Ana səhifə »  Qəzetin pdf formatı »  Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
A+   Yenilə  A-
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Komissiyanın sayca 8-ci iclasında iki qardaş ölkə arasındakı iqtisadi əlaqələrin, birgə regional layihələrin hazırki vəziyyətinin müzakirə olunması, gələcək əməkdaşlıq perspektivləri və atılacaq addımlar haqqında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 18 mart tarixli Sərəncamı ilə Azərbaycan və Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib. Azərbaycan tərəfdən komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Qarşı tərəfi isə Türkiyənin Vitse-prezidenti Fuad Oktay təmsil edəcək.
Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi Ərəstü Həbibbəyli AZƏRTAC-a iki ölkənin iqtisadi əlaqələrində prioritetlər və komissiyanın iclasına hazırlıq barədə danışıb:
- Cari il sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İlk növbədə qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” məfkurəsini əsas tutan ölkələrimizin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələri hər keçən gün daha da inkişaf etməkdədir.
Məlum olduğu kimi, dost, qardaş və strateji müttəfiq olan Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında iqtisadi əməkdaşlıq getdikcə dərinləşir və son illər yeni xarakter almağa başlayıb. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümunəsi olan münasibətlərimizin iqtisadi sahədə ağırlığı müstəqilliyimizin ilk illərində daha çox qardaş Türkiyənin üzərinə düşürdü. Türkiyənin Azərbaycanın qeyri-neft sektorunda ən böyük investor olması da bunu təsdiq edir. Türk şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təxminən 3 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir. Son illərdə isə Azərbaycanın iqtisadi qüdrəti artdıqca və xarici sərmayə imkanları çoxaldıqca investisiya qoyuluşu üçün etibarlı strateji tərəfdaş olan Türkiyə seçilmişdir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin həcminə görə Türkiyə birinci yeri tutur. İndiyədək Azərbaycanın Türkiyədəki ümumi investisiyalarının həcmi 15 milyard ABŞ dollarını ötüb və bu rəqəmin getdikcə daha da artacağı gözlənilir. Hazırda Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın investisiyaları hesabına tikilmiş, Türkiyənin neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət etməsinə imkan yaradan “Star” neft emalı zavodu son 30 ildə Türkiyədə həyata keçirilən ən böyük real sektor sərmayəsi layihəsidir.
Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsi də ildən-ilə artmaqdadır. 2018-ci ildə ticarət dövriyyəmiz 3,4 milyard ABŞ dolları, 2019-cu ilin ilk 7 ayı ərzində 2,3 milyard ABŞ dolları həcmində olub. Bu göstəriciyə görə Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, hazırda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları artıq müəyyənləşdirilib. Saziş imzalandıqdan sonra bu məhsullar üzrə illik tarif kvotaları çərçivəsində idxal gömrük rüsumları tutulmayacaq. Təbii ki, hər iki ölkənin hədəfi ticarət dövriyyəsini daha da artırmaqdır.
Xüsusi qeyd etmək lazımdır ki, yarandığı ilk dövrdən etibarən Hökumətlərarası Birgə Komissiyanın iki qardaş dövlət arasında iqtisadi əməkdaşlıq sahəsində özünəməxsus yeri var. Məlum olduğu kimi, 1992-ci il noyabrın 2-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi”nə uyğun olaraq Birgə Komissiyanın yaradılmasına qərar verilmişdir. Komissiya iqtisadi əməkdaşlıqla bağlı məsələləri operativ şəkildə müzakirə edərək, qərar verən və mütəmadi olaraq görülən işlərlə bağlı hər iki ölkənin ali rəhbərlərinə hesabat verən vacib bir platforma kimi nəzərdə tutulub. 1996-cı il aprelin 12-də hər iki ölkə prezidentinin sərəncamları ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb. Komissiyanın Azərbaycan və Türkiyənin iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən tərəflər arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın qurulması və dərinləşdirilməsi üçün əməkdaşlıq mexanizmi funksiyasını həyata keçirməsi nəzərdə tutulub. İkitərəfli iqtisadi əməkdaşlığın təhlili, o cümlədən ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşları, birgə müəssisələrin yaradılması, əlaqələndirmə işlərinin həyata keçirilməsi məhz Komissiyanın əsas vəzifələrindən biri kimi müəyyən edilib. Komissiyaya həmsədrliyi həyata keçirən dövlət orqanı - Nazirlər Kabineti ölkə üzrə əlaqələndirici qurum kimi fəaliyyət göstərir və növbə ilə hər iki tərəfdə Komissiyanın iclasları keçirilir.
Komissiyanın ilk iclası 1997-ci il fevralın 26-da Ankarada baş tutub. 1997-ci ildən indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7 iclası olub. Bu iclaslarda vacib əməkdaşlıq istiqamətləri ilə yanaşı, ortaya çıxan cari problemlərin həlli ilə bağlı qarşıya qoyulan vəzifələr hər iki tərəfdən gündəliyə çıxarılır. Ümumilikdə isə iki qardaş ölkə arasında həlli mümkün olmayan məsələ yoxdur. Əsas məqsəd isə dəyişməz olaraq qalır - iqtisadi əlaqələrdəki ortaq inkişaf imkanlarını və perspektivlərini müəyyənləşdirmək və daha da gücləndirmək.
Ötən dövrdə Birgə Komissiyanın həmsədrləri və tərkibi də münasibətlərin dinamikasına uyğun olaraq hər iki tərəfdən bir neçə dəfə dəyişdirilib. Hazırda Azərbaycan-Türkiyə əməkdaşlığı siyasi, iqtisadi, hərbi, enerji, mədəni və bütün digər sahələrdə bir-biri ilə koordinasiya edilən ən yüksək səviyyədədir. Bu mənada, 2010-cu ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə əməkdaşlığımız yeni mərhələyə yüksəlib. Dövlət başçılarının rəhbərliyi ilə mütəmadi keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları bütün sahələrdə əlaqələrimizin daha da genişlənməsi və dərinləşməsinə böyük töhfə verir. Strateji müttəfiqlik səviyyəsinə uyğun olaraq Hökumətlərarası Birgə Komissiyanın da həmsədrlik səviyyəsi yüksəldilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 18 mart tarixli Sərəncamı ilə Komissiyanin yeni tərkibi təsdiqlənib və Azərbaycan tərəfdən Komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Türkiyə tərəfindən isə həmsədr vəzifəsini Vitse-prezident Fuad Oktay həyata keçirəcək. Məlumat üçün qeyd etmək lazımdır ki, bu vaxtadək Azərbaycan Respublikası ilə xarici ölkələr arasında Hökumətlərarası Birgə Komissiyalardan yalnız Gürcüstanla Birgə Komissiyaya Baş Nazir sədrlik edirdi. Türkiyədə yeni təsis olunmuş vəzifə olan Vitse-prezident isə regionda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Birgə Komissiyalara həmsədrlik edir.
Ümumiyyətlə, hazırda Azərbaycan Respublikası ilə 52 xarici ölkə arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və İşçi Qrup mövcuddur. Hökumətlərarası Birgə Komissiyalar Azərbaycanın xarici iqtisadi siyasətində mühüm platforma və alətlərdən biridir. 2019-cu ildə ABŞ, Britaniya, Çin, İran, Əfqanıstan, İsveçrə, Qətər, Monteneqro, Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasında mövcud Birgə Komissiyaların iclasları keçirilib.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sentyabrın 16-da keçiriləcək iclasında iki qardaş ölkə arasında mövcud iqtisadi vəziyyət, əməkdaşlığın hazırkı durumu, ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində məsələlər müzakirə ediləcək. 2019-2021-ci illəri əhatə edəcək Fəaliyyət Planının razılaşdırılması nəzərdə tutulur. Bu Fəaliyyət Planı ticarət-iqtisadi, nəqliyyat, rabitə, yüksək texnologiyalar, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə ildən-ilə dərinləşən münasibətlərimizdə qarşıda duran vəzifə və hədəflərə nail olunması istiqamətində atılacaq addımları əhatə edəcək. Bundan başqa, Azərbaycan-Türkiyə münasibətlərində daim gündəlikdə olan Naxçıvan Muxtar Respublikasından Türkiyəyə məhsul ixracı üzrə əməkdaşlıq imkanları, o cümlədən bu məhsulların Türkiyənin ərazisinə idxal rüsumu ödənilmədən, güzəştli şərtlərlə daxil olmasına, ixrac əməliyyatlarında tətbiq edilən prosedurların asanlaşdırılması ilə bağlı məsələlər də Birgə Komissiyada müzakirə ediləcək. Strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından tam istifadə edilməsi və digər xarici dövlətlərin bu layihəyə cəlb edilməsi məqsədilə birgə işlərin aparılması da hər iki tərəfin gündəliyindədir.
Ümumiyyətlə, hər iki ölkə geniş təsir imkanları olan, qarşılıqlı fayda gətirən, regionda sülh və əmin-amanlığa xidmət göstərən bir çox layihələr üzərində işləyirlər. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik” mövqeyi əməkdaşlığımızın əsas prinsiplərindəndir. Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi yalnız iki ölkə üçün deyil, həm də region və bütövlükdə dünya üçün faydalıdır. Bu mənada, son illər ikitərəfli əlaqələrimizin davamı olaraq, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli, Azərbaycan-Gürcüstan-İran-Türkiyə dördtərəfli formatları regionda əməkdaşlıq imkanlarının genişləndirilməsində qardaş ölkələrimizin xüsusi çəkisini bir daha göstərir.
Sonda bir məlumatı da oxucuların diqqətinə çatdırmaq istərdim. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən Komissiyanın ayrıca operativ informasiya resursu - AzeTurCommission (@AzeTurCom) Tvitter səhifəsi yaradılıb. Qeyd etmək istərdim ki, bu, Azərbaycanın 52 ölkə ilə mövcud Hökumətlərarası komissiyaların təcrübəsində bir yenilikdir. Bu Tvitter hesabından Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən iki qardaş ölkənin hərtərəfli əlaqələri ilə bağlı ən son məlumatlar, hadisələr, əlamətdar günlər haqqında məlumatlar paylaşılır. Məqsəd virtual aləmin müasir imkanlarından istifadə edərək, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi, Komissiyanın fəaliyyəti, əməkdaşlığımızın ən müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə hər iki ölkənin ictimaiyyətinə daha operativ məlumat çatdırmaqdır.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  14-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:40
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
18 Oktyabr 10:00
BSU-da tədbir: 50 il qüdrətli Azərbaycan naminə
18 Oktyabr 09:55
Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir
18 Oktyabr 09:51
Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb
18 Oktyabr 09:48
Əli Kərimli insanları kütləvi itaətsizliyə çağırır
18 Oktyabr 09:45
Azərbaycanlı alimin Ankara Sosial Elmlər Universitetində mühazirəsi dinlənilib
18 Oktyabr 09:42
Regionlarda pambığın tez və itkisiz toplanması üçün bütün imkanlardan səmərəli istifadə edilir
17 Oktyabr 22:51
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18