Ana səhifə »  Qəzetin pdf formatı »  Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
A+   Yenilə  A-
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədovun mövzu ilə əlaqədar məqaləsini təqdim edir.

Qeyd etmək lazımdır ki, Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas hissəsini, ilk növbədə, Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsini həll etmək idi.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı. Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi kütləvi soyqırımının qarşısını almaq və Azərbaycan xalqının müstəqilliyini qorumaq üçün Osmanlı Türkiyəsi və Azərbaycan silahlı qüvvələrindən təşkil edilmiş hərbi struktur Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərmişdir. Qafqaz İslam Orusunun yaradılmasına hələ 1918-ci ilin əvvəllərində başlanmışdı. Azərbaycan xalqına qarşı daşnak-bolşevik qırğınının yaxınlaşması ilə bağlı olaraq Azərbaycan milli azadlıq hərəkatının liderləri yeganə çıxış yolunu Osmanlı Türkiyəsindən hərbi yardım almaqda görürdülər.

Bu səbəbdən, çətin beynəlxalq və mürəkkəb geosiyasi şəraitdə müstəqilliyini elan etmiş, eləcə də hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara almışdı. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilə şərtlərinə uyğun olaraq, Mürsəl paşanın komandanlığı altında Beşinci Qafqaz firqəsi (diviziyası) Azərbaycana göndərildi. Həmin diviziya və general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid sturukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru Paşaya həvalə olundu.

Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru Paşanın başçılıq etdiyi 300 nəfər məsləhətçidən ibarət türk hərbi nümayəndəliyi ilə yanaşı, Qafqaz İslam Ordusunun şəxsi heyətinin də təxminən yarısı yerli əhalidən toplanmış könüllülərdən ibarət idi.

1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır şəraitdə, eləcə də soyqırımı taleyini yaşamış Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Belə ki, hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi.

Bu baxımdan ordu quruculuğu istiqamətində iyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə, iyul ayının 15-də Fövqəladə Təhqiqat komissiyası yaratmaq barədə qərar qəbul olundu və komissiya Birinci dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində bütün türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırımı cinayətlərinin araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etməli idi.

Qafqaz İslam Ordusunun hissə və bölmələri bu struktur yaranan gündən Azərbaycanın istiqlaliyyətini məhv etmək üçün irimiqyaslı hərbi əməliyyatlara başlamış bolşevik-daşnak qüvvələri ilə ağır döyüşlərə atıldı. Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusunun türk və Azərbaycan hərbi qüvvələri Gəncə ermənilərinin tərksilah edilməsində, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində və s. vuruşmalarda, hərbi tapşırıqların icrasında misilsiz şücaət göstərdilər, bolşevik-daşnak qüvvələrinə ağır zərbə endirərək, onları bütün cəbhə boyu geri çəkilməyə məcbur etdilər.

Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakının azad edilməsi ilə nəticələndi. 101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etmişdir. Bakının erməni-bolşevik işğalından azad edilməsində düşmənin çoxlu sayda silah-sursatı da müsadirə edildi. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid vermişdir. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı isə təxminən 4000 nəfər olmuşdur.

Bununla yanaşı, türk və Azərbaycan hərbi qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirdiyi birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı olmuşdur. Yəni, Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.

Fəaliyyət göstərdiyi dövrdə Qafqaz İslam Ordusu Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə biçeraxovçu rus müdaxiləçilərindən azad etdi. Ümumilikdə, Qafqaz İslam Ordusu Azərbaycan xalqına qarşı S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynamışdır.

Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin 1918-ci ildə birgə həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək, bugünkü müstəqilliyinin də təməlininin qoyulmasında çox mühüm, şərəfli və əlamətdar hadisə idi.

Bununla yanaşı, 2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi və bu hadisə Azərbaycanın Türkiyə ilə dost və qardaş münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir.

 
  • Oxunub:  4260  |  
  • Tarix:  15-09-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA