Ana səhifə »  Qəzetin pdf formatı »  Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
A+   Yenilə  A-
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq

Azərbaycanın maddi-mənəvi irsinin formalaşmasında Qarabağ bölgəsinin böyük rolu var. Qarabağ dünya mədəni irsini öz dəyərli sənət nümunləri ilə zənginləşdirib. Qarabağın aparıcı sənət sahələrindən biri də xalçaçılıqdır. Bu ərazidə toxunan hər bir xalça sənətkarların yüksək mədəniyyətinin, zəngin təxəyyülünün və istedadının bariz nümunəsidir. Qarabağın işğalından sonra mənfur ermənilər bu qədim sənətimizi də özününküləşdirməyə çalışır. Ancaq Azərbaycan dövləti xalçaçılıq sənətinin inkişafına nail olmaqla onun yaşadılaraq gələcək nəsillərə ötürülməsini təmin edib. Təsadüfi deyil ki, 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ilk filialı məhz Qarabağda, Füzuli rayonunun Horadiz şəhərində açılıb. Səhmdar Cəmiyyətin Qarabağ bölgəsində yaradılan filiallarından biri də Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bu filialın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Xalça istehsalı emalatxanasında 90 nəfərə yaxın toxucu çalışır, onların əksəriyyəti gənclərdir. Toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər.

Bu filialda tarixən Ağdamın kəndlərində toxunan xovlu xalçaların və xovsuz xalça məmulatlarının bədii tərtibatı əsasında yeni xalçalar istehsal olunub. Emalatxanada indiyədək 1400 kvadratmetr məhsul istehsal edilib, 291 xalça kəsilib.

Filialın direktoru Ceyran Əliyeva AZƏRTAC-a müsahibəsində deyib ki, Qarabağ hər zaman özünün yüksək bədii zövqlə toxunmuş xalçaları ilə məşhur olub. Bölgədəki qoyunçuluq təsərrüfatlarının xalçaçıları bol və yüksək keyfiyyətli yunla təmin etməsi, ərazinin təbii boyaq bitkiləri ilə zəngin olması bu sənət sahəsinin inkişafına güclü təkan verib. Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra bu bölgənin xalçaçılığının da taleyi sual altında idi. Ancaq Prezidentimizin Qarabağda xalça fabrikləri yaratması bu qədim sənətimizin yaşadılmasına imkan verib.

Ceyran Əliyeva xalçaçılığa göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına və birinci xanıma toxucular adından minnətdarlığını bildirib.

O deyib: “Bizim Ağdamda çox böyük xalça fabrikimiz var idi. O fabrik 1980-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə tikilmişdi. Hətta Xocalıda, Şuşada, Ağdərə rayonunun Baş Güneypəyə kəndində, Ağdamın dörd kəndində bizim filiallarımız fəaliyyət göstərirdi. Orada 600 nəfərə qədər xalçaçı çalışırdı. Mənfur ermənilər rayonu işğal edəndən sonra biz Bərdədə şəraitsiz yerdə xalça toxuyaraq bu sənəti davam etdirdik. Bir müddət işlədikdən sonra sənətdən ayrılmışdıq və 25 il idi ki, Ağdamda Qarabağ xalçaları toxumurduq. Ölkə rəhbərinin diqqət və qayğısı ilə Ağdamın Quzanlı qəsəbəsində bu böyük müəssisənin yaradılması qədim sənətimizi özümüzə qaytarıb”.

Vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan, bu gün isə “Azərxalça”nın Quzanlıdakı filialının ən yaxşı toxucularından biri olan Bəxtigül Haqverdiyeva onlara göstərilən qayğıdan razılıqla danışıb və toxucuların ən böyük arzusunu dilə gətirib: “Məcburi köçkün həyatı yaşadığımız dövrdə öz sənətimizdən uzaqlaşdıq, xalça toxumağa imkanımız olmadı. Son illər bu fabrikin açılması Ağdam toxucularını çox sevindirib. Biz həm işlə təmin olunmuşuq, həm də xalçaçılıq sənətimizi yaşadırıq. Bizə bu şəraiti yaratdığına görə dövlət başçımıza minnətdarıq. Tək arzumuz odur ki, Ağdamımız işğaldan azad olunsun, dövlətimiz oradakı xalça fabrikini bərpa etsin və biz həmin fabrikdə belə xalçalar toxuyaq. İnanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq, biz yenidən Ağdama qayıdacağıq və Prezidentimiz orada bundan daha möhtəşəm xalça fabriki yaradacaq”.

Gənc toxucu Məleykə Qasımova xalça toxumağı burada öyrənib. O, “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursunu bitirərək sertifikat alıb və Ağdam filialında işlə təmin olunub. Yaradılan şəraitdən minnətdarlıqla danışan Məleykə Qasımova qədim el sənəti olan xalçaçılığın yaşadılmasında onların da payı olduğuna görə qürur duyduqlarını bildirib: “Emalatxanada bizim üçün müasir iş şəraiti yaradılıb. Biz həm yaradılan şəraitdən, həm də aldığımız əməkhaqqından çox razıyıq. Bir ildən çoxdur ki, burada çalışıram. Mən fabrikdə işə başlayanda biz toxuduğumuz hər kvadratmetr xalçaya görə 150 manat əməkhaqqı alırdıq. Prezidentimizin insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, sentyabrın birindən hər kvadratmetr xalçaya görə 250 manat əməkhaqqı alacağıq. Hər ay təqribən 1.5 kvadratmetr xalça toxuyuram. Mənim bacım Gülçin də burada işləyir. Əgər o da 1.5 kvadratmetr xalça toxusa, biz 800 manata yaxın əməkhaqqı alacağıq. Bu da ailəmizə çox böyük dəstəkdir. Quzanlıda bir ailənin iki gənc övladının bu qədər əməkhaqqı alması Prezidentimizin yaratdığı şəraitin bariz nümunəsidir. Biz çalışırıq ki, göstərilən qayğıya cavab olaraq gözəl və keyfiyyətli xalçalar toxuyaq”.

“Azərxalça”nın Ağdam filialı öz fəaliyyətini gündən-günə genişləndirir. Burada çalışmaq istəyən toxucuların sayı hər gün artır.

Qeyd edək ki, filial binasının inşasına 2016-cı ildə başlanılıb və fabrik 2017-ci ildə fəaliyyətə başlayıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Burada 150 toxucunun və 14 inzibati-təsərrüfat işçisinin çalışması, toxucuların rahatlığı üçün hər cür şərait yaradılıb, filiala “Hyundai” markalı avtobus verilib.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  17-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:40
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
18 Oktyabr 10:00
BSU-da tədbir: 50 il qüdrətli Azərbaycan naminə
18 Oktyabr 09:55
Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir
18 Oktyabr 09:51
Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb
18 Oktyabr 09:48
Əli Kərimli insanları kütləvi itaətsizliyə çağırır
18 Oktyabr 09:45
Azərbaycanlı alimin Ankara Sosial Elmlər Universitetində mühazirəsi dinlənilib
18 Oktyabr 09:42
Regionlarda pambığın tez və itkisiz toplanması üçün bütün imkanlardan səmərəli istifadə edilir
17 Oktyabr 22:51
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18