Ana səhifə »  Qəzetin pdf formatı »  İlahiyyat İnstitutunun məqsədi gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirməkdir
A+   Yenilə  A-
İlahiyyat İnstitutunun məqsədi gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirməkdir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ölkədə din təhsili sahəsində xeyli iş görüb. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasını təmin etməkdir. İnstituta bakalavr pilləsi ilə yanaşı, həm də magistr və doktorantura pilləsi üzrə qəbul aparılır.

AZƏRTAC Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifovanın müsahibəsini təqdim edir.

– Magistratura və doktorantura şöbəsinin fəaliyyəti haqqında məlumat verərdiniz...

– Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsi ali tədris müəssisəsinin strukturunda fəaliyyət göstərir. Aİİ-nin məqsədi gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirmək, həmçinin ali təhsil müəssisəsinin elmi potensialını gücləndirməkdir. Bunun üçün xarici universitetlərin təcrübəsi nəzərdən keçirilir, bir sıra layihələr üzərində işlənilir. Yeni əməkdaşlıqlar, əlaqələr qurulur. Elm sahəsində idarəetmə sistemini və elmi-tədqiqat işlərinin təşkilini təkmilləşdirmək, ilahiyyat üzrə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların qəbulunu və hazırlanmasını təşkil etmək, cəmiyyətdə bu ixtisasın rolunu və nüfuzunu artırmaqdır. Magistrlarımızın və gənc tətqiqatçılarımızın inkişafı, güclü təhsilə yiyələnmələri, bir sıra sahələrdə tədqiqat aparmaları üçün şəraitin yaradılması bizim qarşımızda duran ən vacib məsələlərdəndir.

– Rəhbəri olduğunuz şöbədə hansı istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir?

– Nəzərinizə çatdırmaq istəyirəm ki, dinşünaslıq sahəsi üzrə 4 ixtisaslaşma – dinin psixologiyası, dinin sosiologiyası, dinlərin tarixi, dinşünaslıq istiqaməti üzrə kadr hazırlığı həyata keçirilir. 2018/2019-cu tədris ilində təhsillərini başa vurmuş magistrantların müvafiq istiqamətlərdə dissertasiyalarının müdafiəsi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevin rəhbərliyi ilə uğurla həyata keçirilib. Şöbə bu əmr və fakültənin təqdimatı əsasında ixtisaslaşdırılmış elmi şuranın tərkibinin təsdiqi haqqında əmr hazırlayıb. 2018-2019-cu tədris ilində institutumuza magistr qəbulu da həyata keçirilib.

– Magistrlərin hazırlığı hansı formada həyata keçirilir?

– Magistrantlar tədrislə yanaşı, yüksəkixtisaslı mütəxəssislərin elmi rəhbərliyi altında ixtisas kafedraları tərəfindən dissertasiya işi üzərində işləyirlər. Dissertasiya işlərini müdafiə etdikdən sonra, onlar magistr dərəcəsi almağa layiq görülürlər. Magistratura və doktorantura şöbəsində təhsil alan magistrantların elmə olan marağını artırmaq məqsədilə yazdıqları elmi-tədqiqat mövzularını əhatə edən tezis və məqalələr konfransa təqdim etmək üçün toplanır və kitab şəklində çap edilir.

Magistrantların tədris ili ərzində institut və respublikada təşkil olunan müxtəlif konfranslarda iştirakı təmin edilir. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən şöbə tərəfindən tədbirlər planı hazırlanıb. Bu sənədin icrası məqsədilə professor, ictimai-siyasi xadim Şahlar Əsgərovun təqdimatında “Din və elm” mövzusunda seminar təşkil olunub. Bundan başqa, “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədovanın təqdimatında “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar keçirilib. Şöbənin təşəbbüsü ilə İlahiyyat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans təşkil olunub. Konfransda ölkəmizdə fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində, ali təhsil ocaqlarında çalışan, təhsil alan gənc tədqiqatçılar və magistrlər iştirak ediblər. Konfransın materialları kitab şəklində çapa hazırlanıb. Hazırda isə şöbəmiz Aİİ-də oktyabrın 15-də təşkil olunacaq “Müstəqillik illərində din təhsili” mövzusunda elmi-praktik konfransa hazırlaşır. Bundan əlavə, magistrlərimiz dekabrın 3-də və 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXIII Respublika Elmi Konfransinda iştirak edəcəklər.

– Azərbaycan İlahiyyat İnstitutunda bu il ilk dəfə doktoranturaya qəbul həyata keçiriləcək. Yəqin ki, məsuliyyətlə yanaşı, həm də qürur hissi duyursunuz...

–Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərarına əsasən həyata keçiriləcək.

Bununla bağlı 2020/2021-ci il üzrə doktoranturaya qəbul və dissertantların təhkimolunma planlarının layihələri hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunması üçün Azərbaycan Milli Elmlər Akademiyasına göndərilib.

– İnstitutun prioritetləri haqqında nə deyə bilərsiniz?

– Yüksəkixtisaslı ilahiyyatçıların hazırlanması institutumuz üçün əsas məqsədlərdən və hədəflərdəndir. Builki tələbə qəbulunda keçid balının artması sevindirici haldır. Bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində, təhsilin yüksək səviyyədə olması gənclərin bu sahəyə marağını artırır. Dövlət İmtahan Mərkəzinin III ixtisas qrupu üzrə ödənişsiz əsaslarla keçirdiyi qəbul imtahanında dinşünaslıq ixtisası üzrə aşağı bal 292, yüksək bal 523, islamşünaslıq ixtisası üzrə aşağı bal 200, yüksək bal isə 390 təşkil edib. Müvafiq ixtisaslar üzrə ümumi orta bal 346,3 və 260 bal olub. Qəbul olunanların 50 faizi 300 baldan yuxarı bal toplayan abituriyentlərdir. Tələbələrin 30 faizi isə 350-550 arasında bal toplayaraq Azərbaycan İlahiyyat İnstitutunu seçiblər. Nəzərinizə çatdırmaq istəyirəm ki, gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur. Hazırda bununla bağlı müvafiq tədbirlər görülür.

–Ali məktəb həm də vətəndaş yetişdirməlidir. Sadaladığımız bu keyfiyyətlər birlikdə cəm olarsa, cəmiyyətimiz bundan qazanar...

– Bəli, tamamilə doğru qeyd etdiniz. Bunun üçün tədris prosesində tərbiyə ən önəmli məsələlərdən biridir. Tələbənin tərbiyəsində məqsəd onun qabiliyyətinin, şüurluluq səviyyəsinin, özünüdərk, özünütənqid bacarıqlarının, məsuliyyət və vicdan hissinin, digərlərinə qarşı tolerant və anlayışlı davranmasının, intizamlılığının, istənilən şərait və vəziyyətdə özünü idarə etməyin və digər şəxsi keyfiyyətlərinin formalaşdırılmasıdır. Bunları nəzərə alaraq müasir gəncliyimizin milli-mənəvi dəyərlərə malik formada yetişməsi üçün çalışmalıyıq.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  18-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

15 Oktyabr 22:46
Siyasi ambisiyalar üçün öz analarının ruhuna belə həqarət edənlər
15 Oktyabr 22:26
Koreya Respublikası Milli Assambleyasının Sədri Azərbaycana rəsmi səfərə gəlib
15 Oktyabr 22:02
Xarici jurnalistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
15 Oktyabr 20:56
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15 Oktyabr 20:51
Azərbaycan nümayəndə heyəti Avropa Ədliyyə nazirlərinin konfransında iştirak edib
15 Oktyabr 20:46
Almaniyanın “Der Freitag” qəzeti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən yazır
15 Oktyabr 20:34
Azərbaycan Konstantin Zatulinlə bağlı Rusiya XİN-ə nota göndərib
15 Oktyabr 20:31
Azərbaycanın və Özbəkistanın Təhlükəsizlik şuraları katiblərinin görüşü olub
15 Oktyabr 20:24
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Oktyabr 20:21
Baş Prokurorluqda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
15 Oktyabr 20:18
Milli Məclisdə türk iş adamları ilə görüş olub
15 Oktyabr 20:08
Qazaxıstanlı nazirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar
15 Oktyabr 19:53
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Qazaxıstan mediasının diqqət mərkəzində
15 Oktyabr 19:48
İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
15 Oktyabr 19:40
Azərbaycan ilə Qırğızıstan arasında idman və gənclər sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub
15 Oktyabr 19:36
Azərbaycan və Macarıstan alimlərinin humanitar elm sahələrində tədqiqat imkanları genişləndirilir
15 Oktyabr 19:31
Macarıstan XİN-in başçısı türkdilli ölkələrlə əmtəə dövriyyəsinin genişlənməsindən məmnun qaldığını bildirib
15 Oktyabr 19:29
“Azərxalça”nın Lənkəran filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub
15 Oktyabr 19:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
15 Oktyabr 19:24
Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib
15 Oktyabr 19:22
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfəri başa çatıb
15 Oktyabr 19:19
Əli Əhmədov: Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir
15 Oktyabr 19:16
Azərbaycan-İtaliya münasibətləri strateji xarakter daşıyır
15 Oktyabr 19:13
YAP Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib
15 Oktyabr 19:10
Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Horadiz şəhərində YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib
15 Oktyabr 19:02
Bakıda “Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz” mövzusunda konfrans keçirilib
15 Oktyabr 19:00
Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb
15 Oktyabr 18:51
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
15 Oktyabr 18:49
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
15 Oktyabr 17:16
Müdafiə naziri HHQ-nin yeni radiolokasiya stansiyasının idarəetmə məntəqəsinin açılışında iştirak edib
15 Oktyabr 17:13
Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
15 Oktyabr 17:11
Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərlə görüş keçirilib
15 Oktyabr 17:03
Özbəkistan mətbuatı: Özbəkistanın Türk Şurasına üzv olması əlaqələrin daha da dərinləşməsinə təkan verəcək
15 Oktyabr 16:56
Çinin Dünya Tarixi İnstitutunun alimləri AMEA-da olublar
15 Oktyabr 16:48
Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürülüb
15 Oktyabr 16:38
Azərbaycan Dövlət İqtisad Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
15 Oktyabr 16:13
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15 Oktyabr 16:07
Naqif Həmzəyev: VII Zirvə görüşü türkdilli dövlətlərin tarixində yeni səhifə açacaq
15 Oktyabr 16:04
Eldəniz Səlimov: Ermənistanın dövlət siyasətində faşizmin əlamətləri mövcuddur
15 Oktyabr 15:59
Tahir Rzayev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ümumxalq həmrəyliyinin güclənməsinə xidmət edir
15 Oktyabr 15:54
Cavanşir Paşazadə: Son 16 il tariximizə möhtəşəm yüksəliş dövrü kimi daxil olub
15 Oktyabr 15:52
Bağdad Amreyev: Son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
15 Oktyabr 15:49
Macarıstan nəşri: Orban macarlara olan səmimi münasibətə görə Azərbaycan xalqına minnətdardır
15 Oktyabr 15:46
Vergiödəyicisi ilə vergi orqanının məlumat mübadiləsi fərdi elektron kabinet vasitəsilə aparılır
15 Oktyabr 15:43
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15 Oktyabr 15:36
Vergiödəyicisi ilə vergi orqanının məlumat mübadiləsi fərdi elektron kabinet vasitəsilə aparılır
15 Oktyabr 15:22
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15 Oktyabr 15:19
“Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusunda konfrans təşkil olunub
15 Oktyabr 15:05
Elçin Quliyev: Ötən 16 ildə ölkəmiz dünya üzrə ən dinamik sosial-iqtisadi inkişafa nail olub
15 Oktyabr 14:53
“Qarabağ Azərbaycandır!” hərəkatı xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə doğru məqsədini daha da yaxınlaşdırır
15 Oktyabr 14:35
Yeni Azərbaycan Partiyasının rəhbərliyi Horadiz şəhərində gənclərlə görüş keçirib
15 Oktyabr 14:30
Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak edir
15 Oktyabr 14:29
Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun Bakı iclası başa çatıb
15 Oktyabr 14:26
İyirmi ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb
15 Oktyabr 14:19
Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
15 Oktyabr 14:16
Ceyhun Bayramov: 7 pilot peşə təhsili müəssisəsinin tikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib
15 Oktyabr 14:10
Akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub
15 Oktyabr 13:13
Azərbaycanla Özbəkistanın İKT sahəsində əməkdaşlığının perspektivləri müzakirə edilib
15 Oktyabr 12:49
15 oktyabr - milli intibahın yeni mərhələsinin başlanğıc tarixi
15 Oktyabr 12:44
Baş nazirin müavini Əli Əhmədov Horadiz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
15 Oktyabr 12:32
Velosipedçimiz Malayziyada “Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub
15 Oktyabr 12:06
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15 Oktyabr 11:57
Özbəkistanın milli informasiya agentliyi “Azərbaycanın fəxri və millətin Ulu Öndəri” sərlövhəli məqalə yayıb
15 Oktyabr 11:50
“Jewish Journal”: Avropa Şurası Azərbaycanın təşəbbüsü ilə yəhudi irsi abidələrinin qorunmasına dair qətnamə qəbul edib
15 Oktyabr 11:40
Daxili işlər orqanlarının əməkdaşları ötən gün axtarışda olan 21 nəfəri saxlayıblar
15 Oktyabr 11:35
Kuhner Fondunun üzvlərinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
15 Oktyabr 11:31
Özbəkistanın informasiya agentliyində ölkəmizlə bağlı məqalə yer alıb
15 Oktyabr 11:28
KOBİA Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları ilə əlaqələri genişləndirir
15 Oktyabr 11:19
Cavid Osmanov: “Qarabağ Azərbaycandır!” hərəkatı respublikamızda böyük əks-səda doğurub
15 Oktyabr 11:07
Ceyhun Bayramov: Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +19