Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq

İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq

14.09.2019 [12:50]

“Son illər digər sahələrdə olduğu kimi, təhsil sistemində də ciddi islahatlar həyata keçirilir. Təhsil sahəsi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ən çox diqqət göstərdiyi prioritet istiqamətlərdən biridir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, son illər təhsil müəssisələrinin 72 faizi yenilənib, 3200-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Şagird kontingenti az olan ucqar kəndlərdə 250 modul tipli məktəb quraşdırılıb. Məktəblərin tikintisi və təmiri təhsil mühitinin yaxşılaşmasına yönəlib. Görülmüş tədbirlər nəticəsində təxminən bir milyonadək şagirdin təhsil şəraiti yaxşılaşacaq”. Bu fikirləri Təhsil nazirinin müavini İdris İsayev deyib.

Bu istiqamətdə tədbirlərin davamlı olaraq həyata keçirildiyini vurğulayan nazir müavini bildirib ki, cari ildə 84 məktəb binasının tikintisi başa çatdırılacaq. Bu məktəblərdən 50-si modul tiplidir. Məktəb binalarının 43-ü yeni tədris ilinin başlanğıcınadək kollektivlərə təhvil veriləcək.

Təhsil xərclərinin də ilbəil artdığını qeyd edən İdris İsayev deyib ki, büdcədən təhsil xərclərinə ayrılan vəsait 2003-cü ilə nisbətən 10 dəfəyə yaxın artıb: “Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün ciddi tədbirlər həyata keçirilir. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları ötən dövrdə iki dəfədən çox artıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 1-dən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları 20 faiz artırılır”.

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30