Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
A+   Yenilə  A-
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən ticarət, sənaye, energetika, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı, maliyyə, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 300-dək iş adamı iştirak edib.

AZƏRTAC xəbər verir ki, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının rəhbəri Nail Olpak biznes forum iştirakçılarını salamlayaraq təmsil etdikləri qurumların fəaliyyəti və iş adamları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bu qurumların həyata keçirdiyi tədbirlər barədə danışıblar.

Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir. Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir. Hər iki ölkədə prezident seçkilərindən sonra dövlət başçısı səviyyəsində ilk səfərlərin qarşılıqlı olaraq həyata keçirilməsi ənənəsi onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlər və qardaş dövlətlərdir. Bu gün keçirilən tədbirdə Türkiyənin Vitse-prezidentinin iştirakı bu əməkdaşlığa ən yüksək səviyyədə verilən dəstəyin göstəricisidir.

Nazir iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının səmərəli platforma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Komissiyanın Bakıda keçirilmiş 8-ci iclasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan hərtərəfli Fəaliyyət Planının qəbulu ticarət-iqtisadi münasibətlərimizin inkişafına, gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcək.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan ilə Türkiyə ölkələrimiz və dünya üçün böyük əhəmiyyət kəsb edən strateji layihələri birgə həyata keçirir. Bu baxımdan Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ərzurum, Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, “Star”, “Petkim”, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü kimi strateji layihələr xüsusilə qeyd edilməlidir. Bu layihələr və təşəbbüslər regional əməkdaşlığı möhkəmləndirir və sabitliyi təmin edir.

İqtisadiyyat naziri ikitərəfli əməkdaşlıqda iqtisadi-ticarətin əhəmiyyətli yerini və Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu, görülmüş işlər nəticəsində bu sahədə artımın davamlı xarakterini diqqətə çatdırıb. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 28 faiz artaraq 3,4 milyard dollar təşkil edib, artım tendensiyasının davam etdiyi bu ilin ilk 7 ayında isə bu göstərici keçən ilin eyni dövrünə nisbətən 33 faiz artaraq 2,3 milyard dollara çatıb. Bununla belə, qarşılıqlı ticarətin daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi əsas hədəfimizdir. İmzalanması planlaşdırılan Preferensial Ticarət Sazişi bu hədəflərin reallaşdırılmasına töhfə verəcək: “Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 3040 Türkiyə kapitallı şirkət fəaliyyət göstərir ki, bu göstərici üzrə Türkiyə birinci yerdədir. Türkiyə şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 15,5 milyard dollar olan 300-dək layihədə podratçı qismində iştirak etməklə, bu sahədə də liderlik edirlər. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 12,2 milyard dollar sərmayə yatırıb. Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyanlar arasında qardaş ölkə birinci yerdədir. Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə məhz Türkiyədir və ölkəmizin Türkiyə iqtisadiyyatına investisiyaları 15,1 milyard dollar təşkil edir”.

Diqqətə çatdırılıb ki, biznes forumların, ticarət missiyalarının, sərgilərin təşkili, eləcə də AZPROMO və KOBİA ilə Türkiyənin DEİK, KOSGEB və digər aidiyyəti qurumları arasında əməkdaşlıq ticarət dövriyyəsinin və qarşılıqlı investisiya qoyuluşunun daha da artırılmasına böyük töhfə verir. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində işğaldan azad olunmuş və Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq bərpa olunmuş, su, qaz, elektrik, yol və digər infrastruktur yaradılmış Cocuq Mərcanlı kəndində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədilə Türkiyənin dəstəyi ilə həyata keçirilən layihələr bu sahədəki əməkdaşlığa yaxşı nümunədir.

Ş.Mustafayev nəqliyyat-tranzit sahəsinin ikitərəfli münasibətlərdə böyük potensiala malik olan istiqamətlərdən biri olduğunu qeyd edib. Azərbaycan və Türkiyə əlverişli coğrafi mövqeyə malik olmaqla regionun mühüm nəqliyyat və logistika mərkəzlərinə çevrilib. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 3000-dək konteyner, bu ilin 8 ayında isə 2500-dən çox konteyner daşınıb. Cari ilin yanvar-iyul aylarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə TIR ilə 171 min ton yük daşınıb ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz çoxdur.

Turizm sahəsində əməkdaşlığı qeyd edən nazir sentyabrın 1-dən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarına viza tələbinin ləğv edilməsinin həm sahibkarlıq, həm də turizm sahələrində ciddi irəliləyişlərə gətirib çıxaracağını, bu addımın Azərbaycan Respublikası Prezidentinin qardaş Türkiyə Respublikası ilə əməkdaşlığa verdiyi önəmin və yüksək diqqətin göstəricisi olduğunu vurğulayıb.

