Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14.09.2019 [10:18]
Ölkəmizdəki “beşinci kolon” nümayəndələri ilə xarici dövlətlərə “sığınan” şəbəkə eyni məqsədlərə xidmət göstərirlər
Radikal müxalifət düşərgəsi artıq uzun müddətdir ki, siyasi palitranın “qarınaltı yük”ünə çevrilib. Xalq tərəfindən dəstəklənməyən, xarici ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən radikal düşərgə təmsilçiləri hazırda yalnız sosial şəbəkələrdə, eləcə də özünü “siyasi mühacirlər” adlandıran xəyanətkar şəbəkənin nəzarətindəki internet resurslarında gözə dəyməklə varlıqlarını sürdürmək niyyətindədirlər. Sosial şəbəkələrdə şər-böhtan, yalan yaymaqla məşğul olan, ermənipərəst mərkəzlərin direktivləri əsasında antimilli kampaniya həyata keçirən bu dağıdıcı ünsürlər bir daha öz kimliklərini və simalarını cəmiyyətə nümayiş etdirirlər. Belə “siyasi qüvvələr”in sırasında isə AXCP və qondarma “Milli şura”, eləcə də onların xaricə sığınan “missionerləri” xüsusilə seçilirlər.
Vurğulanmalıdır ki, öz “siyasi fəaliyyət”ini xarici pul mənbələrindən vəsait əldə etməyə həsr edən Ə.Kərimli AXCP-ni, sadəcə, “siyasi sığınacaq” alveri, biznesi məqsədi üçün “işlətməkdədir”. Özünü cəmiyyətə “demokrat” cildində təqdim etməyə çalışan Əli Kərimli yaxın ətrafındakı bəzi insanları xarici ölkələrə göndərərək xəyanətkar şəbəkənin sərhədlərini bir az da genişləndirməyə cəhd göstərir. Bu gün xarici dövlətlərə sığınan adıçəkilən bu şəbəkə ölkəmizə qarşı həyata keçirilən xain planların tərkib hissəsi kimi çıxış edir. Qənimət Zahidov, Sevinc Osmanqızı və digərləri açıq şəkildə ermənipərəst qüvvələr tərəfindən maliyyələşdirilir, onlara yüksək imkanlar tanınır və internet üzərindən kanallar açılır, fəaliyyətləri maddi cəhətdən “stimullaşdırılır”. Maraqlıdır ki, ölkəmizdəki “beşinci kolon” nümayəndələri ilə bu “şəbəkə” eyni məqsədlərə xidmət göstərirlər. Bunun nəticəsidir ki, qeyd edilən internet resurslarının ekspertləri qismində də məhz radikal müxalifət düşərgəsinin nümayəndələri çıxış edirlər. Xüsusi olaraq vurğulanmalıdır ki, bu şəxslər özləri də ermənipərəst mərkəzlərdən maliyyələşdiklərini etiraf edirlər. Bir müddət öncə məhz Sevinc Osmanqızının internet kanalında çıxış edən xaricə sığınan xəyanətkar şəbəkə üzvləri özləri bildiriblər ki, Avropa ölkəsində internet televiziya kanalını saxlamaq üçün onlara bəzi yerli qurumlar tərəfindən “yardımlar” edilir. Təbii ki, bu şəxslərin maliyyələşdirilməsinin kökündə Azərbaycanın milli maraqlarına qarşı çıxışlar etmələri, ölkəmizə qarşı aparılan çirkin kampaniyaların tərkib hissəsi olmaları dayanır.
Radikal düşərgə partiyalarının rəhbərləri özləri də dərk edirlər ki, danışdıqları yalanlarla kimisə aldada bilmək iqtidarında deyillər. Sadəcə, illərdir ki, fərqli antimilli dairələrin əmrləri ilə oturub-duran, həmin mərkəzlərin sifarişlərini həyata keçirən, hələ də hakimiyyətə gəlməyin yollarını 1992-ci ildə olduğu kimi qarşıdurmalarda axtaran, siyasi mübarizə mədəniyyətini əxz edə bilməyən bu insanlar üçün bir amal var - şəxsi mənfəət. Məhz bu amalın arxasınca düşən radikal düşərgə sifarişli “aktivləşmə-passivləşmə” fazalarına qədəm qoyur, “payını” aldıqdan sonra isə öz “qınına” qapanır.
Bəli, gündə bir simaya düşən radikal düşərgə özü də anlayır ki, artıq siyasi palitradan silinib. Bütün kartları ifşa olunan, milli maraqlara düşmən kəsilən Ə.Kərimli və digərlərinin məqsədləri hər kəsə bəllidir. Bu insanlar müstəqilliyimizin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinə qarşı hücumlar həyata keçirməkdən usanmayıb və bu gün də sosial şəbəkələrdə trollar vasitəsilə eyni fəaliyyətlə məşğuldurlar. Bu “fəaliyyətləri” zamanı isə onların istinad mərkəzi birmənalı şəkildə ermənipərəst dairələr olur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27