Ana səhifə »  Qəzetin pdf formatı »  15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
A+   Yenilə  A-
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası möhkəmləndirilib, hərtərəfli xidmət şəraiti yaradılıb. Müasir yaşayış və xidmət kompleksləri tikilərək istifadəyə verilib, sərhəd zastavaları yenidən qurulub, sərhədlərimizin etibarlı mühafizəsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 17-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib. Bildirilib ki, ikimərtəbəli qərargah binasında xidməti otaqlar, sinif otağı, əsgər və zabit yataqxanası, yeməkxana və ərzaq anbarı vardır. Yataqxana mebel dəstləri ilə təmin edilib, məişət guşəsi yaradılıb, soyutma və istilik sistemləri qurulub. Sinif otağında sərhəd xidmətinə aid ədəbiyyatlar və qəzetlər, eləcə də oxunması zəruri olan kitablar qoyulub.

Sərhədçi ailələri üçün tikilmiş yeni xidməti yaşayış binasında 4 mənzil yerləşir. Mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılıb, mebel dəstləri qoyulub, xalça hədiyyə edilib.

Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək deyib: Zastavada xidmət edən sərhədçi ailələri üçün hərtərəfli şərait yaradılmışdır. Bu gün yeni xidməti yaşayış binası istifadəyə verilir. Burada həm xidmət edən sərhədçilərin, həm də onların ailələrinin rahatlığı tam təmin olunacaqdır.

Sərhədçi ailələri adından çıxış edən Dilbər Bayramova yeni xidməti yaşayış binasının istifadəyə verilməsini göstərilən qayğının təzahürü kimi dəyərləndirib, bütün sərhədçi ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sərhədçi anası Elza İbrahimova deyib: Dövlətimiz tərəfindən hərbçi ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bu tədbirlərin davamı kimi tikilən yeni yaşayış binası da övladlarımızın rahatlığına hesablanıb. Ana, valideyn olaraq rahatıq və fəxr edirik. Çünki bütün hərbi qulluqçular, o cümlədən övladım hər cür şəraiti olan mənzildə yaşayacaqdır.

Sonra şəxsi heyətlə görüş olub.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev çıxış edərək deyib: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, hərbi qulluqçuların xidməti və məişət şəraiti yaxşılaşdırılıb. 15-ci sərhəd zastavası da ən müasir xidmət və yaşayış şəraiti ilə təmin edilib, ərazidə geniş quruculuq işləri aparılıb. Niyaməddin Tağıyev yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq edib.

Sonra şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir”, - fikrini xatırladaraq deyib: Müstəqil Azərbaycan dövlətinin öz sərhədləri vardır. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da beynəlxalq hüquq normaları çərçivəsində tanınan 204 kilometrdən artıq dövlət sərhədimiz “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası tərəfindən mühafizə olunur. Sərhədin qorunması vacib amildir. Çünki sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik olar.

Qeyd olunub ki, muxtar respublikada sərhədlərimizin qorunması sahəsində ardıcıl tədbirlər görülür, şəxsi heyət üçün lazımi əsgəri-məişət şəraiti yaradılır. 15-ci Sərhəd zastavası da 1962-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Ona görə də ərazidə yenidənqurma işləri aparıldı, binalar tikildi, zastavaya ilk dəfə yol və qaz xətti çəkildi, həm əsgərlər, həm də sərhədçi ailələri üçün lazımi şərait yaradıldı. Bu da imkan verəcəkdir ki, əsgər və zabitlər xidmətlərini layiqincə yerinə yetirsinlər. Bütün bunlar Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Dövlətimiz tərəfindən 20 ildən artıq qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillərin verilməsi, fərqlənənlərin dövlət mükafatları ilə təltif olunması, eyni zamanda, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə bu ilin sentyabrından hərbi qulluqçuların əməkhaqlarının artırılması ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Göstərilən qayğı “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidentinin 2015-ci il 17 avqust tarixli Fərmanı ilə “Naxçıvan” Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmış, vəzifə və səlahiyyətlər artırılmışdır. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi isə müasir xidmət və yaşayış şəraitinin yaradılmasını zəruri etmişdir. Bu gün bütün sərhəd zastavalarında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və muxtar respublikanın yerli icra orqanları tərəfindən birgə təmir-bərpa və yenidənqurma işləri aparılır.

Ali Məclisin Sədri yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə bir daha şəxsi heyəti təbrik edib.

Əsgər Elvin Kamilli minnətdarlıq edərək deyib: “Sərhədlərin qorunması Vətənin müdafiəsinin ayrılmaz tərkib hissəsidir. Muxtar respublikamızda sərhədlərimizin mühafizəsi üçün yaradılan şərait məsuliyyətimizi daha da artırır. Şəxsi heyətin yaşayışı, qidalanması və xidməti üçün bütün imkanlar var. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edəcək, sərhədlərimizi etibarlı mühafizə edərək göstərilən etimadı doğruldacağıq”.

Tikinti işləri aparılarkən zastavanın ərazisində yeni vertolyot meydançası, müşahidə qülləsi, təlim şəhərciyi və yardımçı binalar da tikilib. Ərazidə videonəzarət sistemi quraşdırılıb, istənilən hava şəraitində müşahidələrin aparılması təmin edilib. Zastavaya 10 kilometr məsafədən yol və qaz xətti çəkilib, ərazi abadlaşdırılıb, yeni artezian quyusu qazılıb, meyvə bağı və yaşıllıqlar salınıb.

Ali Məclisin Sədri sərhəd xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “Niva” markalı iki xidməti avtomobil təqdim olunub.

Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına verilib.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  17-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

18 Oktyabr 09:55
Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir
18 Oktyabr 09:51
Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb
18 Oktyabr 09:48
Əli Kərimli insanları kütləvi itaətsizliyə çağırır
18 Oktyabr 09:45
Azərbaycanlı alimin Ankara Sosial Elmlər Universitetində mühazirəsi dinlənilib
18 Oktyabr 09:42
Regionlarda pambığın tez və itkisiz toplanması üçün bütün imkanlardan səmərəli istifadə edilir
17 Oktyabr 22:51
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18