Ş.Mustafayev Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, ölkəmizin geniş tranzit potensialı, reallaşdırılan regional layihələr barədə məlumat verib. Bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir. Cənubi Qafqazın ÜDM-ində Azərbaycanın payı 60 faizdən çoxdur. Coğrafi-iqtisadi mövqe, böyük tranzit potensialı, nəhəng regional layihələr və əlverişli biznes mühiti kimi amillər xarici investisiyaların Azərbaycana cəlb olunmasına töhfə verir. Müstəqillik illərində Azərbaycana yatırılmış investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da yarısı xarici sərmayələrdir. Bu, xarici investorların Azərbaycan iqtisadiyyatına olan inamının göstəricisidir.

Qeyd olunub ki, Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib.

Nazir iki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət, investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə və digər sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb. O, hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə, müştərək müəssisələr yaratmağa dəvət edib.

Ş.Mustafayev, həmçinin bildirib ki, Azərbaycan tərəfi Naxçıvan Muxtar Respublikasının iqtisadi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Türkiyənin özəl sektoru ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır və bu kontekstdə türk iş adamlarına muxtar respublikada müxtəlif sahələrdə istehsal olunan keyfiyyətli məhsullar təklif edilir.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay biznes forum iştirakçılarını salamlayaraq Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, qardaş xalqlarımızı möhkəm mədəni-tarixi əlaqələrin birləşdirdiyini vurğulayıb. Vitse-prezident Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini qeyd edib: “Türkiyə və Azərbaycan arasında iqtisadi ticarət əməkdaşlığı uğurla inkişaf edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, hər iki ölkənin iştirakı ilə enerji və nəqliyyat sahəsində qlobal və regional əhəmiyyətli meqa layihələr reallaşdırılır”.

F.Oktay bu gün rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini vurğulayıb, əməkdaşlığın genişlənməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Türkiyənin Vitse-prezidenti, həmçinin bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini qeyd edib.

F.Oktay biznes forumun əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli olacağını vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, ticarət, müdafiə sənayesi və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensialı vurğulayıb, biznes dairələrini daha fəal əməkdaşlığa, birgə investisiyaların yatırılmasına dəvət edib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib, sahibkarlar əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələlərinə dair müzakirələr aparıblar.

 
  • Oxunub:  2460  |  
  • Tarix:  16-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır

10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
10 Dekabr 12:01
Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub
10 Dekabr 11:59
Ombudsman: “Yetkinlik yaşına çatmayanların, gənclərin hüquqlarını müdafiə istiqamətində fəaliyyətimizi gücləndirəcəyik"
10 Dekabr 11:57
Məktəblərdə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə başlanılıb
10 Dekabr 11:49
Noyabrda Azərbaycanın gündəlik neft hasilatı 776 min barrel olub
10 Dekabr 11:44
Zaqreb Universitetində Azərbaycanın multikulturalizm modelinə həsr olunmuş seminar təşkil edilib
10 Dekabr 11:41
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
10 Dekabr 11:39
“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib
10 Dekabr 11:36
Komitə sədri: Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən qrupların baş qaldırmasının qarşısı alınıb
10 Dekabr 11:19
DSX: Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı quraşdırılıb
10 Dekabr 11:15
Heydər Əliyev Fondunun dəstəyi ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib
10 Dekabr 11:04
Dünya ictimaiyyəti Beynəlxalq İnsan Hüquqları Gününü qeyd edir
10 Dekabr 10:57
Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub
10 Dekabr 10:49
Əli Əhmədov: Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq
10 Dekabr 10:26
İndoneziyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markaları nəşr olunub
10 Dekabr 09:58
Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
10 Dekabr 09:55
Erməni fitnəkarlığının növbəti ifşası, yaxud Ermənistanın nazir müavininə diplomatiya dərsi
10 Dekabr 09:53
Bakıda “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib
10 Dekabr 09:52
Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur
10 Dekabr 09:50
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə “Mələk” filmi nümayiş olunub
10 Dekabr 09:46
Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edilib
10 Dekabr 09:44
UTGDİB “Sağlam həyat tərzi. GMO - geni modifikasiya olunmuş ərzaq bitkilərinin orqanizmə təsiri” layihəsini həyata keçirib
10 Dekabr 09:42
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
10 Dekabr 09:40
Azercell ilə Nəsimi irsindən zövq al
10 Dekabr 09:37
Azərbaycan gəncliyi dövlətin hərtərəfli qayğısı ilə tam əhatə olunub
09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA