“Əsrin müqaviləsi” Azərbaycanın güclü iqtisadi bazasının formalaşmasında müstəsna rol oynayıb
18.09.2019 [09:30]
Neft müqavilələrindən əldə edilən gəlirlər respublikamızın inkişafına və xalqın rifahına xidmət edir
Bu gün müstəqil Azərbaycanın iqtisadi müstəqilliyini, yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür ki, bunların sırasında da ölkəmizin uğurlu enerji siyasətinin önəmini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, Azərbaycan tarixən dünyada “qara qızıl”la zəngin olan bir diyar kimi tanınıb. Ancaq məhz müstəqillik dövründə xalqımız respublikamızın malik olduğu təbii sərvətlərin əsl sahibinə çevrilib və onun bəhrəsini görməyə başlayıb.
“Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu
20 sentyabr 1994-cü il tarixində dövlət müstəqilliyinin ilk çağlarını yaşayan Azərbaycanda əlamətdar hadisə baş verdi - “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalandı. “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Bəhs olunan müqavilənin imzalanması Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və çox böyük səyləri sayəsində mümkün oldu.
Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiye Petrolleri, Pennzoil, Ramco, Delta) iştirak edib. Onlar tezliklə işçi strukturlar - Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.
Beləliklə, Bakıda Qərbin müxtəlif şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin kontraktı” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması, onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəldib. Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkanlarını və milli gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə ümumi daxili məhsul istehsalı üzrə ən yaxşı göstərici 3 dəfədən çox olmaqla məhz respublikamızda qeydə alınıb. Eyni zamanda, ölkəmiz bəhs olunan dövrdə nəhəng infrastruktur layihələrinə böyük həcmlərdə investisiyalar yönəltsə də, dövlət siyasətində sosial sferanın prioritetliyini təmin etsə də, özünün strateji valyuta ehtiyatlarını 20 dəfədən çox artıraraq 49 milyard dollara çatdırıb. Qürurverici haldır ki, Azərbaycan regionda reallaşdırılan əksər irimiqyaslı layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış edir.
“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Bəhs olunan layihələr sayəsində Azərbaycanın regionda və Avropada önəmi əhəmiyyətli dərəcədə artıb, Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ciddi beynəlxalq tərəfdaşa çevrilib. Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür. 2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barrel neft hasil edilib. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.
Şaxələndirilmiş nəql marşrutlarının yaradılması Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amildir
Hazırda qlobal miqyasda müşahidə edilən geosiyasi amillər ölkələr üçün enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinin zəruriliyini bütün ciddiliyi ilə gündəmə gətirib. Təəssüf doğuran haldır ki, ayrı-ayrı dövlətlər bir sıra hallarda enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycan belə yanaşmanın əleyhinədir. Respublikamız enerji mənbələrinin, marşrutlarının şaxələndirilməsi mövqeyindən çıxış edir. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amildir.
Beləliklə, müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi. 1997-ci ilin sonlarında neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanıldı. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.
Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).
Neft müqavilələrindən əldə edilən gəlirlər Azərbaycanın simasını büsbütün dəyişib
Dünya təcrübəsindən də bəlli olduğu kimi, zəngin enerji resurslarına malik olmaq heç də xalqların və ölkələrin xoşbəxtliyi anlamına gəlmir. Əsas məqam enerji siyasətini düzgün formalaşdırmaqdan, milli maraqları və geosiyasi amilləri məharətlə uzlaşdırmaqdan, investisiya qoyuluşu üçün münbit şərait yaratmaqdan və əlbəttə ki, neft gəlirlərini strateji sahələrə yönəltməklə səmərəli şəkildə idarə etməkdən ibarətdir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev Özünün müdrikliyi, zəngin siyasi təcrübəsi, milli təəssübkeşliyi sayəsində bütün bu kimi zəruri şərtləri təmin etməyə nail oldu.
Ulu Öndərin əsasını qoyduğu siyasət 2004-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə eyni ardıcıllıqla davam etdirilir. Neft müqavilələrindən əldə edilən gəlirlər Azərbaycanın simasını büsbütün dəyişib. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları uğurla reallaşdırılır və respublikamızın tarazlı inkişafı təmin olunur. Son 15 ildə neft gəlirlərindən səmərəli istifadə etməklə bütün ölkə boyunca müasir infrastruktur layihələri reallaşdırılıb. Hazırda respublikamızda qazlaşdırma 96 faizə çatıb ki, bu da dünya üzrə nadir göstəricilərdən biridir. Son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi istismara verilib. Hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 69 faizi, regionlarda isə 44 faizə yaxını fasiləsiz içməli su ilə təmin olunur. Son 15 ildə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Bəhs olunan dövrdə ölkə üzrə 15 min kilometr yol çəkilib. Nəticədə Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına yüksəlib.
Azərbaycan “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində də inamlı addımlar atır. Respublikamızda sosial infrastruktur quruculuğu geniş vüsət alıb. 2004-cü ildən bəri ölkəmizdə 3200 məktəb, 600-dən çox səhiyyə ocağı tikilib və yaxud əsaslı şəkildə təmir olunub. Eyni zamanda, özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini təmin etməyi hədəfləyən siyasət həyata keçirir. Ölkəmizdə cari ilin əvvəlindən böyük sosial paketin icrası uğurla təmin edilir. Bəhs olunan sosial paketin əhatə dairəsi kifayət qədər genişdir və ondan 4 milyondan çox insan faydalanacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27