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15 Oktyabr 11:57
Özbəkistanın milli informasiya agentliyi “Azərbaycanın fəxri və millətin Ulu Öndəri” sərlövhəli məqalə yayıb
15 Oktyabr 11:50
“Jewish Journal”: Avropa Şurası Azərbaycanın təşəbbüsü ilə yəhudi irsi abidələrinin qorunmasına dair qətnamə qəbul edib
15 Oktyabr 11:40
Daxili işlər orqanlarının əməkdaşları ötən gün axtarışda olan 21 nəfəri saxlayıblar
15 Oktyabr 11:35
Kuhner Fondunun üzvlərinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
15 Oktyabr 11:31
Özbəkistanın informasiya agentliyində ölkəmizlə bağlı məqalə yer alıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +19